Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-539/2022 26.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair (Açar sözlər: alimentin azaldılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin 31.05.2021-ci il tarixli 2(107)-1064/2021 saylı qətnaməsi (icra sənədi) üzrə ondan tutulmalı alimentin miqdarı azaldılaraq uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin və uşaq 3 yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Məmmədova (Nəbiyeva) Qumral Tahir qızı ilə 13.06.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuş və nikahları 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində rəsmiləşdirilmişdir. Birgə nikahlarından 26.06.2020-ci il tarixdə oğlanları X5 anadan olmuşdur. Qəbələ Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli 2(025)-77/2021 saylı qətnaməsinə əsasən Məmmədova (Nəbiyeva) Qumral Tahir qızının iddia tələbi qismən təmin edilməklə, aralarında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra uşağın anasının yanında qalması, 19.10.2020-ci il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin və uşaq 3 yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 31.05.2021-ci il tarixli 2(107)-1064/2021 saylı qətnaməsinə əsasən Məmmədova (Nəbiyeva) Qumral Tahir qızının apellyasiya şikayəti qismən təmin edilməklə, Qəbələ Rayon Məhkəməsinin 23.02.2021ci il tarixli 2(025)-77/2021 saylı qətnaməsi mübahisələndirilən alimentə aid hissədə dəyişdirilərək, 19.10.2020-ci il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin, uşaq 3 yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin və 60 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə üzrə icra vərəqəsi icra edilməsi üçün icra şöbəsinə verilmişdir. Hazırda heç bir yerdə işləmədiyindən aliment ödəməyə hər zaman imkanı olmur, daimi iş tapa bilmədiyi üçün işaxtaran kimi qeydiyyata alınmışdır. Digər tərəfdən səhhətində problemlər olduğundan onun əmək qabiliyyəti aşağıdır. Hazırda onun qazancı yoxdur və özünün belə yaşayış minimumu qarşılaya bilmir. Aliment ödəməkdən isə yayınmır, sadəcə maddi imkanı buna heç cür yol vermir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaya etiraz: 18 aprel 2022-ci il tarixdə Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin qətnaməsi ilə onunla İddiaçı arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq iddiaçı tərəflərin birgə nikahdan doğulmuş 26.06.2020-ci il təvəllüdlü X1 üçün heç bir maddi kömək göstərməmişdir. Buna görə də aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda X3 2 yaşı var. Qəbələ rayon məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunan aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Bundan başqa ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu 193 manatdır. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh bir dəfə belə olsa ödəməmişdir. Uğurun bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Məhkəmədən yetkinlik yaşına çatmayan 26.06.2020-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 193 manat sabit pul və 3 yaşına qədər uşağa baxılmasına görə əlavə olaraq 50 manat pul tutularaq ona verilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəmə təqdim etdiyi etiraz ərizəsinə uyğun çıxış edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda məhkəməyə ərizə təqdim edərək işə iddiaçının iştirakı olmadan baxıb məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı həmçinin 50 273 66 99 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31.05.2021-ci il tarixli 2(107)-1064/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(025)-77/2021 saylı qətnaməsi mübahisələndirilən alimentə aid hissədə dəyişdirilməsi, cavabdeh İddiaçı 19.10.2020-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahlarından doğulmuş 26 iyun 2020-ci il təvəllüdlü uşaq (Uğur adlı) yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 miqdarında aliment, uşaq 3 yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment və eyni zamanda hər ay əlavə 60 (altmış) manat sabit pul məbləğində aliment əlavə edilməklə (qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında, uşaq 3 yaşına çatanadək hər ay 50 (əlli) manat və hər ay 60 (altmış) manat sabit pul məbləğində aliment) tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09.04.2021-ci il tarixli, AZ-İV seriyalı, 555658 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 26.06.2000-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 09.04.2021-ci ildə 19 № ilə qeyd edilmişdir. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Yasamal RPİ tərəfindən verilmiş 23.09.2013-cü il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “X2 iştirak edilməməsi Barədə” MŞB/3-00325 nömrəli, 02 mart 2022-ci il tarixli arayışdan görünür ki, tərəflər X2n sonra prosesi davam etdirə bilməmişdirlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl X2 iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər X2 iştirak etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Bakı şəhərində fəaliyyət göstərən mediator X4 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.2-ci maddəsinə uyğun olaraq “X2 iştirak edilməməsi Barədə” arayış verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə baxışı iclasında iddiaçının təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq edilərək, cavabdehin izahatı ilə müəyyən olundu ki, tərəflərin birgə nikahından 26 iyun 2020-ci il təvəllüdlü X5 doğulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31.05.2021-ci il tarixli 2(107)-1064/2021 nömrəli qətnaməsinə əsasən cavabdeh İddiaçı 19.10.2020-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahlarından doğulmuş 26 iyun 2020-ci il təvəllüdlü uşaq (Uğur adlı) yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 miqdarında aliment, uşaq 3 yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment və eyni zamanda hər ay əlavə 60 (altmış) manat sabit pul məbləğində aliment əlavə edilməklə (qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında, uşaq 3 yaşına çatanadək hər ay 50 (əlli) manat və hər ay 60 (altmış) manat sabit pul məbləğində aliment) tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırda isə İddiaçı həmin məbləğin azaldılaraq hər ay 100 manat sabit pul məbləğində alimentin və uşaq 3 yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin tutulmasını tələb etmiş, iddiasını isə hazırda heç bir yerdə işləməməsi və səhhətində problemlər olması ilə əlaqələndirmişdir. Cavabdeh isə iddianı əsassız hesab edir və məhkəmədən alimentin məbləğinin azaldılmamasını xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı isə aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2022-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artılılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərindən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə işin hallarını və yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbini əsassız hesab edir. Belə ki, İddiaçı rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması 26 iyun 2020-ci il təvəllüdlü X5 adlı uşağını saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda 26 iyun 2020-ci il təvəllüdlü X5 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən (193 manat) az olmayan maddi təminat almaq hüququ vardır. Eyni zamanda iddiaçı alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir. məhkəməyə Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından əsaslı və qanuni deyil və bu səbəbdən də məhkəmə iddianın təmin olunmamasını ədalətli və əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərçi iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması tələbi”nə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-539/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-539/2022
26.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver