Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1831/2021 12.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlu sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə Kreditor MMC-nin Borclu qarşı əmr icraatı qaydasında “borcun tutulması” barədə ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Kreditor MMC məhkəməyə ərizə ilə müraciət edərək, Borclu Kreditor MMC-nin xeyrinə 566 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair məhkəm əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirdib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası MPM-nin 278.4-cü maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 278.4-cü maddəsinə əsasən Ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş “X1”nə dair məlumatdan görünür ki, ərizə kreditor tərəfindən 02.10.2021-ci il tarixdə “Azərpoçt”a verilmişdir. X2 Azərbaycan Respublikasının qanununun 9-cu maddəsinə görə Məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövlət rüsumundan azad edilməsi və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri göstərilmişdir. 01.10.2021-ci il tarixdən sonra qüvvədə olan X2 Azərbaycan Respublikasının qanununun 8.2-ci maddəsinə görə məhkəmə əmri haqqında ərizənin verilməsinə görə dövlət rüsumu 100 manatdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsinə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehdən 566 (beş yüz altmış altı) manat pulun alınıb ona verilməsini tələb etsə də, iddia ərizəsinə 100 manat deyil, 20 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1-ci maddəsinə görə hakim Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin tələblərinə uyğun olmayan iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda məhkəmə kreditora izah edir ki, qərardadda göstərilən nöqsan 01.10.2021-ci il tarixdən sonra qüvvədə olan X2 Azərbaycan Respublikasının qanununun tələblərinə uyğun olaraq aradan qaldırıldıqdan sonra, yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.2, 153.3, 278.4-cü maddələrini rəhbər tutaraq, Qərara aldı: Kreditor MMC-nin Borclu qarşı əmr icraatı qaydasında “borcun tutulması” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər kreditora geri qaytarılsın. Kreditora izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra müvafiq ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1831/2021
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1831/2021
12.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver