Məhkəmə qərarları › İş №2(025)-1818/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1818/2021

06.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1818/2021 06.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə Kreditor MMC Borclu qarşı əmr icraatı qaydasında “borcun tutulması” barədə ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Kreditor MMC oğlu məhkəməyə ərizə ilə müraciət edərək, Borclu müqavilə üzrə 951.76 manat əsas borcu və 20 (iyirmi) manat dövlət hesabına ödənilmiş rüsumun tutularaq Kreditor MMC-nin xeyrinə ödənilməsinə dair məhkəm əmri çıxarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirdib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-cı maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Kreditor MMC ilə Borclu arasında bağlanmış ******* nömrəli, 17.11.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Kreditor MMC alıcıya 1151.67 manat dəyərində mal satmış və Borclu malları qəbul etdiyi tarixdən bu malların dəyəri olan 1151.67 manatı müqavilədə müəyyən edilmiş müddətdə, həmçinin müqavilənin 8.2-ci bəndinə əsasən tələb yerinə yetirilmədikdə “Alıcı” hər gecikdirilmiş gün üçün əşyanın qiymətinin 0.3% cərimə ödəməyi öhdəsinə götürmüşdir. Hazırda həmin müqavilə üzrə əsas borcun və cərimənin tutulması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-423-ci maddələrində nəzərdə tutulmuş qaydaya riayət edilməlidir. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslansa da, hazırki ərizə üzrə məhkəmə əmrinin verilməsi Azərbaycan Respublikası MPM-nin 276.1-cı maddəsi ilə müəyyən edilmiş əsaslarının (tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması) mövcudluğunu istisna edir. Azərbaycan Respublikası MPM-nin 279.2.3-cu maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa ərizənin qəbul olunmasından imtina edir. Həmin məcəllənin 279.2.4-cu maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 279, 279.2.3-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor MMC Borclu qarşı “borcun tutulması” barədə məhkəmə əmrinin çıxarılması haqqında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar