Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-549/2022 26.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin həcminin artırılması və müalicə xərcləri” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin həcminin artırılması) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin həcminin artırılması və müalicə xərcləri” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Cavabdeh qarşı “alimentin həcminin artırılması və müalicə xərcləri” tələbinə dair iddiası ərizəsi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 16 oktyabr 2015-ci il tarixli, 2(025)-586/2015 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 13 may 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin və uşağın xəstəliyi ilə əlaqədar əlavə xərc olaraq müalicəsi üçün hər ay 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 11 mart 2015-ci il tarixli 2(025)-15/2015 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında olan nikah pozulmuş, 13 may 2014-cü il təvəllüdlü X1 onun himayəsində qalması və yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 60 manat aliment cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Həmçinin, Qəbələ Rayon Məhkəməsinin 16 oktyabr 2015-ci il tarixli, 2(025)- 586/2015 nömrəli qətnaməsinə əsasən isə Qəbələ Rayon Məhkəməsinin 11 mart 2015-ci il tarixli 2(025)-15/2015 nömrəli qətnaməsi dəyişdirilərək X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 80 manat sabit pul məbləğində aliment və onun 5 yaşına çatanadək xəstəliyi ilə əlaqədar əlavə xərc olaraq müalicəsi üçün hər ay 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda uşağa görə ödənilən alimentin məbləği onun təlabatlarını ödəmir, digər tərəfdən X2 “doğuş travması, hipertenzion əlamətlər, cəngolma tutmaları tutmaları ilə psixamotoz ümumi ləngiməsi patalogiya” xəstəliyindən əziyyət çəkir, müntəzəm olaraq həkim müayinəsinə və müalicəsinə ehtiyacı var. 5 yaşından sonra TSEK-in sonuncu müayinəsində sağlamlıq imkanları məhdud uşaq kimi qeydə alınaraq diaqnoz qulluq və müalicə tələb edən ciddi davmış pozuntusu, orta kəmağilliq, qulluq və malicə tələb edən ciddi davranış pozuntusu olduğu, yanaşı xəstəliklər kimi, ekspressiv nitq pozuntusu, nitqin təsir qabiliyyətinin pozuntusu olan əlilliyi qeyd olunmuşdur. Müalicə hər ay aparılır, müntəzəm olaraq həkim müayinəsi və müalicəsi olunur, belə ki, “Jalə” uşaq bağçasında psixoloq, loqoped, psixo-pedeqoq yanma apararaq ayda 10 dəfə olmaqla hər birinə 100 manat və 3 ayda bir dəfə Bakı şəhərində “Atlas” və “Optemed” özəl xəstəxanalarında nevropataloq müayinəsinə aparılır, həkimə ödənilən ödəniş və gediş haqqı ilə birlikdə 150 manat civarında başa gəlir. Müalicəsi ilə əlaqədar hər ay dərmanlarına 100 manata qədər pul xərclənir. Ümumilikdə, bütün bunlara görə isə hər ay 500 manata qədər böyük məbləğdə xərclər onun və valideynlərinin köməkliyi ilə qarşılanır. Cavabdeh şəxs isə əlavə xərclərdə iştirak etmir və köməklik göstərmir. Ona görə də cavabdeh şəxsdən aliment məbləğinin qanunla hər bir uşaq üçün yaşayış minimumuna uyğun tərzdə tutulmasını və uşağın xəstəliyi ilə əlaqədar müalicəsi üçün hər ay ödənilən əlavə xərc kimi pul vəsaitinin tutularaq ona verilməsini istəyir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyək göstərdi ki, Qəbələ Rayon Məhkəməsinin 16 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh əmək haqqısı nəzərə alınaraq 80 (səksən) manat miqdarında aliment və 5 (beş) yaşına çatanadək xəstəliyi ilə əlaqədar müalicəsi üçün 30 (otuz) manat məbləğində pul vəsaiti kəsilmişdi. Hal-hazırda yalnız həmin miqdarda aliment ödəməyə gücü çatır. Oğlu təzəlikcə işə düzəlib və az miqdarda əmək haqqı alır, başqa gəlir yeri yoxdur. Onlar özləri qaçqındır və aylıq 60 manat çörək pulu alırlar. Həmçinin yaşlılığa görə aldıqları pensiya onların özlərinin müalicəsinə xərclənir. İddiaçı özü isə əngəlli uşağa qayğı göstərdiyinə görə dövlətdən social yardım alır, həmçinin azyaşlı 13 may 2014-cü il təvəllüdlü X7 xəstəliyinə görə hər ay pensiya alır. İddiaçı həmçinin işləyir və aylıq sabit gəliri var. Uşağın maddi tələbatlarını və müalicə xərclərini qarşılamaq üçün onun kifayət qədər imkanı var. Odur ki, cavabdeh göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 iddianı qəbul etməyək göstərdi ki, Cavabdeh onun oğludur. Qəbələ Rayon Məhkəməsinin 16 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə oğlundan 80 (səksən) manat miqdarında aliment və uşağın 5 (beş) yaşına çatanadək xəstəliyi ilə əlaqədar müalicəsi üçün 30 (otuz) manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir. Oğlu təzəlikcə işə düzəlib və az miqdarda əmək haqqı alır, başqa gəlir yeri yoxdur. Onlar isə pensiyaçıdırlar və yaşlılığa görə aldıqları pensiya onların özlərinin müalicəsinə xərclənir. İddiaçının özü uşağın maddi tələbatlarını və müalicə xərclərini qarşılamaq üçün onun kifayət qədər imkanı var. O, əngəlli uşağa qayğı göstərdiyinə görə dövlətdən social yardım alır, həmçinin azyaşlı 13 may 2014-cü il təvəllüdlü X7 xəstəliyinə görə hər ay pensiya alır. Odur ki, cavabdeh göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 11 mart 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X8 ilə Cavabdeh arasında 11 noyabr 2011-ci il tarixdə Kəlbəcər rayon qeydiyyat şöbəsində bağlanaraq 254 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 13 may 2014-cü il tarixdə anadan olmuş X1 anası X4 himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək onun saxlanılması məqsədilə Cavabdeh 19.08.2014-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 60 (altmış) manat alınaraq X5 verilməsi qət edilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 16 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 13 may 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən Qəbələ Rayon Məhkəməsinin 2(025)-15/2015 saylı, 11 mart 2015ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği dəyişdirilərək 80 (səksən) manat məbləğində müəyyən edilmiş və həmin pul vəsaitinin 16 oktyabr 2015-ci il tarixdən başlayaraq Cavabdeh tutularaq İddiaçı verilməsi, 13 may 2014-cü il tarixdə anadan olmuş X7 5 (beş) yaşına çatanadək xəstəliyi ilə əlaqədar müalicəsi üçün Cavabdeh İddiaçı xeyrinə əlavə xərc olaraq 16 oktyabr 2015-ci il tarixdən başlayaraq hər ay 30 (otuz) manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 30 may 2015-ci il tarixdə verilmiş AZ-İ №218787 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X8 arasında bağlanmış nikah 14 may 2015-ci il tarixdə ləğv edilmiş və bu barədə Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında akt qeydləri kitabında 21 nömrə ilə qeyd aparılmışdır. Nikah pozulduqdan sonra kişiyə Məmmədov, qadına Kamalova soyadı verilmişdir. İşdə olan Kəlbəcər rayon Qeydiyyat şöbəsi tərəfindən 22 may 2014-cü il tarixdə verilmiş AZ- İİİ №267516 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 13 may 2014-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş və bu barədə Kəlbəcər rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında 190 nömrə ilə qeyd aparılmışdır. Atası Cavabdeh, anası X6r. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən bir övladı anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Qəbələ Rayon Məhkəməsinin 11 mart 2015-ci il tarixli qətnaməsi ilə 13 may 2014-cü il tarixdə anadan olmuş X1 anası X4 himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək onun saxlanılması məqsədilə Cavabdeh 19.08.2014-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 60 (altmış) manat alınaraq X5 verilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 16 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 13 may 2014cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən Qəbələ Rayon Məhkəməsinin 2(025)-15/2015 saylı, 11 mart 2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği dəyişdirilərək 80 (səksən) manat məbləğində müəyyən edilmiş və həmin pul vəsaitinin 16 oktyabr 2015-ci il tarixdən başlayaraq Cavabdeh tutularaq İddiaçı verilməsi, 13 may 2014-cü il tarixdə anadan olmuş X7 5 (beş) yaşına çatanadək xəstəliyi ilə əlaqədar müalicəsi üçün Cavabdeh İddiaçı xeyrinə əlavə xərc olaraq 16 oktyabr 2015-ci il tarixdən başlayaraq hər ay 30 (otuz) manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir. Hazırda iddiaçı övladı barəsində məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 193 (bir yüz doxsan üç) manat məbləğində alimentin tutulmasını, uşağın hər ay müalicəsi üçün hər ayda (müalicə olunub sağalana kimi) 250 manat məbləğində pul tələb edir. Ölkədə ilbəil yaşayış minimumu artdığından, 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat təşkil etdiyi halda, 2022-ci ildə bu məbləğ 193 manata çatdırılmışdır. Ona görə də bir uşağın saxlanılması üçün cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment vəsaiti yetərli sayıla bilməz. Ancaq məhkəmə alimentin iddiaçının tələb etdiyi kimi X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün 193 manat həddində artırılmasını da ədalətli və qanunauyğun hesab etmir. İddiaçı cavabdehin əlavə gəlirlərin, bununla da tələb etdiyi məbləğdə alimentin cavabdehin ödəmək imkanına malik olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə alimentin artırılaraq hər ay 120 manat həddində müəyyən edilməsini məqsədə və qanuna müvafiq hesab edir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ailə Qanunvericiliyinə əsasən valideyn övladının digər zəruri xərclərinin təmin edilməsində iştiraka cəlb edilə bilər (Ailə Məcəlləsinin 81-ci maddəsi). Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi sənədlərdə cavabdehdən uşağın hər ay müalicəsi üçün 250 manat pulun tutulmasını iddia etsə də, tələbini əsaslandıra bilməmiş və iddiasının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş 13 may 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduğundan, cavabdehdən 34 (otuz dörd) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş 13 may 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 34 (otuz dörd) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-549/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-549/2022
26.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver