Məhkəmə qərarları › İş №2(025)-589/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-589/2023

19.04.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-589/2023 19.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı MTK-nın Cavabdeh qarşı “kooperativ binanın tikintisi haqqında müqavilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, alq-satqı müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə və iddiaçının vəkili Vəkil4 iştirakları ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “kooperativ binanın tikintisi haqqında müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları İddiaçı MTK Cavabdeh qarşı “kooperativ binanın tikintisi haqqında müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbəsindəki ümumi sahəsi layihə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzilin tikintisi ilə bağlı “Kooperativ binanın tikintisi haqqında” müqavilənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış "Kooperativ binanın tikintisi haqqında” müqavilənin şərtlərinə görə iddiaçı “ABŞERON- A1" Mənzil Tikinti Kooperativi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyevprospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş. 10-cıı mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m. olan 1 otaqdan ibarət 76 nömrəli mənzili tikib dəyəri tam ödənilməklə, sanitariya avadanlığı və daxili tamamlama işləri aparılmadan Cavabdeh verməyi, cavabdeh isə həmin mənzilin dəyəri olan 38000 (otuz səkkiz min) manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə ilə öhdəsinə düşən vəzifəni indiyədək icra elməyərək, mənzilin dəyəri olan 38000 (otuz səkkiz, min) manatı iddiaçı "ABŞERON-A1” MTK-nın kassasına ödəməmişdir. cavabdehə verilmiş yalnız İddiaçı MTK-nın sədrinin imzaladığı və möhürlə təsdiq edilmiş 38000 manatın ödənilməsi barədə xx.xx.2017-ci il tarixli kassa mədaxil orderinin qəbzi həmin mənzilin dəyərinin ödənilməsini təsdiq edən hal qismində qiymətləndirilə bilməz. Kassa mədaxil orderinin qəbzi kassaya pul ödəyən şəxsə verilir. İddiaçı "xxxx" MTK-nın sədri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş 38000 manatın ödənilməsi barədə xx.xx.2017-ci il tarixli kassa mədaxil orderinin qəbzi cavabdeh tərəfindən qeyd edilən mənzilin dəyərinin ödənilməsi təəssüratı yaratsa da, bu həqiqətdən uzaqdır. Çünki, həmin kassa mədaxil orderinin qəbzini iddiaçı təşkilatın rəhbəri imzalasa da, nədənsə nə baş mühasib, nə də həmin pulu kassaya mədaxil etmək vəzifəsini daşıyan kassir imza etməmişdir. Həqiqət bundan ibarətdir ki, cavabdeh həmin pulu iddiaçı “ABŞERON-A1" MTK-ya ümumiyyətlə, ödəməmişdir. Həmin sənədə iddiaçı ‘'ABŞERON- A1" MTK-ın sədri imza etməklə, 38000 manat məbləğində pul vəsaitinin qəbul edilməsinə razılıq vermişdir. Bildirilir ki, iddiaçı "xxxx" MTK-na üzv olmaq barədə cavabdehin indiyədək müraciət etməməsi, əksinə susaraq bu hüququndan istifadə etməməsi də öz özlüyündə onun tərəfindən qeyd edilən mənzilin dəyərinin faktiki olaraq, ödəmədiyini təsdiq edən hal qismində qiymətləndirmək olar. Çünki, cavabdeh hələ 2019-cu ilin yanvarında müəssisəyə qarşı qeyd edilən mənzilə dair giriş-çıxışın təmin edilməsi və mənzildən maneəsiz istifadəyə şərait yaradılması tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia tələbində Cavabdeh "xxxx" MTKna üzv olmaq barədə qərarın ona verilməsini tələb etməmişdir. Halbuki, "xxxx" MTK-na üzv olmaq barədə qərar olmadan Cavabdeh qeyd edilən mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestri orqanında qeydə alına bilməz, qeyd edilən mənzilə dair cavabdehin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestri orqanında qeydə alınmasından ötrü 38000 manatın ödənilməsi barədə xx.xx.2017-ei il tarixli kassa mədaxil orderinin qəbzi deyil, iddiaçı “ABŞERON- A1" MTK tərəfindən verilmiş maliyyə arayışı təqdim edilir. Cavabdeh ona əmlak payının tam ödənilməsinə və borcunun olmamasına dair maliyyə arayışının verilməsi barədə indiyədək də iddiaçı "xxxx" MTK-na müraciət etməmişdir. Halbuki, cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən mənzilin dəyəri olan 38000 manat həqiqətən də ödənmiş olsaydı, onda o, maliyyə arayışının da ona verilməsini qətiyyətlə tələb edərdi. Maliyyə arayışının ona verilməsini indiyədək tələb etməməsi də, cavabdeh tərəfindən mənzilin dəyərinin faktiki olaraq ödənilməməsi ilə əlaqədardır. Abşeron Rayon Məhkəməsində iddiaçı Cavabdeh ‘'ABŞERON A1” MTK-na qarşı yuxarıda qeyd edilən mənzilə giriş-çıxışın təmin olunması və həmin mənzildən maneəsiz istifadəyə şəraitin yaradılmsı tələbinə dair ilk iddia ərizəsi üzrə 03 aprel 2019-cu il tarixli 2(012)-1007/2019 nömrəli qətnamə qəbul edilmişdir. Həmin iddia ərizəsinə məhkəmədə baxılanda iddiaçı Cavabdeh məhkəmə iclasında şəxsən iştirak edərək, verdiyi izahatında qeyd edilən mənzilin pulunu “ABŞERON A1" MTK-nın inzibati binasında onun sədrinə deyil, ‘'ABŞERON A1” MTK-dan kənarda başqa şəxsə verdiyini bildirmişdir. Beləliklə, yuxarıda sadaladığı fakt və hallarla təsdiq olunur ki, cavabdeh xx.xx.2017-ci il tarixli "Kooperativ binanın tikintisi haqqında" müqavilə ilə üzərinə düşən öhdəliyi indiyədək üzürsüz səbəbdən yerinə yetirməyərək, mənzilin dəyəri olan 38000 manatın heç bir hissəsini iddiaçı "ABŞERON-A1 “ MTK-na ödəməmişdir. Ona verilən xx.xx.2017-ci il tarixli kassa mədaxil orderinin qəbzi isə qeyd edilən məbləğdə pulun qəbul edilməsinə iddiaçının rəhbərinin razılığını bildirir, ödənilmə isə edilməmişdir. Aralarında bağlanmış 17 mart 2017-ci il tarixli "Kooperativ binanın mənzil tikintisi haqqında" müqavilə üzrə pay haqqını 10 (on) gün müddətində tamamilə "ABŞERON- A1” MTK-nın xəzinəsinə ödəməsi, əks təqdirdə həmin müqavilənin ləğv edilməsi barədə xəbərdarlığa indiyədək cavab verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MTK-nın vəkili Vəkil4 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh elektron kabineti vasitəsi ilə məhkəməyə etiraz ünvanlayaraq, göstərmişdir ki, İddiaçı iddia ərizəsi ilə razı deyil hesab edir ki, iddia ərizəsi əsassız və qanunsuz olduğu üçün təmin edilməməlidir. xx.xx.2017-ci il tarixdə onunla İddiaçı arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş,10-cu mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzilin alınması ilə bağlı “Kooperativ binanın tikintisi haqqında” müqavilə bağlanmış və həmin müqavilə üzrə mənzilin dəyəri (38000 AZN) tam məbləğdə Cavabdeh tərəfindən ödənilmişdir. Nəzərinə çatdırır ki, hazırki iş üzrə ləğv edilməsi mübahisə edilən xx.xx.2017-cü il tarixli “Kooperativ binanın tikintisi haqqında” müqavilə üzrə Cavabdeh tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativi qarşısında olan borcu tam məbləğdə (mənzilin dəyərinin (38000 AZN) ödənilməsi Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(102)-3748/2021 saylı qanuni qüvvəyə minmiş qərarı ilə artıq sübut olunmuş fakt kimi öz təsdiqini tapmışdır. Belə olan halda sual yaranır ki, bir mülki iş üzrə Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(102)-3748/2021 saylı Qərarı ilə “Kooperativ binanın tikintisi haqqında” müqaviləsi üzrə borcun tam ödənilməsi (borc öhdəliyinin olmaması öz əksini) sübut olunmuş fakt kimi öz təsdiqini tapmışdırsa, sonradan həmin müqavilənin ləğv edilməsi başqa məhkəmədə necə mübahisələndirilə bilər?! Qeyd edilən qətnamə qanuni qüvvəyə mindiyindən hazırki iş üçün bəlli hallar sayılır. Bu birbaşa AR MPM-nin 82.3 və 233.3- maddələrinə ziddir! Qeyd edilən iş üzrə qərar Abşeron rayon məhkəməsində təqdim edili və iş materiallarına əlavə edilib. Belə ki, AR MPM-nin 82.3-cü maddəsinə əsasən “bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.” Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən “Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.” Qanunun məzmunundan göründüyü kimi başqa məhkəmənin bir iş üzrə müəyyən etdiyi predyusial hallar, başqa işə baxan məhkəmə üçün sübut olunmuş fakt sayılır. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 30/10/14-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında qeyd etmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Hesab edirik ki, hazırki iş üzrə iddia ərizəsi tamamilə qanunsuzdur və digər qətnamənin icrasını ləngitmək üçün verilmişdir. Digər tərəfdən onu da bildirir ki, hazırki halda məhkəmə tərəfindən iddiaçının “müqavilənin ləğv edilməsi” bağlı iddia tələbinin təmin edilməsi mümkünsüzdür. Belə ki, Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Yəni, tərəflər arasında olan Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün aşağıdakı əsaslardan birinin olması mütləq xarakter daşıyır: Mülki Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları: 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər. Belə ki, tərəflərin iradə ifadəsini əks etdirən və tərəflərin imzası ilə təsdiq edilən müqavilə onların iradələrinə əsaslanan razılaşmaları ilə də dəyişdirilə və ya ləğv edilə bilər. Bu müqavilə azadlığı prinsipindən irəli gələn müddəadır. Lakin işin mahiyyətindən görünür ki, faktiki olaraq tərəflərin iradə ifadəsini əks etdirən və tərəflərin imzası ilə təsdiq edilən müqavilə üzrə öhdəlik tam icra edilməsinə baxmayaraq iddiaçı heç bir əsas olmadan məhkəmədən müqavilənin ləğv edilməsini xahiş edir. Bu formada iddianın məhkəmə tərəfindən təmin olunması isə mülki qanunvericiliyin tələblərinə ziddir. Qeyd edilən faktiki hallarından aydın olur ki, İddiaçı ilə xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilə üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş,10-cu mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzil üzərindəki pay hüququnun Cavabdeh satılmasını razılaşdırmışlar.Tərəflər arasında imzalanmış müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.3 və 407.2-ci maddələrinin əsasən yazılı qaydada bağlanmış və tərəflər həmin müqaviləni (bu məzmunda qarşılıqlı iradələrini yazılı müqavilədə bəyan etmişlər) imzalamışdırlar. Müqavilə və kassa mədaxil orderin qəbzi iddiaçı MTK- nın rəhbəri tərəfindən imzalanmış və iddiaçı MTK-nın möhürü ilə təsdiqlənmişdir. Mülki hüquq subyektlərinin sağlam iradə bəyanlarını əks etdirən razılaşmaları etibarlıdır. Başqa sözlə, müqavilənin bağlanmış sayılması üçün hər iki tərəf qarşılıqlı olaraq bir hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən, zədələnməmiş iradələrini bəyan etməlidirlər. Məhz belə müqavilə etibarlı şəkildə bağlanmış sayılır və hüquqi nəticə (tərəflər üçün hüquq və öhdəliklər) yaradır. Bu hüquq qaydaları hazırkı işin faktiki hallarına tətbiq edildikdə aydın olur ki, tərəflər arasında sözügedən yaşayış sahələrinə pay hüquqlarının alqı-satqısına dair müqavilə bağlanmış, bu əqd tərəflər üçün hüquqi nəticələr doğurmuşdur. Yəni, "xxxx" MTK-nın sözügedən mənzili inşa edərək təhvil vermək, onun isə onun dəyərini ödəmək öhdəliyi yaranmışdır. Mənzilin dəyərinin tam ödənilməsi faktı MTK tərəfindən həm kassa məxaric orderində, həm də məhkəmə qətnamələri ilə təsdiqlənmişdir. Mülki Məcəllənin 178.8-ci maddəsinin müqavilələrin bağlandığı tarixdə qüvvədə olan redaksiyasına əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Odur ki, qeyd etdiklərimin nəzərə alınmasının, baxış iclasının iştirakı olmadan keçirilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə Cavabdeh elektron kabineti vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, idiaçı İddiaçı ona qarşı Abşeron rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2017-ci il tarixdə bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş,10-cu mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzilin tikintisi ilə bağlı “Kooperativ binanın tikintisi haqqında” müqavilənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-952/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya məhkəməsinin qərarı ilə iş baxılması üçün Qəbələ rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, hal-hazırki tarixə iddia ərizəsinə etirazla müraciət edir. Hesab edirik ki, tərəflər arasındakı müqavilə münasibətləri üzrə iddia müddəti ötürüldüyündən, iddia müddəti təbiq edilməlidir. Belə ki, “tərəflər arasında mübahisənin müqavilə münasibətlərindən əmələ gəldiyindən mübahisəyə 3 illik iddia müddəti tətbiq edilməlidir. Belə ki, mülki qanunvericilikdə müqavilə tələbiləri üzrə iddia müddəti 3 il təşkil edir(MM-nin 373.1-373.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinin tələbini rəhbər tutaraq məhkəmədən İddiaçı ona qarşı xx.xx.2017-ci il tarixdə bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş,10-cu mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 ömrəli mənzilin tikintisi ilə bağlı “Kooperativ binanın tikintisi haqqında” müqavilənin ləğv edilməsiə dair mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir; 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir; 647-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir; 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il “Kooperativ binanın Mənzil tikintisi haqqında” müqavilədən görünür ki, İddiaçı MTK Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş. 10-cıı mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m. olan 1 otaqdan ibarət 76 nömrəli mənzili tikib dəyəri tam ödənilməklə, sanitariya avadanlığı və daxili tamamlama işləri aparılmadan Cavabdeh verməyi, cavabdeh isə həmin mənzilin dəyəri olan 38000 (otuz səkkiz min) manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2017-ci il tarixli Kassa mədaxil orderinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh tərəfindən 38000 (otuz səkkiz min) manat xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı MTK-ya ödənilmişdir, MTK-nın rəhbəri və kassir tərəfindən imzalanmış və möhürlənmişdir. Mülki işin materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh MTK ilə arasında xx.xx.2017-ci il tarixli “kooperativ binanın tikintisi haqqında” müqavilə üzrə pay haqqını 10 (on) gün müddətində tamamilə İddiaçı MTK-nın xəzinəsinə ödənilməsi əks təqdirdə müqavilənin ləğvinə razılıq verilməsi xahiş edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)- 3748/2021 saylı qanuni qüvvəyə minmiş qərarından müəyyən edilir ki, Abşeron rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçınə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3cü giriş, 10-cu mərtəbədəki 76 nömrəli mənzilə giriş-çıxışın təmin olunması və mənzildən maneəsiz istifadəyə şərait yaradılması iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbədəki 76 nömrəli mənzilə dair Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli “kooperativ binanın tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi qət edilmiş, ikinci apellyasiya baxışında Sumqayıt Apellyasiya Məhkəməsinin 18 avqust 2020-ci il tarixli Qətnaməsi ilə həmin qətnamə ləğv edilmiş, ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmiş, Ali Məhkəmənin qeyd edilən Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 18 avqust 2020-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən məhkəmə qərarları ilə ilkin iddia tələbi təmin edilərkən məhkəmələr müəyyən etmişlər ki, Cavabdeh MTK ilə arasında xx.xx.2017-ci il tarixli “kooperativ binanın tikintisi haqqında” müqaviləsinə əsasən MTK mübahisəli mənzili Cavabdeh 38000 manata satdığından və sonuncu da qeyd edilən pul məbləğini MTK-ya ödədiyindən həmin müqavilədə Cavabdeh başqa bir öhdəliyi olmadığından və həmçinin alqısatqı müqaviləsinin MM-də müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması öz təsdiqini tapmadığından, həmin müqavilə etibarsız sayıla bilməz. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbədəki 76 nömrəli mənzilə dair Cavabdeh ilə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilə üzrə mənzilin dəyəri olan 38 000 manat cavabdeh tərəfindən MTK-nın kassasına ödənilmişdir. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017ci il tarixdə bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbəsindəki ümumi sahəsi layihə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzilin tikintisi ilə bağlı “Kooperativ binanın tikintisi haqqında” müqavilənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iddiaçı iddia tələbini əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının dəlilləri onun özünün təqdim etdiyi kassa mədaxil qəbzi ilə və işin müəyyən edilən halları ilə tam təkzib olunur. Ona görə də, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, mübahisə daşınmaz əmlakla bağlı olduğundan Mülki Məcəlləsinin 373.2 maddəsinə görə belə tələblər üzrə altı il olduğundan cavabdehin vəsatəti əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı MTK Cavabdeh qarşı “kooperativ binanın tikintisi haqqında müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar