Məhkəmə qərarları › İş №2(025)-458/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-458/2021

09.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-458/2021 09.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2007-ci il tarixdə doğulmuş X1 üçün 175 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə qeyri-rəsmi olaraq 1998-ci il tarixdə ailə qurmuşdur. Rəsmi nikah xx.xx.2010-cu il tarixdə bağlanmışdır. Birgə nikahlarından xx.xx.2002-ci il tarixdə Elnarə, xx.xx.2003-cü il tarixdə Ləman, xx.xx.2007-ci il tarixdə isə Sadulla adlı uşaqları doğulmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2002-ci il tarixdə doğulmuş Elnarə və xx.xx.2013-cü il tarixdə doğulmuş Ləman adlı uşaqlar onda saxlanılmaqla hər uşağa 130 manat aliment təyin olunmuşdur. xx.xx.2007-ci il tarixdə doğulmuş Şəmsəddinov Sadulla isə xx.xx.2018-ci il tarixli qətnamə ilə atasında saxlanılmışdır. Tərəfindən uşaq tələbinə dair iddia qaldırılmış, mülki işə məhkəmədə baxılmış və məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə birgə nikahlarından xx.xx.2007ci il tarixdə doğulmuş uşaqları X6 Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilmişdir. Uşaq hazırda onun himayəsindədir. Uşağın onun himayəsində olmasından bir ildən artıq vaxt keçməsinə baxmayaraq cavabdeh könüllü olaraq aliment ödəməkdən yayınır. Onun isə himayəsində olan Sadulla adlı uşağın saxlanması üçün maddi vəsaitə ehtiyacı var. Cavabdeh uşağın saxlanılmasına yardım etmək imkanındadır. Kommersiya fəaliyyəti ilə məşğuldur. xx xxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, o, İİİ qrup əlildir. Əlilliyi ilə bağlı ayda 300 manat təqaüd alır. Əlavə heç bir gəliri yoxdur. Həmçinin yenidən ailə qurmuş və yeni evliliyindən bir övladı vardır. Hər ay 60 manat aliment ödəməyə imkanı çatır. Bundan əlavə İddiaçı ilə aralarında olan nikah pozularkən birgə nikah dövründə Qəbələ rayonu, Cığatelli kəndində tikdirdiyi həyətində navest (saray) olan, 3 yataq otağı, 1 oturma zalı, mətbəx və sanitar qovşaqdan ibarət iki mərtəbəli yaşayış evini (həyətyanı torpaq sahəsi ilə birlikdə), bundan əlavə 150 ədəd fındıq ağacı, 20 ədəd şabalıd ağacı, 120 ədəd müxtəlif meyvə ağacları olan 2 ha torpaq sahəsini cavabdehə və uşaqlarına verib çıxmışdır. Maddi durumunu və ailə vəziyyətini nəzərə alıb övladı X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 60 manat sabit pul məbləğində aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəmə hazırlıq iclasında məhkəməyə təqdim etdiyi etiraz ərizəsində səhhətindəki narahatıqla əlaqədar növbəti məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasını cavabdehin iştirakı olmadan keçirməyi məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etiraz ərizəsini nəzərə alıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(025)-48/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında xx xxxxxx 2010-cu il tarixdə Qəbələ rayon qeydiyyat şöbəsində bağlanaraq, 05 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx xxxxxxx 2002-ci il tarixdə anadan olmuş X12 və xx xxxxxx 2003-cü il tarixdə anadan olmuş X9 anaları X3 himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək onların saxlanılması məqsədilə Cavabdeh xx xxxxxxx 2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 260 (iki yüz altmış) manat (uşaqların hər biri üçün 130 (bir yüz otuz) manat olmaqla) aliment alınaraq X4 verilməsi, xx xxxxxx 2007-ci il tarixdə anadan olmuş X6 atası Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(025)- 1257/2019 nömrəli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxxxx 2007-ci il təvəllüdlü X6 Cavabdeh alınıb iddiaçı X5 himayəsinə verilməsi qət edilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxx 2011-ci il tarixli, AZ-İİ seriyalı, 627633 №-li “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 xx xxxxxx 2007-ci ildə Qəbələ rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci ildə 222 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X7r. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, AZ-İ seriyalı, 341722 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında nikahın pozulması xx xxxxxx 2018-ci il tarixdə Qəbələ rayon Qeydiyyat şöbəsində 94 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah pozulduqdan sonra qadına Zakirova soyadı verilmişdir. İş materiallarında olan Qəbələ Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İİ seriyalı, 310869 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X11 xx xxxx 2019-cu ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 167 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şəmsəddinov, arvada Şəmsəddinova soyadı verilmişdir. İş materiallarında olan AA138817 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X23 Birliyi tərəfindən verilmiş xx xxxx 2014-cü il tarixli, 024172 nömrəli vəsiqənin surətindən görünür ki, Cavabdeh İİİ qrup müharibə əlilidir. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Cığatelli kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 82 nömrəli arayışdan görünür ki, X2 rayonu Cığatelli kəndində yaşayır. Beləliklə, məhkəmədə tərəfin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər qeyri-rəsmi olaraq 1998-ci il tarixdə ailə qursalar da, xx xxxxxx 2010-cu il tarixində rəsmi nikaha daxil olmuşlar. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(025)- 48/2018 nömrəli qətnaməsi ilə Cavabdeh ilə X8 arasında xx xxxxxx 2010-cu il tarixdə Qəbələ rayon qeydiyyat şöbəsində bağlanaraq, 05 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx xxxxxxx 2002-ci il tarixdə anadan olmuş X12 və xx xxxxxx 2003-cü il tarixdə anadan olmuş X9 anaları X3 himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək onların saxlanılması məqsədilə Cavabdeh xx xxxxxxx 2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 260 (iki yüz altmış) manat (uşaqların hər biri üçün 130 (bir yüz otuz) manat olmaqla) aliment alınaraq X4 verilməsi, xx xxxxxx 2007-ci il tarixdə anadan olmuş X6 atası Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli 2(025)-1257/2019 nömrəli qətnaməsi ilə xx xxxxxx 2007-ci il təvəllüdlü X6 Cavabdeh alınıb iddiaçı X5 himayəsinə verilməsi qət edilmişdir. İddiaçı iddia ərizəsində xx xxxxxx 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Cavabdeh isə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində hər ay 60 manat aliment ödəməyə imkanı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə xx xxxxxx 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir və təmin edilməsi qənaətinə gəlir. Məhkəmə belə qənaətə gələrkən cavabdehin rəsmi işinin olmamasını, cavabdehin İİİ qrup əlil olmasını, cavabdehin yenidən ailə qurmaqla himayəsində azyaşlı uşağının olmasını, iddiaçının cavabdehin hər ay 320 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini, övladlara baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2021-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə tərəfin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, xx xxxxxx 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 130 manat aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, xx xxxxxx 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 130 manat aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar