Məhkəmə qərarları › İş №2(025)-1832/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1832/2021

12.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1832/2021 12.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə Kreditor MMC Borclu qarşı əmr icraatı qaydasında “borcun tutulması” barədə ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Kreditor MMC məhkəməyə ərizə ilə müraciət edərək, Borclu müqavilə üzrə 624 manat əsas borcu və 20 (iyirmi) manat dövlət hesabına ödənilmiş rüsumun tutularaq Kreditor MMC-nin xeyrinə ödənilməsinə dair məhkəm əmri çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirdib müəyyən etdim ki, ərizəi üzrə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmişdir. Belə ki, ərizəyə əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, Kreditor MMC tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 278.4-cü maddəsinə əsasən məhkəmə əmri haqqında ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilənlərə əsasən hesab edirəm ki, Kreditor MMC-nin cavabdeh Borclu qarşı “borcun tutulması” tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Kreditora izah olunmalıdır ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 279, 279.2.3-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor MMC-nin Borclu qarşı “borcun tutulması” barədə məhkəmə əmrinin çıxarılması haqqında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar