Məhkəmə qərarları › İş №2(025)-1639/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1639/2025

22.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1639/2025 22.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin təyin edilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment“ tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə YY Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib birgə nikahdan doğulmuş 26 mart 2018-ci il təvəllüdlü X8 və 12 may 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmalarından ötrü hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində aliment tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh 22 aprel 2017-ci ildə rəsmi nikaha daxil olaraq evlənmiş və ünvan 1 ünvanında yerləşən Cavabdeh valideyinlərinə məxsus olan fərdi yaşayış evində ər-arvad kimi birlikdə yaşamışlar. Onların birgə nikahdan 26 mart 2018-ci il təvəllüdlü X8 və 12 may 2020-ci il təvəllüdlü X6 adında uşaqları olmuş, sonradan münasibətləri pozulduğundan xx.xx.2024-cü il tarixdə faktiki surətdə ayrılmışlar. Ayrıldıqdan sonra uşaqlar ananın yanında qalmış və indiyədək Cavabdeh hər hansı bir formada maddi təminat almamışlar. Uşaqların saxlanılmasından ötrü üçün tələb olunan vəsait getdikcə artdığından ana təkbaşına onların maddi və sair ehtiyacının təmin olunmasında çətinlik çəkir. Ona görə də, 26 mart 2018-ci il təvəllüdlü X8 və 12 may 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmalarından ötrü Cavabdeh hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində aliment tutulub X3 xeyrinə ödənilməsi barədə iddia qaldırılmışdır. İşdə olan AZ-İİV 132477 nömrəli “nikah haqqında şəhadətnamə”yə əsasən Cavabdeh ilə Rəhmanova Hicran Vaqif qızının nikahı xx.xx.2017-cı il tarixdə 68 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Bayramzadə soyadı verilmişdir. İşdə olan AZ-İV 088401 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətinə əsasən İddiaçı doğulmuş 26 mart 2018-ci il təvəllüdlü X2 Elnur Şahismayıl oğlundan törəmişdir. İşdə olan AZ-İV 444348 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətinə əsasən İddiaçı doğulmuş 12 may 2020-ci il təvəllüdlü X1 Elnur Şahismayıl oğlundan törəmişdir. AR MPM 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında olan ər-arvad münasibətləri pozulmuş və onlar faktiki surətdə ayrılmışlar. Birgə nikahdan doğulmuş 26 mart 2018-ci il təvəllüdlü X8 və 12 may 2020-ci il təvəllüdlü X1 Hicran Vaqif qızının yanında qalmışdır. «Uşaq hüquqları haqqında» AR Qanunun 13-cü maddəsinə əsasən uşağın AR qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. AR Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə üçdə bir hissəsi, üç və daha çox uşağa görə isə qazancının aliment verməyə borclu olan valideynin qazancının və ya başqa gəlirlərinin yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, yaxud onun qazancı və sair gəliri yoxdursa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2. bəndində izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunverciliyi ilə müəyyən edilmiş minimum dolancaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir.Aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, 26 mart 2018-ci il təvəllüdlü X8 və 12 may 2020-ci il təvəllüdlü X4 İddiaçı yanında qalması nəzərə alınaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü ananın xeyrinə Cavabdeh hər ay sabit pul məbləğində aliment tutulmalı və alimentin miqdarı müəyyən edilərkən ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Birgə nikahdan doğulmuş 26 mart 2018-ci il təvəllüdlü X8 və 12 may 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh uşaqların hər biri üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. . Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar