Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-428/2020 25.06.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı1 (eyni zamanda İddiaçı2 etibarnamə üzrə nümayəndəsi), cavabdehlər Qəbələ rayon İcra və probasiya şöbəsinin nümayəndəsi (rəisi) x17 və Azərbaycan Respublikası Əmlak Məsələləri ̇Dövlət Komı̇təsı̇ni yanında Daşınmaz Əmlakın Dövlət Reyestri ̇Xı̇dmətı̇nin 9 saylı Qəbələ Ərazı̇ İdarəsı̇nin nümayəndəsi x3 iştirakları ilə İddiaçılar Əlı̇yev İlqar Qaragöz oğlu və İddiaçı2 cavabdehlər Qəbələ rayonu İcra və probası̇ya şöbəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri ̇Dövlət Komı̇təsı̇ni yanında Daşınmaz Əmlakın Dövlət Reyestri ̇Xı̇dmətı̇nin 9 saylı Qəbələ Ərazı̇ İdarəsı̇nə və Ləğv prosesində olan “xxxxxxxxx" ASC-nin ləğvedicisi Əmanətlərı̇n Sığortalanması Fonduna qarşı "ipoteka müqaviləsinə xitam verilməsi" tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar Əlı̇yev İlqar Qaragöz oğlu və İddiaçı2 cavabdehlər Qəbələ rayonu İcra və probası̇ya şöbəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri ̇Dövlət Komı̇təsı̇ni yanında Daşınmaz Əmlakın Dövlət Reyestri ̇Xı̇dmətı̇nin 9 saylı Qəbələ Ərazı̇ İdarəsı̇nə və Ləğv prosesində olan “xxxxxxxxx" ASC-nin ləğvedicisi Əmanətlərı̇n Sığortalanması Fonduna qarşı "ipoteka müqaviləsinə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binasına dair ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, 2010-ci il 13 avqust tarixli 292/0 AZN nömrəli kredit müqaviləsinə əsasən “xxxxxxxxx” ASC-dən illik 20 %-lə 24 ay müddətinə qeyriyaşayış sahəsinin alınması məqsədilə 166.000 manat borc alınmışdır. Bu borcun təminatı olaraq Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 ha torpaq sahəsində yerləşən x10 mülkiyyətindəki 0,0264 ha torpaq sahəsində 1 girişli 11 nömrəli ünvanda yerləşən 505,44 kv.m əsas sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası 13 avqust 2010-cu il tarixli sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Sonradan bank əmlakın üzərində yüklülüyü saxlamaq şərti ilə bu qeyri yaşayış binasının İddiaçı2 satılmasına razılıq vermiş və sonuncu onu alaraq dövlət reyestrindən qeydiyyata aldırmış və yüklülük saxlanılmışdır. Lakin kredit borcu vaxtında qaytarıla bilmədiyi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1033/2013 nömrəli, 11 aprel 2013-cü il tarixli qətnaməsinə əsasən iddiaçı “xxxxxxxxx” ASC-nin onlara qarşı “borc məbləğinin qaytarılması, borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Əlı̇yev İlqar Qaragöz oğlundan 13 avqust 2010-cı il tarixli 292/0 saylı Kredit müqaviləsi üzrə yaranmış 165,999,24 manat əsas, 48,562,79 manat faiz, 16000 manat cərimə və 20 manat dövlət rüsumunun “xxxxxxxxx” ASC-nin xeyrinə tutulması, tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı2 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binasına (mağaza) yönəldilməsi, qeyri yaşayış binasının ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması və həmin sahənin ən azı bir ay müddətinə boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin icra sənədinin icrasını təmin etmək məqsədilə Nəsimi rayon İcra və probasiya şöbəsinin 17/70-2415/7 saylı, 27.05.2013-cü il tarixli sifariş məktubu əsasında “xxxxxxxx” MMC tərəfindən ipoteka premdeti olmuş əmlakın ilkin satış qiymətini müəyyən etmək üçün qiymətləndirmə aparılmış və ipoteka predmeti olan qeyri-yaşayış sahəsi 390.000 manat müəyyən edilmişdir. Sözügedən ipoteka predmeti “x5 Mərkəzi” MMC tərəfindən açıq hərracdan satışa çıxarılmış, keçirilən hərraclar baş tutmamış və ipoteka predmeti “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq “x8 Mərkəzi” MMC-nin Hərracın nəticələri haqqında Y-187 saylı, 01.07.2014-cü il tarixli protokoluna əsasən ləğv prosesində olan “xxxxxxxxx” ASC-yə satılmışdır. İddiaçı2 tərəfindən “xxxxxxxx” MMC tərəfindən tərtib olunmuş 06.08.2013-cü il tarixli, 13-793 saylı qiymətləndirmə hesabatı Səbail Rayon Məhkəməsində mübahisələndirilmiş və Səbail Rayon Məhkəməsinin 2(009)-639/2018 saylı, 06 mart 2018-ci il tarixlə qətnaməsinə əsasən “x8 Mərkəzi” MMC-yə, “xxxxxxxx” MMC-yə, Nəsimi rayon İcra şöbəsinə və “xxxxxxxxx” ASC-yə qarşı iddia tələbi təmin edilərək, İddiaçı2 məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 ha torpaq sahəsində yerləşən 11 saylı qeyri-yaşayış binasının qiymətləndirilməsi barədə “xxxxxxxx MMC tərəfindən verilmiş 06.08.2013-cü il tarixli, 13-793 saylı hesabat etibarsız hesab edilərək ləğv edilmiş, həmin əmlakın “xxxxxxxxx” ASC-yə satılması haqqında “x8 Mərkəzi” MMC tərəfindən 01 iyul 2014-cü il tarixdə keçirilmiş hərracın yekunları barədə Y-187 saylı protokol etibarsız hesab edilmiş və həmin hərracın nəticələri ləğv edilmişdir. Bundan sonra “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 26 dekabr 2018-ci il tarixli rəyinə əsasən ipoteka predmeti olan qeyri-yaşayış binası 700.000 (yeddi yüz min) manat məbləğində qiymətləndirilmişdir. Bundan sonra “xxxxxxxxx” ASC-nin ləğvedicisi x6 cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qəbələ rayon icra və probasiya şöbəsi və İddiaçı2 göstərilməklə) “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.11.2019-cu il tarixli 2(006)-3230/2019 nömrəli qətnaməsinə əsasən təmin edilməmişdir. Respublika Xammal və Əmtəə Birjasının nəzdində yaradılan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən 29 oktyabr 2018-ci il tarixdə, 03 dekabr 2018-ci il tarixdə, 18.02.2019-cu il tarixdə və 11.03.2019-cu il tarixlərdə açıq hərrac keçirilmiş, lakin əmlak satılmamışdır. Göründüyü kimi, 4 dəfə hərrac keçirilməsinə baxmayaraq qeyri yaşayış binası satılmamış, tələbkar Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi x6 ipotekada olan qeyri yaşayış binasını almaqdan imtina etmişdir. Beləliklə hesab edirlər ki, İddiaçı2 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binasına dair ipotekaya xitam verilməlidir. Bundan başqa ipoteka predmeti olan İddiaçı2 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binasının satış qiyməti 700.000 manat qiymətləndirilməsi barədə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 26 dekabr 2018-ci il tarixli rəyi xxxxxxxxx” ASCnin ləğvedicisi x6 tərəfindən mübahisələndirilmiş, lakin iddiası təmin olunmamış, həmçinin birinci hərrac və təkrar hərracların nəticələri, mübahisələndirilməmiş və hazıra kimi qüvvədədir. 18 iyun 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 (eyni zamanda İddiaçı2 etibarnamə üzrə nümayəndəsi) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələblərinin tam edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Qəbələ rayon İcra və probasiya şöbəsinin nümayəndəsi (rəisi) x18 izahatında göstərmişdir ki, icra sənədi 2013-cü ildə Nəsimi rayon İcra və probasiya şöbəsindən Qəbələ rayon İcra və probasiya şöbəsinə daxil olmuşdur. Şifariş əsasında əmlaka dair hərrac keçirilmiş, hətta həmin dövrdə əmlak balansa da götürülmüşdür. Balansa götürülən fərq həddən artıq az olduğundan, demək olar ki, borcla bərabər səviyyədə olduğundan qarşı tərəf məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə hərracın nəticələri və alqı-satqı müqaviləsi ləğv edilmişdir. Yenidən hərrac keçirilməsi və əmlak satıldıqdan sonra bir ay müddətində həmin obyektin boşaldılması üçün qərar qəbul olunmuşdur. Əmlak Qəbələ rayonunda yerləşdiyinə görə Nəsimi rayon İcra və probasiya şöbəsi icra sənədini 2018-ci ilin avqust ayında Qəbələ rayon İcra və probasiya şöbəsinə göndərmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsi qiymətləndirməyə müraciət etmişdir. Lakin “xxxxxxxxx” ASC-i qiymətləndirmədən narazı olduğu üçün yenidən qiymətləndirilmə keçirilmişdir. Yenidən əmlak 700000,00 manat dəyərində qiymətləndirilmişdir. Bundan sonra vətəndaş İddiaçı2 şöbəyə öz narazıçılığını bildirmişdir ki, sahibkar olmasının nəzərə alınmasını, əmlakın ya satılmasını, ya özü satıb borcunu bağlamasını istəyir. Onlar həmin dövr də araşdırmışlar və məlum olmuşdur ki, Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsi tərəfindən dörd dəfə qeyd edilən əmlak müstəqil şirkətlər tərəfindən qiymətləndirilmişdir. Həmin qiymətləndirilmə də əmlakı 700000, 00 – 750000,00 manat dəyərində qiymətləndirmişdir. Amma onlar“xxxxxxxxx” ASC-nin etirazı əsasında əmlakı yenidən qiymətləndirmişlər və yenidən əmlak 700000,00 manat dəyərində qiymətləndirilmiş və hərraca çıxarılmışdır. xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx hər hərrac keçirilməsi ilə bağlı bildirişləri həm onlara, həm də xxxxxxxxx ACS-nə göndərmişdir. “İpoteka haqqında” AR Qanununun müvafiq bəndlərinə uyğun olaraq hərrac keçirilmiş və həmin qanunun 43.7-ci maddəsinə uyğun olaraq ipoteka saxlayana ipoteka predmetini əldə etmək üçün təklif göndərilmişdir. Cavabdehə çatan 215 667,97 manat məbləğini Qəbələ rayon İcra və probasiya Şöbəsinin depozitinə ödəməli, ödəniş olunduqdan sonra sənədləşmə işi həyata keçirilməli imiş. Lakin bank buna hər hansı münasibət bildirməmişdir. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri ̇Dövlət Komı̇təsı̇ni yanında Daşınmaz Əmlakın Dövlət Reyestri ̇Xı̇dmətı̇nin 9 saylı Qəbələ Ərazı̇ İdarəsı̇nin nümayəndəsi x7 izahatında göstərmişdir ki, ipoteka predmeti olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi ev 11-də olan 0.0264 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 505.44 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binası Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti tərəfindən 10 dekabr 2007-ci il tаrixdə verilmiş MH seriyаlı ******* №li Çıxаrışa əsasən tam mülkiyyət hüququ üzrə x10 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmışdır. “xxxxxxxxx” ASC ilə x14 arasında 13.08.2010-cu il tarixdə bağlanmış İP1-292/0 nömrəli sonrakı ipoteka müqaviləsinə x11 məxsus Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi ev 11-də mülkiyyətində olan 0.0264 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 505.44 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binası ipotekaya qoyulmuşdur. Daha sonra Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı № ******* nömrəli çıxarışa əsasən Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi ev 11-də mülkiyyətində olan 0.0264 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 505.44 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində 19.05.2011-ci ildə qeydiyyata alınmış və bu zaman yüklülük saxlanılmışdır. “xxxxxxxxx” ASC Azərbaycan Respublikası Əmlak Məsələləri ̇Dövlət Komı̇təsı̇ni yanında Daşınmaz Əmlakın Dövlət Reyestri ̇Xı̇dmətı̇nin 9 saylı Qəbələ Ərazı̇ İdarəsı̇nə “ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair” ərizə ilə müraciət edərək ipoteka predmetinə məhkəməyə müraciət edilmədən tutmanın yönəldilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması xahiş olunmuşdur. Hal-hazırda sözügedən əmlak İddiaçı2 adınadır. Lakin ipoteka ilə yüklü edilmişdir. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş üzrə cavabdeh Ləğv Prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi x4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, cavabdeh Ləğv Prosesində olan “xxxxxxxxx” ASC-nin nümayəndəsi Coşğun İbrahimxəlilov tərəfindən 22 iyun 2020-ci il tarixdə məhkəməyə üvanlanmış ərizədə iddia tələbi əsassız olduğundan rədd olunması barədə qərar qəbul edilməsi və təyin edilmiş bütün məhkəmə baxış iclaslarının iştirakları olmadan keçirilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Ona görə də məhkəmə işə, cavabdeh Ləğv Prosesində olan “xxxxxxxxx” ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 18 iyun 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Ləğv Prosesində olan “xxxxxxxxx” ASC-nin nümayəndəsi x9 izahatında göstərmişdir ki, dəfələrlə Qəbələ rayon Məhkəməsində bu işlə bağlı məhkəmə prosesləri keçirilmişdir. 23 dekabr 2011-ci il tarixli qərardadla iddianın təmin təbridi təmin edilmişdir. Daha sonra əmlakın üzərinə həbs qoyulmuşdur. Daha sonra xxxxxxxxx ASC-i həbsin aradan qaldırılması məqsədi ilə Qəbələ rayon Məhkəməsinə müraciət etmiş, hakim Feruz Abbasovun sədrliyi ilə qərardad qəbul edilərək əmlakın üzərindən həbs götürülmüşdür. Daha sonra dəfələrlə hərrac keçirilməsinə baxmayaraq “xxxxxxxxx” ASC-nin ondan heç bir məlumatı olmamışdır. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”nə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Eyni zamanda onlar məhkəməyə keçirilmiş hərrac barədə sənədlər toplusunu göndərərək iş materiallarına əlavə edilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını və çıxışını dinləyib, mülki iş üzrə təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “xxxxxxxxx” ASC ilə Əlı̇yev İlqar Qaragöz oğlu arasında bağlanmış 13 avqust 2010-cu il tarixli, 292/0 nömrəli “Kredit müqavləsi”nə əsasən “xxxxxxxxx” ASC Borc alana 166.000 manat məbləğində illik 20 % olmaqla 24 ay müddətinə kredit verilmişdir. İş materiallarında olan “xxxxxxxxx” ASC ilə x14 arasında 13.08.2010-cu il tarixdə bağlanmış İP1-292/0 nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, x11 məxsus Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi ev 11-də mülkiyyətində olan 0.0264 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 505.44 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binası (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Qəbələ rayon Ərazi İdarəsi tərəfindən verilmiş 10 dekabr 2007-ci il tarixli MH № ******* saylı çıxarış ilə təsdiq edilmişdir) ipoteka predmetinin dəyəri (ipoteka saxlayan tərəfindən qiymətləndirilməklə) 230 000 (iki yüz otuz min) manat qiymətləndirilməklə ipoteka qoyulmuşdur. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri ̇Dövlət Komı̇təsı̇ni yanında Daşınmaz Əmlakın Dövlət Reyestri ̇Xı̇dmətı̇nin 9 saylı Qəbələ Ərazı̇ İdarəsı̇ndən daxil olmuş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti tərəfindən 10 dekabr 2007-ci il tаrixdə verilmiş MH seriyаlı ******* №li Çıxаrışın surətinə görə Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsində mülkiyyətində olan 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli bina 1 girişli, 505.44 kv.m ümumi, 505.44 kv.m əsas sahədən ibarət 2 mərtəbəli qeyri yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə x10 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı № ******* nömrəli çıxarışın surətindən görünür ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi ev 11-də mülkiyyətində olan 0.0264 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 505.44 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində 19.05.2011-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 11 aprel 2013-cü il tarixli 2(006)-1033/2013 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı1 13 avqust 2010-cı il tarixli № 292/0 saylı Kredit müqaviləsi üzrə yaranmış 165,999,24 manat əsas, 48,562,79 manat faiz, 16000 manat cərimə və 20 manat dövlət rüsumu “xxxxxxxxx” ASC-nin xeyrinə tutulması, tutma bank qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı2 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binasına (mağaza) yönəldilməsi, qeyri yaşayış binası ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması və həmin sahə ən azı bir ay müddətinə boşaldılması, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan “xxxxxxxx” MMC-nin 06.08.2013-cü il tarixli, 13-793 saylı “x1 Haqqında” hesabatdan görünür ki, ipoteka premdeti olmuş əmlakın ilkin satış qiymətini müəyyən etmək üçün qiymətləndirmə aparılmış və ipoteka predmeti olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 11 nömrəli qeyri-yaşayış sahəsi 390.000 manat müəyyən edilmişdir. İş materiallarında olan “x13 dair” 16 noyabr 2018-ci il tarixli və 12 oktyabr 2018-ci il tarixli bildirişlərin surətindən görünür ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, 0.0264 ha torpaq sahəsində yerləşən 11 saylı qeyri/yaşayış binasının (mağaza) hərracın açıq auksion formasında satılması barədə 29 oktyabr 2018-ci il saat 11:00 və 03 dekabr 2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərraclar barədə tərəflərə bildirişlər göndərilmişdir. İş materiallarında olan ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi x6 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinə ünvanlanmış məktubun mətnindən görünür ki, ipoteka predmeti “x5 Mərkəzi” MMC tərəfindən açıq hərracdan satışa çıxarılmış, keçirilən hərraclar baş tutmamış və ipoteka predmeti “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq “x8 Mərkəzi” MMC-nin Hərracın nəticələri haqqında Y-187 saylı, 01.07.2014-cü il tarixli protokoluna əsasən ləğv prosesində olan “xxxxxxxxx” ASC-yə satılmışdır. İş materiallarında olan Bakı şəhər Səbail rayon məhkəməsinin 06 mart 2018-ci il tarixli 2(009)-639/2018 nömrəli qətnaməsindən görünür ki, İddiaçı2 məxsus olmuş Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 ha torpaq sahəsində yerləşən 11 saylı qeyri-yaşayış binasının qiymətləndirilməsi barədə “xxxxxxxx” MMC tərəfindən verilmiş 06.08.2013-cü il tarixli, 13-793 saylı hesabatın ləğv edilməsi, İddiaçı2 məxsus Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 ha torpaq sahəsində yerləşən 11 saylı qeyri-yaşayış binasının 248625 manata “xxxxxxxxx” ASC-yə satılması haqqında “x8 Mərkəzi” MMC tərəfindən 01 iyul 2014-cü il tarixdə keçirilmiş hərracın yekunları barədə Y-187 saylı protokol etibarsız hesab edilməsi və hərracın nəticələrinin ləğv edilməsi, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 ha torpaq sahəsində yerləşən 11 saylı qeyri-yaşayış binası üzərində daşınmaz əmlakın dövlət reyestrində “xxxxxxxxx” ASC-nin adına aparılmış qeyd ləğv edilməsi qət edilmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 29 noyabr 2018-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi barədə qərarın surətindən görünür ki, İddiaçı2 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0.0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binasının (mağazanın) qiymətləndirilməsi üçün qiymətləndirici dəvət edilməsi qərara alınmışdır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 26.12.2018-ci il tarixli, QXM/1913 saylı “Qiymətləndirmə hesabatı”ndan görünür ki, ipoteka premdeti olmuş əmlakın satış qiymətini müəyyən etmək üçün qiymətləndirmə aparılmış və ipoteka predmeti olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 11 nömrəli qeyri-yaşayış binasının 26.12.2018-ci il tarixə likvid dəyəri 700.000 (yeddi yüz min) manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli 2(006)-3230/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı “xxxxxxxxx” ASC-nin ləğvedicisi x2 cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qəbələ rayon icra və probasiya şöbəsi və İddiaçı2 göstərməklə) “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ndən daxil olmuş “x13 dair” 18 yanvar 2019-cu il tarixli və 04 fevral 2019-cu il tarixli bildirişlərdən görünür ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, 0.0264 ha torpaq sahəsində yerləşən 11 saylı qeyri/yaşayış binasının (mağaza) hərracın açıq auksion formasında satılması barədə 18 fevral 2019-cu il tarixdə saat 11.00-da keçiriləcək birinci hərrac barədə tərəflərə bildirişlər göndərilmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ndən daxil olmuş “x13 dair” 22 fevral 2019-cu il tarixli bildirişdən görünür ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, 0.0264 ha torpaq sahəsində yerləşən 11 saylı qeyri/yaşayış binasının (mağaza) hərracın açıq auksion formasında satılması barədə 11 mart 2019-cu il tarixdə saat 11.00-da keçiriləcək ikinci hərrac barədə tərəflərə bildiriş göndərilmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ndən daxil olmuş “x16”nlardan görünür ki, “x13 dair” bildirişlər “xxxxxxxxx” ASC tərəfindən qəbul edilmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ndən daxil olmuş “Birja Yenilikləri” qəzetinin surətlərindən görünür ki, sözügedən qəzetin 18-24 yanvar 2019-cu il və 01- 07 fevral nəşrlərində “Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsi 0,0264 ha torpaq sahəsində yerləşən 11 saylı qeyri-yaşayış sahəsinin (mağazanın) – 700000.00 man. Beh: Satış qiymətinin 5% hərrac təşkilatının depozit hesabına. Hərrac addımı. Satış qiymətinin 3%-dək 01/27D lot üzrə. Fiziki şəxlər şəxsiyyət vəqisəsi;Hüquqi şəxslər-təsis sənədləri. Hərracı udmuş şəxs alış qiymətini 7 təqvim günü müddətində İcra və probasiya Şöbəsinin depozit hesabına ödəməlidir. Hərrac 18.02.2019-cu il tarixində saat 11:00 keçirələcək” başlığı ilə elanlar dərc edilmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ndən daxil olmuş “Birja Yenilikləri” qəzetinin surətlərindən görünür ki, sözügedən qəzetin 21 mart 2019-cu il tarixli nəşrində Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsi 0.0264 ha torpaq sahəsində yerləşən 11 saylı qeyriyaşayış sahəsi ilə bağlı hərracın baş tutmadığı göstərilmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Qəbələ rayon İcra və probasiya şöbəsindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, İddiaçı1, “xxxxxxxxx” ASC-nə ünvanlanmış 08 yanvar 2019-cu il tarixli sifariş məktubunda göstərilmişdir ki, cavabdeh İddiaçı1 13 avqust 2010-cu il tarixli N-292/0 saylı kredit müqaviləsi üzrə yaranmış 165,999,79 manat faiz, 16000 manat cərimə və 20 manat dövlət rüsumu “xxxxxxxxx” ASC-nin xeyrinə tutmalıdır. Tutma bank qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı2 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binasına (mağaza) yönəldilməli, qeyri yaşayış binası ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılmalı və həmin sahə ən azı bir ay müddətinə boşaldılmalıdır. Odur ki, Qəbələ rayon İcra və probasiya şöbəsinin icraatında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-1033/2013 saylı, 11.04.2013-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq İddiaçı2 məxsus Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binasının (mağaza) ixtisaslaşdırılmış hərrac vasitəsilə satışının keçirilməsi xahiş olunmuşdur. Qəbələ rayon İcra və probasiya şöbəsindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin “xxxxxxxxx” ASC-nə ünvanlanmış 15 mart 2019-cu il tarixli məktubunda göstərilmişdir ki, Qəbələ rayon İcra və probasiya Şöbəsinin 135/19 saylı 08.01.2019-cu il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı1 məxsus ipoteka yüklü Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küç, 0.0264 ha t/sahəsində yerləşən 11 saylı q/yaşayış binasının (mağaza) təkrar hərracının baş tutumaması barədə “Birja yenilikləri” qəzətinin 15.03.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 446250 (dörd yüz qırx altı min iki yüz əlli) manat olmaqla ipoteka saxlayana təklif olunur. Qəbələ rayon İcra və probasiya şöbəsindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə ünvanlanmış 08 may 2019-cu il tarixli məktubda göstərilmişdir ki, şöbəyə daxil olmuş məktub və bildirişlərə əsasən hərracın baş tutmadığı məlum olmuş, bununla bağlı “İpoteka haqqında” qanuna müvafiq olaraq tələbkara (ipoteka saxlayana” məlumat verilməklə “Birja yenilikləri” qəzetində məlumat dərc olunmuşdur. Buna baxmayaraq AR “Mülki Məcəlləsi”nin və “İpoteka Haqqında” Qanunun müvafiq maddələrinə uyğun olaraq ipoteka predmetini əldə etmək üçün ipoteka saxlayan (tələbkar) tərəfindən şöbəyə müraciət olunmamış, təklif olunacaq məbləğlə (446250) borcluya ödəniləcək fərqin ödənilməsilə bağlı şöbənin depozit hesabına hər hansı vəsait daxil olmamışdır. Qəbələ rayon İcra və probasiya şöbəsindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən Qəbələ rayon İcra və probasiya şöbəsinə ünvanlanmış 10 may 2019-cu il tarixli məktubda göstərilmişdir ki, 08.01.2019-cu il tarixli sifariş məktubunun icrası ilə əlaqədar Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 11 nömrəli qeyri yaşayış binasının (mağaza) “İpoteka Haqqında” AR Qanununun müvafiq bəndlərinə uyğun olaraq ipoteka saxlayana ipoteka predmetini əldə etmək üçün təklif göndərilmiş, tərəflərindən qeyd olunan əmlakı əldə etməyə razılığ bildirmişdir. Qeyd olunan əmlakı əldə etmək üçün cavabdehə çatan 215 667,97 (iki yüz on beş min altı yüz altmış yeddi manat, 97 qəpik) manat məbləğini Qəbələ rayon İcra və Probasiya şöbəsinin depozitinə ödənilməli, ödəniş olduqdan sonra sənədləşmə işi həyata keçirilməlidir. Qəbələ rayon İcra və Probasiya Şöbəsinin 1966/5 saylı, 08.05.2019-cu il tarixli məktubuna əsasən cavabdehə çatan məbləğ “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən icra şöbəsinin depozit hesabına ödənilməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxxxxxxx” ASC ilə Əlı̇yev İlqar Qaragöz oğlu arasında bağlanmış 13 avqust 2010-cu il tarixli “Kredit müqavləsi”nə əsasən “xxxxxxxxx” ASC Borc alana 166.000 manat məbləğində illik 20 % olmaqla 24 ay müddətinə kredit verilmişdir. “xxxxxxxxx” ASC ilə x14 arasında 13.08.2010-cu il tarixdə bağlanmış İP1-292/0 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən x11 məxsus Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi ev 11-də mülkiyyətində olan 0.0264 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 505.44 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binası ipoteka qoyulmuşdur. Daha sonra Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi ev 11-də 0.0264 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 505.44 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına qeydiyyata alınmış və yüklülük saxlanılmışdır. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 11 aprel 2013-cü il tarixli 2(006)-1033/2013 nömrəli qətnaməsinə əsasən cavabdeh İddiaçı1 13 avqust 2010-cı il tarixli № 292/0 saylı Kredit müqaviləsi üzrə yaranmış 165,999,24 manat əsas, 48,562,79 manat faiz, 16000 manat cərimə və 20 manat dövlət rüsumu “xxxxxxxxx” ASC-nin xeyrinə tutulması, tutma bank qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı2 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 ha torpaq sahəsində yerləşən 11 nömrəli qeyri yaşayış binasına (mağaza) yönəldilməsi, qeyri yaşayış binası ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması və həmin sahənin ən azı bir ay müddətinə boşaldılması qət edilmişdir. “xxxxxxxx” MMC tərəfindən ipoteka premdeti olmuş əmlakın ilkin satış qiymətini müəyyən etmək üçün qiymətləndirmə aparılmış və ipoteka predmeti olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 11 nömrəli qeyri-yaşayış sahəsi 390.000 manat müəyyən edilmişdir. “x13 dair” 16 noyabr 2018-ci il tarixli və 12 oktyabr 2018-ci il tarixli bildirişlərlə Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, 0.0264 ha torpaq sahəsində yerləşən 11 saylı qeyri/yaşayış binasının (mağaza) hərracın açıq auksion formasında satılması barədə 29 oktyabr 2018-ci il saat 11:00 və 03 dekabr 2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərraclar barədə tərəflərə bildirişlər göndərilmişdir. Bakı şəhər Səbail rayon məhkəməsinin 06 mart 2018-ci il tarixli 2(009)-639/2018 nömrəli qətnaməsinə əsasən İddiaçı2 məxsus olmuş Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 ha torpaq sahəsində yerləşən 11 saylı qeyri-yaşayış binasının qiymətləndirilməsi barədə “xxxxxxxx” MMC tərəfindən verilmiş 06.08.2013-cü il tarixli, 13-793 saylı hesabatın ləğv edilməsi, İddiaçı2 məxsus Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 ha torpaq sahəsində yerləşən 11 saylı qeyriyaşayış binasının 248625 manata “xxxxxxxxx” ASC-yə satılması haqqında “x8 Mərkəzi” MMC tərəfindən 01 iyul 2014-cü il tarixdə keçirilmiş hərracın yekunları barədə Y-187 saylı protokol etibarsız hesab edilməsi və hərracın nəticələrinin ləğv edilməsi, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 ha torpaq sahəsində yerləşən 11 saylı qeyri-yaşayış binası üzərində daşınmaz əmlakın dövlət reyestrində “xxxxxxxxx” ASC-nin adına aparılmış qeyd ləğv edilməsi qət edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 26.12.2018-ci il tarixli, QXM/1913 saylı “Qiymətləndirmə hesabatı”na əsasən ipoteka premdeti olmuş əmlakın satış qiymətini müəyyən etmək üçün qiymətləndirmə aparılmış və ipoteka predmeti olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 11 nömrəli qeyri-yaşayış binasının 26.12.2018-ci il tarixə likvid dəyəri 700.000 (yeddi yüz min) manat müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli 2(006)-3230/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı “xxxxxxxxx” ASC-nin ləğvedicisi x2 cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. “x13 dair” 18 yanvar 2019-cu il tarixli, 04 fevral 2019-cu il tarixli və 22 fevral 2019-cu il tarixli bildirişlərə əsasən Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, 0.0264 ha torpaq sahəsində yerləşən 11 saylı qeyri/yaşayış binasının (mağaza) hərracın açıq auksion formasında satılması barədə keçiriləcək hərraclar barədə tərəflərə bildirişlər göndərilmişdir. Lakin keçirilmiş hərraclar baş tutmamışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küç, 0.0264 ha t/sahəsində yerləşən 11 saylı q/yaşayış binasının (mağaza) “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 446250 (dörd yüz qırx altı min iki yüz əlli) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. Buna baxmayaraq AR “Mülki Məcəlləsi”nin və “İpoteka Haqqında” Qanunun müvafiq maddələrinə uyğun olaraq ipoteka predmetini əldə etmək üçün ipoteka saxlayan (tələbkar) tərəfindən Qəbələ rayon İcra və probasiya şöbəsinə müraciət olunmamış, təklif olunacaq məbləğlə (446250) borcluya ödəniləcək fərqin ödənilməsilə bağlı şöbənin depozit hesabına hər hansı vəsait daxil olmamışdır. Belə ki, iş materiallarından mübahisəsiz qaydada müəyyən olunur ki, ipoteka predmeti olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi ev 11-də 0.0264 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 505.44 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasının ilkin satış qiyməti 700000 manat olmaqla 18.02.2019-cu il tarixdə birinci hərrac, 11.03.2019-cu il tarixdə isə təkrar hərraca çıxarılmış və alıcı olmadığından satılmamışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən “xxxxxxxxx” ASC-nə ünvanlanmış 15.03.2019-cu il tarixli məktubda göstərilmişdir ki, Qəbələ rayon İcra və Probasiya Şöbəsinin 135/19 saylı 08.01.2019-cu il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı1 məxsus ipoteka yüklü Qəbələ ş, İ.B.Qutqaşınlı küç., 0.0264 ha t/sahəsində yerləşən 11 saylı q/yaşayış binasının (mağaza) təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 15.03.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 446250 (dörd yüz qırx altı min iki yüz əlli) manat olmaqla ipoteka saxlayana təklif olunur. Qeyd edilmişdir ki, AR “Mülki Məcəlləsinin” 298.2, 319.3.5.398-ci, “İpoteka haqqında” qanunun 43.7, 43.8 maddələrinə uyğun olaraq ipoteka predmetini əldə etmək üçün ipoteka saxlayan ipoteka predmetinin əldə etmək hüququna malik olan qismində çıxış etdiyi halda hərracın xidmət haqqını ödədikdə protokol tərtib olunur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2018-ci il 30 noyabr tarixli 1356 VQD nömrəli qanunun 150.1.13, 150.3-1 həmçinin 220.8, 220.8.1 maddələrinə uyğun olaraq alıcı və ya ipoteka predmetini əldə edən yaşayış, qeyri yaşayış və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergini protokol əldə etməzdən öncə ödəməlidir. “İpoteka haqqında” Qanunun 43.4-cü maddəsinə görə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə görə təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə görə bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur....Təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. “İpoteka haqqında” Qanunun 43cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Konstitusiya Məhkəməsinin Plenumu öz qərarında belə nəticəyə gəlmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. İşin hallarını nəzərə alaraq və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçılar Əlı̇yev İlqar Qaragöz oğlu və İddiaçı2 tərəfindən irəli sürülmüş ipotekaya xitam verilməsi barədə tələblər əsaslıdır. Çünki ipoteka predmeti olan qeyri yaşayış sahəsi birinci və təkrar hərraclarda satılmamış və təkrar hərracdan sonra 30 gün ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Belə olan halda isə ipoteka qoyanın tələbi ilə ipotekaya xitam verilməlidir. Cavabdehlərin dəlilləri isə əsassızdır. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ndən daxil olmuş “x16”nlardan görünür ki, “x13 dair” bildirişlər “xxxxxxxxx” ASC tərəfindən qəbul edilmişdir. Belə ki, “x13 dair” 18 yanvar 2019-cu il tarixli bildiriş 21.01.2019-cu il tarixdə, x13 dair” 22 fevral 2019-cu il tarixli bildiriş isə 22.02.2019-cu il tarixdə “xxxxxxxxx” ASC tərəfindən qəbul edilmişdir. Bu səbəbdən cavabdehin dəfələrlə hərrac keçirilməsinə baxmayaraq “xxxxxxxxx” ASC-nin ondan heç bir məlumatı olmaması barədə dəlilləri əsaslı hesab edilə bilməz. Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli 2(006)-3230/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı “xxxxxxxxx” ASC-nin ləğvedicisi x2 cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Qəbələ rayon icra və probasiya şöbəsi və İddiaçı2 göstərməklə) “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bu da onu göstərir ki, “xxxxxxxxx” ASC-nin hərracların keçirilməsi və alıcının olmaması səbəbinə görə hərracların baş tutmamasından məlumatlı olmuşdur. Ona görə də, hərracların keçirilməsi barədə bildirişlərin və ipoteka predmetinin əldə edilməsi barədə təklifin onlara göndərilməməsi ilə bağlı dəlillər əsassızdır. Bundan başqa ipoteka predmeti olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi ev 11-də 0.0264 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 505.44 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasının ilkin satış qiyməti 700000 manat olmaqla 18.02.2019-cu il tarixdə keçirilən birinci hərrac və 11.03.2019-cu il tarixlərdə keçirilən təkrar hərracların nəticələri mübahisələndirilməmiş və hazıra kimi qüvvədədir. Belə olan halda isə həmin hərracların keçirilməsi barədə bildirişlərin və ipoteka predmetinin əldə edilməsi barədə təklifin tələbkara göndərilməməsi ilə bağlı dəlillərə istinad edilməsi özüözlüyündə əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarı ilə həmin maddə yuxarıda göstərilən şəkildə şərh olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinin tələblərinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 63.4-cü maddəsində isə təsbit olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun, 33, 36.1, 40, 41.2, 41.3, 41.5, 42.1, 42.3, 42.5, 43.4, 43.5, 43.7, 43.8-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsaəsn məhkəmə hesab edir ki, “xxxxxxxxx" ASC ilə bağlanmış 13 avqust 2010-cu il tarixli, İP1-292/0-AZN nömrəli ipoteka müqaviləsi əsasında ipoteka qoyulmuş İddiaçı2 məxsus Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 hektar torpaq sahəsində yerləşən 11 saylı qeyri-yaşayış binasına dair ipotekaya xitam verilməlidir. Məhkəmə qeyd edir ki, dövlət rüsumunun ödənilməsi ilə bağlı iddiaçıların hər hansı bir tələbi olmadığından, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxxxxxxx" ASC ilə bağlanmış 13 avqust 2010-cu il tarixli, İP1-292/0-AZN nömrəli ipoteka müqaviləsi əsasında ipoteka qoyulmuş İddiaçı2 məxsus Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 0,0264 hektar torpaq sahəsində yerləşən 11 saylı qeyri-yaşayış binasına dair ipotekaya xitam verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-428/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-428/2020
25.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver