Məhkəmə qərarları › İş №2(025)-302/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-302/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-302/2021 30.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı Faı̇ q qızının, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Məhəmmədzadə Elçı̇ n Cəbrayıl oğlunun iştirakları ilə, İddiaçı Faı̇ q qızının cavabdeh Məhəmmədzadə Elçı̇ n Cəbrayıl oğluna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ Regional "ASAN Xidmət" mərkəzinin Notariat kontoruna qarşı “alqı-satqı müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Faı̇ q qızının cavabdeh Məhəmmədzadə Elçı̇ n Cəbrayıl oğluna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ Regional "ASAN Xidmət" mərkəzinin Notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ «Asan Xidmət» mərkəzində yerləşən notariat ofisində xx xxxxx 2019-cu il tarixdə Cavabdeh ilə arasında rəsmiləşdirilmiş, 4 Ə-263 reyestr nömrəsi ilə qeydə alınmış AN-İ ******* nömrəli, 4 Ə-264 reyestr nömrəsi ilə qeydə alınmış AN-İ ******* nömrəli və 4 Ə-265 reyestr nömrəsi ilə qeydə alınmış AN-İ ******* nömrəli «daşınmaz əmlakın alqı-saqtı müqavilə»lərinin ləğv olunması, həmin torpaq sahələrinin mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə qohumluq münasibətləri vardır. Yaşadığı ərazidə yerləşən torpaq sahələrini satmaq istədiklərin eşidib, cavabdeh onlara yaxınlaşmış və torpaq sahələrinin ona satılmasını xahiş etmişdir. Onunla qohumluq münasibətləri olduğuna görə etibar edərək torpaq sahələrinin alqı-satqısına razılıq vermişlər. Bu zaman aralarında üç sahədə yerləşən torpaq sahələrinin alqı-satqaşına görə razılıq əldə olunmuşdur. Cavabdeh bildirmişdir ki, torpaq sahələrinin alqı-satqısına, sənədləşdirilməsinə onun əlavə xərcləri çıxacaqdır. Buna görə də həmin torpaqların ona 12.000 manata satılmasına razılıq olmuşdur. Bundan sonra torpaq sahələrinin mülkiyyətinə verilməsinə dair və digər lazımı sənədlərlə Qəbələ «Asan Xidmət» mərkəzində yerləşən notariat ofisinə (kontoruna) gəlmişik. Notariat kontorunda torpaqların alqı-satqısı rəmiləşəndən sonra cavabdeh razılaşdırılmış pulu gətirmədiyini, yaşadıqları əraziyə gedən kimi borclu olduğu pulu ödəyəcəyini bildirmişdir. Qohum olduğundan və cavabdehi tanıyıb etibar etdiyindən ona inanmışlar və onun təklifinə etiraz etməmişlər. Bu minvalla da, notariat ofisində (kontorunda) xx xxxxx 2019-cu il tarixli, AN-l ******* nömrəli «daşınmaz əmlakın alqı-saqtı müqaviləsi»nə görə JN-0018, kod 4060304S saylı «Torpağa mülkiyyət hüququna dair dövlət aktı» ilə mülkiyyətimizə verilmiş 1.52.1063 ha torpaq sahəsi 4600 manata Cavabdeh satılmış və müqavilə 4 Ə-263 reyestr nömrəsi ilə qeydə alınmışdır. Eləcə də, xx xxxxx 2019-cu il tarixli, AN-l ******* nömrəli «daşınmaz əmlakın alqı-saqtı müqaviləsi»nə görə JN-00xx xxx 40603048 saylı «Torpağa mülkiyyət hüququna dair dövlət aktı» ilə mülkiyyətlərinə verilmiş 1.416 ha torpaq sahəsi 4250 manata Cavabdeh satılmış, həmin müqavilə 4 Ə-264 reyestr nömrəsi ilə qeydə alınmışdır. Həmçinin, xx xxxxx 2019-cu il tarixli, AN-l ******* nömrəli «daşınmaz əmlakın alqı-saqtı müqaviləsi»nə görə JN-0018, kod 40603048 saylı «Torpağa mülkiyyət hüququna dair dövlət aktı» ilə mülkiyyətimizə verilmiş 0.6398 ha torpaq sahəsi 1920 manata Cavabdeh satılmış və müqavilə 4 Ə-265 reyestr nömrəsi ilə qeydə alınmışdır. Üç sahədə yerləşən torpaq sahəsi rəsmi sənəd üzrə ümumilikdə 10770 manata cavabdehə satılmışdır. Alqı- satqı müqaviləsindən sonra yaşadığı əraziyə gedərək torpaq sahələrinə görə ödənilməli olduğu pulun verilməsini cavabdehdən tələb etmişlər. Bu zaman cavabdeh müxtəlif bəhanələr gətirərək torpaq sahəsinə görə olan borcunu ödəməkdən boyun qaçırmağa başlamışdır. Yaranmış bu vəziyyət bir neçə müddət davam etmişdir. Cavabdehin onları aldatdığını görüb, baş verənlər barədə alqı-satqının aparıldığı notariat orqanına əvvəlcə şifahi, sonra da yazılı olaraq məlumat vermişlər. Hətta yazılı müraciətdə həmin müqavilələrin ləğv olunmasını notarait ofisindən tələb və xahiş etmişlər. Lakin bunun bir nəticəsi olmamış. Ofisin müraciətə xx xxxxxxxx 2020-ci il tarixdə verdiyi 1307 nömrəli cavab məktubunda mübahisənin hüquq müstəvisində həlli məqsədi ilə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Notariat ofisi ilə yanaşı olaraq həm də cavabdehin özünə də rəsmi olaraq xəbərdarlıq məktubu ünvanlamışlar. Bütün bunlara baxmayaraq cavabdeh torpaq sahəsinə görə ödəməli olduğu pulu ödəməmiş və ya torpaq sahəsini qaytarmamışdır. Cavabdehlə alqı-satqıda əmlakın pulunun ödənilməsində yaranmış problemdən hətta onun atası da məlumatlıdır. Dəfələrlə ona pulun və ya torpağın qaytarılması barədə müraciət olmuşdur. Buna görə də hüquqların məhkəmə müdafiəsindən istifadə olunmaqla yaranmış mübahisəli vəziyyətin həlli üçün məhkəməyə müracəit etmək məcburiyyətində qalmışlar. Bu həm də qanunun verdiyi imkanlardır. Məhkəmə iclasında iştirak edən İddiaçı Faı̇ q qızı iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Məhəmmədzadə Elçı̇ n Cəbrayıl oğlu iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı Faı̇ q qızının iddiası tamamilə əsassızdır. xx xxxxx 2019-cu il tarixdə o, iddiaçı və onun ailə üzvləri ilə alqı-satqı müqaviləsi bağlayaraq sahələri 1.521063 ha, 1.416 ha və 0.6398 ha olan torpaq sahələrini satın almışdır. Həmin müqavilələr notarial qaydada təsdiq olunmuşdur. O, 1.521063 ha torpaq sahəsi üçün 4600 manat, 1.416 ha torpaq sahəsi üçün 4250 manat və 0.6398 ha torpaq sahəsi üçün 1920 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Qeyd olunan pul məbləğlərini tam olaraq ödəmişdir. Bundan sonra isə həmin torpaq sahələri üzərində olan mülkiyyət hüququnu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə rəsmiləşdirmişdir. Ona görə də hesab edir ki, alqı-satqı müqavilələrinin ləğv edilməsi üçün heç bir lüzum yoxdur, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd olunmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Qəbələ Regional "ASAN Xidmət" mərkəzinin Notariat kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, işdə olan xx xxxxx 2019-cu il tarixli AN – İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı, X5, X6, X4, X3 və Əhmədova Hicran Abdulla qızı JN-0018 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən ümumi birgə mülkiyyətlərində olan Qəbələ rayon Məmmədağalı kəndində yerləşən ümumi sahəsi 1.521063 ha olan torpaq sahəsini X1 mülkiyyətinə vermişdir. Alıcı qeyd olunan torpaq sahəsini 4600 (dörd min altı yüz) manat qiymətinə almışdır. İşdə olan xx xxxxx 2019-cu il tarixli AN – İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı, X5, X6, X4, X3 və Əhmədova Hicran Abdulla qızı JN-0018 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən ümumi birgə mülkiyyətlərində olan Qəbələ rayon Məmmədağalı kəndində yerləşən ümumi sahəsi 1.416 ha olan torpaq sahəsini X1 mülkiyyətinə vermişdir. Alıcı qeyd olunan torpaq sahəsini 4250 (dörd min iki yüz əlli) manat qiymətinə almışdır. İşdə olan xx xxxxx 2019-cu il tarixli AN – İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı, X5, X6, X4, X3 və Əhmədova Hicran Abdulla qızı JN-0018 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən ümumi birgə mülkiyyətlərində olan Qəbələ rayon Məmmədağalı kəndində yerləşən ümumi sahəsi 0.6398 ha olan torpaq sahəsini X1 mülkiyyətinə vermişdir. Alıcı qeyd olunan torpaq sahəsini 1920 (bir min doqquz yüz iyirmi) manat qiymətinə almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın (qeydiyyat nömrəsi – **********, reyestr nömrəsi – **********83, qeydiyyat tarixi – xx.xx.2019-cu il) surətindən görünür ki, X1 Qəbələ rayonu, Məmmədağalı kəndində yerləşən 1.4160 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın (qeydiyyat nömrəsi – **********, reyestr nömrəsi – **********82, qeydiyyat tarixi – xx.xx.2019-cu il) surətindən görünür ki, X1 Qəbələ rayonu, Məmmədağalı kəndində yerləşən 0.6398 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, JN-0018 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Qəbələ rayon Məmmədağalı kəndində yerləşən 1.521063 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx xxxxx 2019-cu il tarixli AN – İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında, 1.416 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx xxxxx 2019-cu il tarixli AN – İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında və 0.6398 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx xxxxx 2019-cu il tarixli AN – İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X1 mülkiyyətinə verilmiş və tərəflərin iştirakı ilə müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlarına əsasən Qəbələ rayonu Məmmədağalı kəndində yerləşən 1.521063 ha və 0.6398 ha torpaq sahələri mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda iddiaçı həmin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin torpaq sahələrinin mülkiyyətinə qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinin tələbindən görünür ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 650-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 421.1 və 421.2-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Göründüyü kimi, cavabdeh Məhəmmədzadə Elçı̇ n Cəbrayıl oğlu və İddiaçı Faı̇ q qızının arasında alqı-satqı müqavilələri yuxarıda qeyd olunan qanunvericiliyin normalarına uyğun olaraq bağlanmış, hər-hansı bir qanunla və ya qeyd olunan müqavilələrə müəyyən edilmiş pozuntuya yol verilməmişdir. Yəni torpaq sahələrinin alqı-satqı müqavilələri hər iki tərəfin razılığı əsasasında bağlanmış, müqavilədə göstərilən şərtlərlə bağlanmış və notariat qaydasında Qəbələ Regional "ASAN Xidmət" mərkəzinin Notariat kontorunun notariusu tərəfindən təsdiqlənmişdir. Cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozulması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə iddia tələbi şəxsin yalnız özünün qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə verilə bilər. Əks təqdirdə, həmin şəxs irəli sürülən tələb üzrə əsl olmayan iddiaçı hesab olunmalıdır, çünki həmin işə baxılması onun üçün heç bir hüquqi nəticələr yaratmır. Beləliklə, İddiaçı Faı̇ q qızı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ İddiaçı Faı̇ q qızının cavabdeh Məhəmmədzadə Elçı̇ n Cəbrayıl oğluna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ Regional "ASAN Xidmət" mərkəzinin Notariat kontoruna qarşı “alqı-satqı müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar