Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-223/2021 05.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2019-cu il tarixdə, faktiki nikaha daxil olaraq Cavabdeh Tofıq oğlu ilə ailə həyatı qurub evlənmişdir. Həmin faktiki nikahdan onların xx xxxxxxxx 2020-ci il tarixdə Əminə adlı övladı olmuşdur. Cavabdehlə rəsmi nikahda olmamışdır. Övladı doğulduqdan sonra Cavabdeh öz razılığı ilə atalığı müəyyən edilmişdir. Evliliyinin ilk aylarında mehriban yaşasalar da, sonradan cavabdehlə aralarında mütəmadi olaraq söz-sölıbət olurdu. Bu səbəbdən o xx xxxxxxxx 2020-ci il tarixdə doğum evindən birbaşa valideynlərinin yanına getmək məcburiyyətində qaldı. Onların cavabdehlə barışıb bir ailə kimi yaşamağı qeyrimümkündür. Ailə münasibətləri tamamilə pozulduğu üçün o, hal-hazırda cavabdehdən ayrı yaşayır. Qəbələ rayonu, Bum qəsəbəsində valideynlərinin evində onlarla birgə yaşayır. Övladı Əminə də hazırda onun himayəsindədir. Övladı anadan olanda o, atası evində olmuşdur. Cavabdeh hələ də öz övladını görməmişdir. Övladı doğulandan sonra uşağı doğum evindən çıxardarkən görmüşdür. Cavabdehin maddi durumu olduqca yaxşıdır. Lakin övladı ilə qəti maraqlanmır. O isə övladının gələcəyi üçün ona yaxşı baxmalıdır. Bütün bunları da tək başına ödəməyə olduqca çətinlik çəkir. Ayrı yaşadıqları bu müddət ərzində cavabdeh maddi olaraq hər ay 100 manat ödəniş etmişdir. Mənəvi cəhətdən övladı ilə maraqlanmayıb. Bütün bunları nəzərə alaraq, o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli oldu. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, o iddiaçı - İddiaçı ilə xx xxxxxxxx 2019-cu il tarixdə hər ikisinin razılığı ilə ailə həyatı qurmuşdur. Onların xx xxxxxxxx 2020-ci ildə Əminə adlı qızı dünyaya gəlmişdir. Övladı doğulduqdan sonra o, öz razılığı ilə atalığın müəyyən edilməsi şəhadətnaməsi əldə etmişdir. Evliliyinin müddətində yəni, xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixinə kimi həyat yoldaşı, iddiaçı-İddiaçı ilə aralarında heç bir söz-söhbət olmamışdır. Lakin, xx xxxx 2020-ci il tarixdə həyat yoldaşı, iddiaçı- İddiaçı uzun müddətdir ki, təxminən 7 ay başqa bir oğlanla münasibətinin olduğunu öyrənmişdir. Bu səbəbdən də evliliyini davam etdirə bilməyi mümkün olmamışdır. Bu barədə iddiaçı-İddiaçı öz iddia ərizəsində heç bir qeyd etməmişdir. xx xxxx 2020-ci il tarixinədək iddiaçı-İddiaçı ilə ailə münasibətlərində heç bir söz-söhbət olmamışdır. Ancaq, həmin tarixdə onun başqa bir oğlanla münasibətinin olduğunu öyrəndikdən sonra, onun iddiaçı-İddiaçı ilə ailə həyatını davam etdirməyi və bir evdə yaşamağı imkansız hala gəlmişdir. Türkandan bu hərəkəti ona qarşı niyə etdiyini dəfələrlə soruşsa da, bir cavab verə bilməmişdir. O, dəfələrlə iddiaçı - İddiaçı etdiyi bu səhvə görə bağışlamağa cəhd göstərsə də, qüruru buna imkan verməmiş və sonda iddiaçı - İddiaçı ailəsinin də razılığı ilə Türkanı, Qəbələ rayon Bum qəsəbəsində yerləşən, öz ata evinə aparmışdır. xx xxxxxxxx 2019-cu ildə qeyri-rəsmi evliliyindən xx xxxxxxxx 2020-ci ildə dünyaya gəlmiş övladı Əminənin həm doğulmamışdan əvvəl, həm də doğulduqdan sonrakı bütün xəstəxana, həkim və dərman məsrəflərini şəxsən o, özü qarşlamışdır. Qarşı tərəfin valideynlərinin və yaxınlarının cüzi miqdarda da olsa belə xərclərinin çıxmasına imkan verməmişdir. Övladı Əminə dünyaya gəldikdən sonra səhhətində olan problemlərlə əlaqədar olaraq bir müddət (6 gün) rayon doğum şöbəsində qalmalı olmuşdur. Bu müddət ərzində də, o, keçmiş həyat yoldaşı-iddiaçı-İddiaçı, həm də övladı Əminənin bütün həm tibbi həmdə digər xərclərini şəxsən özü qarşılamışdır. Keçmiş həyat yoldaşı və qızı Əminə xəstəxanadan evinə buraxılan zaman artıq öncədən də, məlum olduğu kimi bir yerdə yaşamağı mümkün olmadığı üçün onları özü şəxsən Bum qəsəbəsində yerləşən atası evinə aparıb yerləşdirmişdir. Həmin gün bir daha onun iddiaçı-İddiaçı atasıyla söhbəti olmuşdur. Belə ki, o, iddiaçı-İddiaçı özünə və atasına etdiyi səhvdən dolayı birlikdə ailə kimi yaşamağının mümkünsüz olduğunu lakin, övladı Əminənin anasız böyüməyini istəmədiyi və onun ana qayğısına ehtiyacı olduğu üçün, qızının onun da razılığı ilə anası, iddiaçı-İddiaçı ilə birlikdə iddiaçının valideynlərinin evində qalmasının daha məqsədə uyğun olduğunu bildirmişdir. Onların da bu barədə ona qarşı heç bir etirazı olmamışdır. Həmin tarixdən də, yəni xx xxxxxxxx 2020-ci il tarixindən o, keçmiş həyat yoldaşı İddiaçı özüylə birlikdə gedərək, Beynəlxalq bankın Qəbələ filialında kart hesabı açdırmış və 2020-ci ilin oktyabr və noyabr ayları üçün hər ay həmin kart hesabına müvafiq olaraq övladı Əminənin xərcləri üçün 100 manat vəsait köçürmüşdür. İddiaçı - İddiaçı öz iddia ərizəsində göstərdiyi “cavabdeh hələ öz övladını görməmişdir və övladı ilə maraqlanmır” fikirləri ilə razı deyil. Belə ki, iddiaçı-İddiaçı hər iki tərəfin qarşılıqlı razılığı ilə öz atası evində qaldığı tarixdən təxminən iki ay sonra mən yenidən ailə həyatı qurmuşdur. Belə olan halda övladı Əminə çox körpə olduğu və onu görmək üçün yeganə seçimi, onların hal-hazırda yaşadıqları iddiaçı-İddiaçı Bum qəsəbəsindəki valideynlərinin evlərinə getməli olduğunu nəzərə alaraq, bu nə dərəcədə imkansızdır. Ancaq ki, onun iddiaçı-İddiaçı Aihin qızının atası Hacıyev Şahinlədə xx xxxxxxxx 2020-ci il tarixdə anası və qızını onların evinə apardığı gün aralarında söhbət olmuşdur və o, atasına bildirmiş ki, hələlik Əminə çox kiçikdir, ancaq bir müddət keçib böyüdükdən sonra onun uşağı görməyi üçün şərait yaratmağını xahiş etdi. O da, bu fikri ilə tamamilə razı olduğunu və buna görə ona heç vaxt heç bir məhdudiyyət etməyəcəyini bildirmişdir. İddiaçı-İddiaçı onun kart hesabına müvafiq qaydada köçürdüyü 100 manat vəsaitdən narazı qalaraq məhkəməyə müraciət etmişdir. Tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minumumu 170 manat müəyyən edilmişdir. İddiaçı-İddiaçı şikayəti əsassızdır. Hal-hazırda onun rəsmi qazancı aylıq 409 manatdır. Əlavə heç bir gəliri yoxdur. Bu səbəbdən onun 100 manatdan artıq aliment ödəməyi mümkün deyildir. Onun daha öncəki ailəsindən dünyaya gəlmiş iki övladı, 9 yaşlı X4 və 7 yaşlı X5 da hal-hazırda onun himayəsindədir və onunla birgə qalırlar. Odur ki, iddia tələbinin qismən təmin olunaraq hər 100 manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Qəbələ Regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxxxx 2020-ci ildə Qəbələ şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1111 nömrə ilə doğum qeydi aparılmışdır. Anası İddiaçı, atası Cavabdehdur. İş materiallarında olan Qəbələ Regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş Atalığın müəyyən edilməsi haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxxxx 2020-ci ildə İddiaçı doğulmuş X1 atası hesab edilmiş və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 63 nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan Qəbələ Dövlət X7 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş 01 saylı arayışdan görünür ki, Cavabdeh xx xxxx 2016-cı il tarixdən Qəbələ Dövlət X3 maliyətəsərrüfat sektorunun mühasibi vəzifəsində çalışır. Onun aylıq əməkhaqqı 409.5 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə qeyri-rəsmi nikah münasibətlərindən bir övladı anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar. Hazırda iddiaçı xx xxxxxxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 170 (bir yüz yetmiş) manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə uşağın mənafelərini nəzərə alaraq, aliment tutulmasını məqsədə müvafiq hesab edir. Ancaq məhkəmə alimentin 170 manat həddində tutulmasını ədalətli və qanuna uyğun hesab etmir. İddiaçı alimentin cavabdehin ödəmək imkanına malik olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən xx xxxxxxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, hesab edir ki, aliment xx xxxxxx 2020-ci il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən, 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-223/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-223/2021
05.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver