Məhkəmə qərarları › İş №2(025)-460/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-460/2021

25.02.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-460/2021 25.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə X1 Borclu qarşı əmr icraatı qaydasında “borcun və ona hesablanmış cərimənin tutulması” barədə ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: X2 məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1978-ci ildə Qəbələ rayonu, Böyük Pirəlli kəndində doğulmuş, Qəbələ rayonu, Böyük Pirəli kəndində qeydiyyatda olan və yaşayan Borclu 2000 (iki min) manat əsas borcun və 200 (iki yüz) manat cərimə borcunun, cəmi 2200 (iki min iki yüz) manat məbləğində borcun və 20 (iyirmi) manat dövlət hesabına ödənilmiş rüsumun tutularaq X3 hesabına ödənilməsinə dair məhkəm əmri çıxarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirdib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 276cı maddəsinin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-cı maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. X4 ilə Borclu arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X4 alıcıya 2000 manat dəyərində mal satmış və Borclu malları qəbul etdiyi tarixdən bu malların dəyəri olan 2000 manatı xx.xx.2020-ci il tarixinə kimi ödəməyi öhdəsinə götürmüşdür. Ərizədən görünür ki, Borclu 2200 (iki min iki yüz) manat borcu vardır. Alqı-satqı müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Hazırda həmin müqavilə üzrə əsas borcun və cərimənin tutulması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421- 423-ci maddələrində nəzərdə tutulmuş qaydaya riayət edilməlidir. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslansa da, hazırki ərizə üzrə məhkəmə əmrinin verilməsi Azərbaycan Respublikası MPM-nin 276.1-cı maddəsi ilə müəyyən edilmiş əsaslarının (tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması) mövcudluğunu istisna edir. Azərbaycan Respublikası MPM-nin 279.2.3-cu maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa ərizənin qəbul olunmasından imtina edir. Həmin məcəllənin 279.2.4-cu maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 279, 279.2.3-cı maddələrini rəhbər tutaraq, Qərara aldım: X3 Borclu qarşı “borcun və ona hesablanmış cərimənin tutulması” barədə məhkəmə əmrinin çıxarılması haqqında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar