Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-564/2021 29.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə cavabdeh X3 qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ondan 27.02.2010-cu il tarixdə anadan olmuş X8 və 23.09.2013cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində tutulan aliment miqdarının azaldılaraq, hər ay sabit pul məbləğində 100 (bir yüz) manat tutulub, birgə nikahdan 27.02.2010-cu il tarixdə anadan olmuş X8 və 23.09.2013-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün anası Cavabdeh nəfinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı tələbini müdafiə edib göstərdi ki, o, 07 iyun 2009-cu tarixdə nikahı rəsmi qeyd etdirməklə cavabdehlə evlənmiş, həmin nikahdan onların 27 fevral 2010-cu il tarixdə Aysu və 23 sentyabr 20103-cü il tarixdə isə Aslan adlı iki övladı anadan olmuşdur. İlk vaxtlar ailədə heç bir problem yox idi, lakin bir müddət sonra münasibətləri tez-tez pozulurdu və xasiyyəti uyğunlaşmırdı. Belə olduğu halda Səmədova X5 Rayon Məhkəməsində nikahın pozulması, övladlarının onun himayəsində qalması 27.02.2010-cu il təvəllüdlü X8 və 23.09.2013-cü il təvəllüdlü X1 üçün ondan sabit pul məbləğində 200 manat olmaqla 400 manat aliment, uşaqların müalicəsi ilə bağlı əlavə xərclər üçün 100 manat olmaqla ümumilikdə 200 manat pulun, beləliklə ailment və əlavə xərclərlə birlikdə 600 manat pulun onun xeyrinə tutulması tələbinə dair iddia qaldırdı və Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh arasında 07 iyun 2009-cu il tarixdə Qəbələ rayonu, Tüntül kəndi X10 Ərazi Nümayəndəliyində bağlanmış 10 nömrəli ilə bağlanmış nikahın pozulması, onların birgə nikahından 27.02.2010-cu il təvəllüdlü X8 və 23.09.2013-cü il təvəllüdlü X4 analarının yanında qalması və 27.02.2010-cu il təvəllüdlü X8 və 23.09.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 190 manat cəmi 380 manat sabit pul məbləğində aliment məndən tutularaq anası Cavabdeh nəfinə verilməsi qət edilmişdir. Həmin tarixdə məhkəmə iclasında bütün sübutlarını təqdim etmiş, belə ki, həmin vaxtlarda onun qazancı normal olduğu üçün alimenti ödəməkdə heç bir çətinliyi yox idi. Vaxtı-vaxtında da övladı ilə indiyənə kimi də maraqlanır və qayğısına qalır. Bundan başqa o, özü taxta sexində işləyir və aylıq qazancı 250-300 manat civarındadır. Belə olan halda da məlum məsələdir ki, alimentin ödənilməsində çətinlik çəkir. Hazırda atası ona köməklik edir alimentin ödənilməsində yardım edir. Bundan sonra ataaı ona köməklik etməsə alimentin ödənilməsində çətinlik çəkər. Həmçinin o, alimenti həqiqətən də ödəyə bilmir, belə ki, bu da onun sübutudur ki, o, həqiqətən də Məhkəmə tərəfindən təyin olunmuş aliment miqdarını ödəyə bilmir. Lakin bugünkü gündə o, həmin alimenti ödəməkdə çətinlik çəkir. Belə ki, o, hazırda işləyir və aylıq qazancı olduqca aşağıdır, bir sözlə aylıq qazancı həddindən artıq azdır. O, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Odur ki, İddiaçı qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X7 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onun təkbaşına uşaqların tələbatlarını ödəməyə maddi imkanı yoxdur. İddiaçı övladları ilə heç bir zaman maraqlanmamışdır. Heç vaxt alimenti də vaxtı-vaxtında ödəmir. 3-4 ayın aliment borcu yığılıb. Uşaqların hər ikisi xəstədir və iddiaçının kifayət qədər maddi imkanı olduğu halda onların müalicəsi üçün heçnə etmir. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2(001)-3769/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 07.06.2009- cu il tarixdə Qəbələ rayon Tüntül kəndi X10 Ərazi Nümayəndəliyində bağlanmış, 10 № ilə qeyd edilmiş nikahın pozulması, 27.02.2010-cu il təvəllüdlü X8 və 23.09.2013-cü il təvəllüdlü X4 anası Cavabdeh yanında qalması, 27.02.2010-cu il təvəllüdlü X6 və 23.09.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 190 (bir yüz doxsan) manat, cəmi 380(üç yüz səksən) manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, alimentin tutulmasının əvvəlinin 19.06.2020-ci il tarixdən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən iki övladı anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2(001)-3769/2020 saylı qətnaməsi iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 07.06.2009- cu il tarixdə Qəbələ rayon Tüntül kəndi X10 Ərazi Nümayəndəliyində bağlanmış, 10 № ilə qeyd edilmiş nikahın pozulması, 27.02.2010-cu il təvəllüdlü X8 və 23.09.2013-cü il təvəllüdlü X4 anası Cavabdeh yanında qalması, 27.02.2010-cu il təvəllüdlü X6 və 23.09.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 190 (bir yüz doxsan) manat, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, alimentin tutulmasının əvvəlinin 19.06.2020-ci il tarixdən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırda iddiaçı övladları barəsində məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının azaldılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Eyni zamanda, ölkədə ilbəil yaşayış minimumu artdığından, 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat təşkil etdiyi halda, 2021-ci ildə bu məbləğ 175 manata çatdırılmışdır. Ona görə də məhkəmə bir uşağın saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2(001)-3769/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş 190 (bir yüz doxsan) manat məbləğində alimenti ədalətli hesab edir. Nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddiaçı cavabdeh X3 qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-564/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-564/2021
29.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver