Məhkəmə qərarları › İş №2(025)-346/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-346/2023

14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-346/2023 14.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Qəbələ rayonu İcra və probası̇ ya şöbəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərı̇ n Sığortalanması Fonduna qarşı "ipotekaya xitam verilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: ipotekaya xitam verilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 nümayəndəsi Nümayəndə3, Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə4 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə İddiaçı cavabdehlər Qəbələ rayonu İcra və probası̇ ya şöbəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərı̇ n Sığortalanması Fonduna qarşı "ipotekaya xitam verilməsi" tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Qəbələ rayonu İcra və probası̇ ya şöbəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərı̇ n Sığortalanması Fonduna qarşı "ipotekaya xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Qəbələ şəhəri, Pastar məhəlləsi 19 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair iptekaya (0,06 ha torpaq sahəsi ilə birlikdə) xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qəbələ rayon məhkəməsinin 2(025)- 22/2021 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin "Qəbələ" regional filialı ilə İddiaçı arasında bağlanmış 17 iyun 2018-ci il tarixli kredit müqaviləsinə xitam verilmiş, kredit müqaviləsi üzrə 68,000 (altmış səkkiz min) manat əsas, 32,500 manat (otuz iki min beş yüz) manat faiz borcu və 2000 (iki min) manat məbləğində dəbbə borcu, cəmi 102,300 (yüz iki min üç yüz) manat borcun İddiaçı məxsus olan Qəbələ şəhəri pastar məhəlləsində 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, yaşayış sahəsi 101.28 m2, köməkçi sahə 126.06 m2 olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın qiymətləndirilməklə açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunana vəsaitin borcun həmin məbləğdə "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Qəbələ rayon məhkəməsinin 2(025)-22/2021 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Qəbələ rayon icra qrupuna (Cavabdeh1nə) göndərilmiş və qrupun icra məmuru Asif Mustafayevin xx.xx.2011-ci il tarixli qərarı ilə icra vərəqəsi üzrə icraata başlanılmışdır. Qəbələ rayon icra qrupu tərəfindən icra vərəqəsi üzrə ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi üçün xx.xx.2011-ci il tarixdə “qiymətləndiricinin dəvət edilməsi haqqında" qərar qəbul edilərək icra edilməsi üçün qiymətləndirici "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC tərəfəndən ipoteka predmeti 80000 (səksən min) manat dəyərində qiymətləndirilmişdir. İddiaçıa məxsus olan Qəbələ şəhəri pastar məhəlləsində 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, yaşayış sahəsi 101.28 m2, köməkçi sahə 126.06 m2 olan fərdi yaşayış evinin hərracda satışının təşkil edilməsi məqsədi ilə Qəbələ rayon icra qrupu tərəfindən xx.xx.2015-ci il tarixdə "xxxx" MMC-yə sifariş verilmişdir. "xxxx" MMC-nin 895 saylı, xx.xx.2015-ci il tarixli "bildiriş" məktubuna əsasən Qəbələ rayon icra qrupunun sifarişi əsasında əmlakın ilkin satış qiyməti 80000 manat olmaqla satılması üçün xx.xx.2015-ci il tarixdə hərrac təyin edilmişdir. Həmin hərrac təşkilatının 1266 saylı, xx.xx.2015-ci il tarixli "bildiriş" məktubuna əsasən ipoteka predmeti olan əmlakın 68000 manata satılması üçün xx.xx.2015-ci il tarixə ikinci hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-nin 2389 saylı, xx.xx.2015-ci il tarixli məktubuna əsasən İddiaçıa məxsus olan Qəbələ şəhəri pastar məhəlləsi 19 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin satışı məqsədi ilə təşkil edilmiş hərraclar iştirakçı olmadığı üçün baş tutmamışdır. Məktubda surətinin "xxxx" ASC-yə göndərildiyi qeyd edilmişdir. Eyni zamanda Cavabdeh1 sorğusu əsasında Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedici X1 tərəfindən verilmiş **********074 saylı, xx.xx.2021-ci il tarixli məktuba əsasən İddiaçıa məxsus olan Qəbələ şəhəri pastar məhəlləsində 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin bankın balansında olması barədə məlumat aşkar edilməmişdir. Cavabdeh1 xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə əmlak tələbkar tərəfindən əldə edilmədiyi üçün "İcra haqqında" Azərbaycan respublikası Qanununun 53.3-cü maddəsinə əsasən Qəbələ rayon məhkəməsinin 2(025)- 22/2021 saylı. xx.xx.2011-ci il tarixli icra vərəqəsi icrasız Qəbələ Rayon Məhkəməsinə qaytarılmışdır. Eyni zamanda tələbkar "Texnikabank ASC-nin mənə ünvanladığı 376 saylı, xx.xx.2009-cu il tarixli məktuba əsasən mənim xx.xx.2009-cu il tarixə bank qarşında borcum 38620 (otuz səkkiz min altı yüz iyirmi) manat təşkil etmişdir. İddiaya etiraz: xx.xx.2023-cü il tarixdə cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 məhkəməyə elektron qaydada etiraz ərizəsi göndərərək göstərmişdir ki, İddiaçı ilə Cavabdeh2 ASC arasında xx.xx.2008-ci il tarixində 68.000 manat məbləğində pulun verilməsinə dair kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı özünə məxsus olan Qəbələ şəhəri pastar məhəlləsində 0,06 ha torpaq sahəsində yerləşə 2 mərtəbəli 4 otaqlı yaşayış sahəsi 101,28 kv.m, köməkçi sahəsi 126,06 kv.m olan fərdi yaşayış evini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Bank hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Qəbələ rayon məhkəməsinin 2(025)-22/2021 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə bankın iddiası təmin olunmuş, İddiaçı cəmi 102,300 manat borcun tutulması və tutmanın ipoteka predmeti olan Qəbələ şəhəri, pastar məhəlləsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 101,28 kv.m, köməkçi sahəsi 126,06 kv.m olan fərdi yaşayıış evinə yönəldilməsi qət edilmişdir. Cavabdeh1 qərarı ilə icra icraatı başlanılmışdır və əmlak satılması üçün hərraca çıxarılmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixində hərrac keçirilmişdir və hərracın nəticələrinə uyğun olaraq, əmlak alınması üçün xx.xx.2015-ci il tarixində Banka təklif edilmişdir. Bank xx.xx.2015-ci il tarixli "xxxx" MMC-yə müraciət edərək əmlakı qəbul etdiyini bildirmişdir. Əmlak İxtiaslaşdırılmış Hərrac Mərkəzi” MMC ilə Cavabdeh2 ASC arasında Y-299 saylı protokol imzalanmışdır və əmlak Bank tərəfindən alınmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmır. Belə ki, keçirilmiş hərrac nəticəsində əmlak Bank tərəfindən müqavilə qüvvəsinə malik olan protokol vasitəsilə əldə edilmişdir. Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktub barədə isə Bank ümumiyyətlə məlumatlı deyildir. Bank əmlakı əldə etmişdir, hərrac təşkilatı və icra şöbəsinin protokol imzalandıqdan sonrakı hərəkətlərindən məlumatı olmamışdır. Odur ki, iddianın rədd edilməsini xahiş edirlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, o, Qəbələ rayon sakinidir. Evini Cavabdeh2a girov qoymuşdur. Müqavilə bağlanarkən onun imzası olmuş, qol çəkmişdir. Orda nə proseslər gedibdisə, sonradan ödəniş olmamış, belə qalmışdır. O, bankdan pulu götürəndə yoldaşının, 18 yaşı tamam olan evdə olan qızının, oğlunun qolları olmamışdır. İndi evini girovdan çıxarılmasını istəyir. Qətnamə qəbul edilərkən, ödədiyi məbləğlərin bəziləri qeyd olunmamışdır. Onun iddiası və xahişi budur ki, evini girovdan çıxarsınlar. Səbəb də budur ki, ödədiyi pullar göstərilməmiş, evi girovda qalmışdır. Buna görə də iddia qaldırmışdır ki, girovdan çıxsın. Göstərilənlərə nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə4 izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında 17 iyun 2008-ci il tarixdə kredit müqaviləsi bağlanmış, 68000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi özü tərəfindən imzalanmışdır. Kreditin təminatı olaraq, İddiaçı məxsus Qəbələ şəhəri Pastar məhəlləsində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 101,28 km.metr yaşayış sahəsi olmaqla, ümumilikdə 126 kv.metr sahədən ibratə olan yaşayış evi bank qarşısında ipoteka ilə yüklü olunmuşdur. Qəbələ Rayon Məhkəməsinin 24 yanvar 2011-ci il qətnaməsi ilə tutmanın ipoteka predmetinə yönəldiməsi qət edilmişdir. Cavabdeh1 qərarı ilə icraata başlanılmış, əmlak satılması üçün hərraca çıxarılmış, hərrac "xxxx" MMC tərəfindən 29 may 2015-ci ildə və 03 iyul 2015-ci il tarixlərdə hərrac keçirilmiş, hərracın nəticələrinə uyğun olaraq, əmlakın alınması il bağlı 03 iyul 2015-ci il tarixdə banka təklif verilmişdir. Bu barədə Hərrac mərkəzinin məktubu var. Bu məktuba cavab olaraq, Bank 08 iyul 2015-ci il tarixli məktubla hərrac mərkəzinə məktubla müraciət edərək, həmin əmlakı qəbul etdiyini bildirmişdir. "xxxx" MMC ilə Cavabdeh2 arasında E-299 saylı protokol imzalanmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə3 izahatında göstərmişdir ki, icra işi 2012-ci ildə icraata daxil olmuş, 2019-cu ildən onun icraatındadır. Qətnamə qəbul olunarkən əmlakın qiymətləndirilməsi həyata keçirilmədiyindən, onlar "xxxx" MMC-ni qiymətləndirici kimi dəvət etmişlər. Ev 80000 manat dəyərində qiymətləndirilib, qiymətləndirilmiş əmlak "xxxx" MMC-yə sifariş verilmiş, surəti nəzarət edilməsi üçün İcra Baş İdarəsinə göndərilmişdir. Bununla bağlı dəfələrlə hərrac keçirilsə də, hərrac baş tutmamışdır. Bununla bağlı "xxxx" MMC tərəfindən onlara məktub göndərilmiş və məktubda qeyd olunmuş ki, hərraclar baş tutmamışdır, buna görə də qanunvericiliyə uyğun qərar qəbul edilməsi üçün onlara geri qaytarılmışdır. Bundan sonra dəfələrlə “Əmanətlərin Sığortalanması Fondu”na və "xxxx" MMC-yə məktublar ünvanlamışdır. "xxxx" MMC-dən cavab gəlməsə də, “Əmanətlərin Sığortalanması Fondu”ndan 01 iyul 2021-ci il tarixdə onlara məktub daxil olmuşdur. Həmin məktubda əmlakın əldə edilmədiyi göstərilmişdir. Müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, təqdim edilmiş sənədlərdən də görünür ki, əmlak Bankın xeyrinə yüklü edilmişdir. Bundan başqa hər hansı məlumat yoxdur. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını və çıxışını dinləyib, mülki iş üzrə təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 24 yanvar 2011-ci il tarixli 2(025)- 22/2011 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddianın cavabdehdən 19800 (on doqquz min səkkiz yüz) manat dəbbə pulu tələbinə dair hissəsi qismən təmin edilmiş, dəbbə pulu azaldılaraq 2000 (iki min) manat məbləğində müəyyən edilmiş, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin “Qəbələ” Regional filialı ilə İddiaçı arasında bağlanmış 17 iyun 2008-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, kredit müqaviləsi üzrə 68.000 (altmış səkkiz min) manat əsas borc, 32.500 (otuz iki min beş yüz) manat faiz borcu və 2000 (iki min) manat məbləğində dəbbə pulu borcu, cəmi 102.500 (yüz iki min beş yüz) manat cavabdeh İddiaçı məxsus olan Qəbələ şəhəri Pastar məhəlləsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı yaşayış sahəsi 101,28 kv.m, köməkçi sahəsi 126,06 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlak qiymətləndirilməklə açıq hərrac vasitəsilə satılması, həmin evdə qeydiyyatda olan və yaşayan şəxslərin evdən çıxarılması, satışdan əldə olunan vəsait borcun həcmi məbləğində Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Qəbələ rayon İcra Qrupu tərəfindən İddiaçı ünvanlanmış 05 sentyabr 2011-ci il tarixli, 194/11 nömrəli bildirişdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 24 yanvar 2011-ci il tarixli 2(025)-22/2011 nömrəli icra vərəqəsində göstərilən tələbi könüllü icra etməyi üçün ona 10 gün könüllü icra müddəti verildiyi, tələbi üzürsüz səbəbdən icra etməsə icra məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. İş materiallarında olan Qəbələ rayon İcra qrupunun icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X3 05 sentyabr 2011-ci il tarixli “İcraata başlamaq haqqında” qərara əsasən Qəbələ Rayon Məhkəməsinin 24 yanvar 2011-ci il tarixli 2(025)-22/2011 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qəbələ rayon İcra qrupunun icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X3 03 oktyabr 2011-ci il tarixli “Qiymətləndiricinin dəvət edilməsi haqqında” qərara əsasən borclu İddiaçı məxsus Qəbələ şəhəri Pastar məhəlləsində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin qiymətləndirilməsi üçün mütəxəssis dəvət edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 04 oktyabr 2012-ci il tarixli “Əmlakın Qiymətləndirilməsinin Nəticələri Haqqında” Hesabata əsasən İddiaçı məxsus Qəbələ şəhəri Pastar məhəlləsində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ilkin qiyməti 80 000 (səksən min) manat müəyyən edilmişdir. İş materiallarında olan Qəbələ rayon İcra Qrupu tərəfindən "xxxx"nə ünvanlanmış sifariş məktubundan görünür ki, Qəbələ Rayon Məhkəməsinin 24 yanvar 2011-ci il tarixli 2(025)- 22/2011 nömrəli icra sənədinin icrası ilə əlaqədar İddiaçı məxsus Qəbələ şəhəri Pastar məhəlləsində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin satışının təşkil edilməsi xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən Qəbələ rayon İcra Qrupuna, "xxxx" ASC-nə və İddiaçı ünvanlanmış 27 aprel 2015-ci il tarixli, 895 nömrəli bildirişdən görünür ki, Qəbələ şəhəri, Pastar məhəlləsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 80000 min manat müəyyən edilməklə hərracın keçirilməsi 29 may 2015-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Qəbələ rayon İcra Qrupuna, "xxxx" ASC-nə və İddiaçı ünvanlanmış 01 iyun 2015-ci il tarixli, 1266 nömrəli bildirişdən görünür ki, Qəbələ şəhəri, Pastar məhəlləsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 68000 min manat müəyyən edilməklə hərracın keçirilməsi 03 iyul 2015-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Qəbələ rayon İcra Qrupuna və "xxxx" ASCnə ünvanlanmış 05 oktyabr 2015-ci il tarixli, 2389 nömrəli bildirişdən görünür ki, Qəbələ şəhəri, Pastar məhəlləsində yerləşən fərdi yaşayış evinin satılmadığı bildirilmişdir. İş materiallarında olan "xxxx" Hərracın nəticələri haqqında yekun 30 iyul 2015-ci il tarixli, Y-299 nömrəli protokola əsasən İddiaçı məxsus Qəbələ şəhəri, Pastar məhəlləsində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi əmlakın ilkin hərrac qiyməti 80000 manat, əmlakın təkrar hərracdakı satış qiyməti 50000 manat olmaqla qalib alıcı Texnikabank” ASC-yə satılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 08 iyul 2015-ci il tarixli məktubdan görünür ki, Qəbələ rayon İcra Qrupunun 194/11 saylı xx.xx.2015-ci il tarixli sifarişinə əsasən açıq hərracda satışa çıxarılmış İddiaçı məxsus ipoteka ilə yüklü edilmiş Qəbələ şəhəri, Pastar məhəlləsində 0,06 ha torpaq sahəsində yerləşən 101,28 kv.m köməkçi sahəsi, 126,06 kv.m yaşayış sahəsi olan 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin əldə edilməsinə dair təklifləri Bank tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1nə ünvanlanmış 24 iyun 2021-ci il tarixli məktubdan görünür ki, cavabdeh İddiaçı məxsus ipoteka predmeti olan Qəbələ rayon, Pastar məhəlləsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 102.28 kv.m yaşayış evinə yönəldilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 24 yanvar 2011-ci il tarixli 2(025)- 22/2011 nömrəli icra vərəqəsinə əsasən ipoteka predmetinin balansda olması haqqında məlumat aşkar edilmədiyi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti tərəfindən 20 iyun 2008-ci il tаrixdə verilmiş MH seriyаlı ******* №li Çıxаrışın surətinə görə Qəbələ şəhəri, Pastar Məhəlləsində yerləşən 19 nömrəli fərdi yaşayış evi (0,06 ha torpaq sahəsi ilə birlikdə) Cavabdeh2 ASC Qəbələ Regional filialının xeyrinə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının170 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti tərəfindən 09 iyun 2008-ci il tаrixdə verilmiş MH seriyаlı ******* №li Çıxаrışın surətinə görə Qəbələ şəhəri, Pastar Məhəlləsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 101.28 kv.m yaşayış, 126.06 kv.m köməkçi sahədən ibarət 19 nörməli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının170 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işə tətbiq edilən hüquq: “İpoteka haqqında” Qanunun: 43.4-cü maddəsinə görə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə görə təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. 43.7-ci maddəsinə görə bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. 43.8-ci maddəsinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Qəbələ rayon məhkəməsinin 2(025)-22/2021 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin "Qəbələ" regional filialı ilə İddiaçı arasında bağlanmış 17 iyun 2018-ci il tarixli kredit müqaviləsinə xitam verilmiş, kredit müqaviləsi üzrə 68,000 (altmış səkkiz min) manat əsas, 32,500 manat (otuz iki min beş yüz) manat faiz borcu və 2000 (iki min) manat məbləğində dəbbə borcu, cəmi 102,300 (yüz iki min üç yüz) manat borcun İddiaçı məxsus olan Qəbələ şəhəri pastar məhəlləsində 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, yaşayış sahəsi 101.28 m2, köməkçi sahə 126.06 m2 olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın qiymətləndirilməklə açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunana vəsaitin borcun həmin məbləğdə "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Qəbələ rayon məhkəməsinin 2(025)-22/2021 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Qəbələ rayon icra qrupuna (Cavabdeh1nə) göndərilmiş və qrupun icra məmuru Asif Mustafayevin xx.xx.2011-ci il tarixli qərarı ilə icra vərəqəsi üzrə icraata başlanılmışdır. Qəbələ rayon icra qrupu tərəfindən icra vərəqəsi üzrə ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi üçün xx.xx.2011-ci il tarixdə “qiymətləndiricinin dəvət edilməsi haqqında" qərar qəbul edilərək icra edilməsi üçün qiymətləndirici "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC tərəfəndən ipoteka predmeti 80000 (səksən min) manat dəyərində qiymətləndirilmişdir. İddiaçıa məxsus olan Qəbələ şəhəri pastar məhəlləsində 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, yaşayış sahəsi 101.28 m2, köməkçi sahə 126.06 m2 olan fərdi yaşayış evinin hərracda satışının təşkil edilməsi məqsədi ilə Qəbələ rayon icra qrupu tərəfindən xx.xx.2015-ci il tarixdə "xxxx" MMC-yə sifariş verilmişdir. "xxxx" MMC-nin 895 saylı, xx.xx.2015-ci il tarixli "bildiriş" məktubuna əsasən Qəbələ rayon icra qrupunun sifarişi əsasında əmlakın ilkin satış qiyməti 80000 manat olmaqla satılması üçün xx.xx.2015-ci il tarixdə hərrac təyin edilmişdir. Həmin hərrac təşkilatının 1266 saylı, xx.xx.2015-ci il tarixli "bildiriş" məktubuna əsasən ipoteka predmeti olan əmlakın 68000 manata satılması üçün xx.xx.2015-ci il tarixə ikinci hərracın keçirilməsi nəzərdə tutulmuşdur. "xxxx" Hərracın nəticələri haqqında yekun 30 iyul 2015-ci il tarixli, Y-299 nömrəli protokola əsasən İddiaçı məxsus Qəbələ şəhəri, Pastar məhəlləsində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi əmlakın ilkin hərrac qiyməti 80000 manat, əmlakın təkrar hərracdakı satış qiyməti 50000 manat olmaqla qalib alıcı Texnikabank” ASC-yə satılmışdır. Göründüyü kimi iddiaçı iddia tələbinin əsası kimi, yəni ipotekaya xitam verilmə əsası kimi Cavabdeh1 xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə əmlakın tələbkar tərəfindən ikinci hərrac keçirildikdən sonra əldə edilməməsini göstərir. Lakin iş materiallarına cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən əlavə edilmiş Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Hərracın nəticələri haqqında yekun 30 iyul 2015-ci il tarixli, Y-299 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus Qəbələ şəhəri, Pastar məhəlləsində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi əmlakın ilkin hərrac qiyməti 80000 manat, əmlakın təkrar hərracdakı satış qiyməti 50000 manat olmaqla Texnikabank” ASC-yə satılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur....Təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Konstitusiya Məhkəməsinin Plenumu öz qərarında belə nəticəyə gəlmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. İşin hallarını nəzərə alaraq və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən irəli sürülmüş ipotekaya xitam verilməsi barədə tələblər əsassızdır. Çünki ipoteka predmeti olan qeyri yaşayış sahəsi birinci və təkrar hərraclarda satılmasa da, təkrar hərracdan sonra 30 gün ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmişdir. (Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Hərracın nəticələri haqqında yekun 30 iyul 2015-ci il tarixli, Y-299 nömrəli protokol) Belə olan halda isə ipoteka qoyanın tələbi ilə ipotekaya xitam verilməməlidir. Göründüyü kimi iddiaçının dəlilləri əsassızdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Lakin iddiaçı ipoteka predmetinə xitam verilməsi üçün əsas olan halları, yəni sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Lakin iddiaçı iddia ərizəsində mülkiyyətində olan torpaq sahəsinə gedən yoldan istifadəyə cavabdeh tərəfindən tərəfindən törədilən maneələrin nədən ibarət olması barədə heç bir sübut təqdim etməmişdir. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçınn üzərinə düşsədə o, cavabdehlər tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə araşdırması zamanı cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş "xxxx" Hərracın nəticələri haqqında yekun 30 iyul 2015-ci il tarixli, Y-299 nömrəli protokol ilə iddiaçının iddia tələbinin əsassız olduğu müəyyən edilmişdir. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçılar isə öz iddialarının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Qəbələ rayonu İcra və probası̇ ya şöbəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərı̇ n Sığortalanması Fonduna qarşı "ipotekaya xitam verilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Qəbələ rayonu İcra və probası̇ ya şöbəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərı̇ n Sığortalanması Fonduna qarşı "ipotekaya xitam verilməsi" tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar