Məhkəmə qərarları › İş №2(025)-642/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-642/2020

06.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-642/2020 06.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 fevral 2004-cü il təvəllüdlü x8 və 23 may 2008-ci il təvəllüdlü x3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər biri üçün hər ay 100 (bir yüz) manat, ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 05 mart 2020-ci il tarixli 2(025)-41/2020 saylı Qəbələ Rayon Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh ilə aralarında olan Qəbələ rayon Zarağan kənd icra nümayəndəliyi tərəfindən 2004-cü il aprelin 19-da qeydə alınmış 11 nömrəli nikah pozulmuşdur. Birgə evlilikdən olan öladlarlarından 28 iyun 2005-ci il təvəllüdlü x5 və 25 dekabr 2016-cı il təvəllüdlü x7 Cavabdeh yanında saxlanılmış, digər övladları 19 fevral 2004-cü il təvəllüdlü x8 və 23 may 2008-ci il təvəllüdlü x6 onun yanında saxlanılmışdır. Ondan 27.08.2019cu il tarixdən başlayaraq, 28 iyun 2005-ci il təvəllüdlü x5 və25 dekabr 2016-cı il təvəllüdlü x4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat aliment tutularaq Cavabdeh ödənilməsi qət olunmuşdur.O, xx xxxxxxxx 1974-cü ildə Qəbələ rayonu, Aydınqışlaq kəndində anadan olmuşdur, İİ qrup Qarabağ müharibəsi əlilidir. Məhkəmə qətnaməsinə əsasən cavabdehin yanında saxlanılan 2 övladına görə hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat aliment tutulması təyin olunmuş, digər 2 övladlarıonun yanında saxlanılsa da, onların saxlanılmasına görə isə qarşı tərəfdən aliment tutulmasını xahiş etməmişdir. Hal-hazırda onun himayəsində olan 19 fevral 2004-cü təvəllüdlü x8 və 23 may 2008-ci il təvəllüdlü x1 çətinlik yaranmışdır. Belə ki, işsizdir, yeganə dolanışıq mənbəyi əlilliyə görə olan aylıq təqaüdü 230(iki yüz otuz) manatdır ki, onunla da aliment ödəmək, digər tərəfdən himayəsində olan uşaqları saxlamaq mümkünsüz edir. Qarşı tərəf isə fiziki cəhətdən sağlamdır ki, işləyərək onun yanında saxlanılan uşaqların böyüdülməsində maddi köməklik edə bilər və bunu etməsi onun üçün vacibdir. Ona görə də, cavabdehin onun yanında qalan uşaqlarının saxlanması üçün hər birinə görə hər ay 100 manat sabit pul məbləğində aliment istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 05mart 2020-ci il tarixli 2(025)-41/2020 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərəkiddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Qəbələ rayon Zarağan kənd icra nümayəndəliyi tərəfindən 2004-cü il aprelin 19-da qeydə alınmış 11 nömrəli nikahın pozulması,28 iyun 2005-ci il təvəllüdlü x5 və 25 dekabr 2016-ci il təvəllüdlü x4 iddiaçı – anası Cavabdeh yanında saxlanılması,19 fevral 2004-cü il təvəllüdlü x8 və 23 may 2008-ci il təvəllüdlü x3 cavabdeh – atası İddiaçı yanında saxlanılması, İddiaçı 27.08.2019-cu il tarixdən başlayaraq, 28 iyun 2005-ci il təvəllüdlü x5 və 25 dekabr 2016-ci il təvəllüdlü x4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş 22.12.2015-ci il tarixli, AZE seriyalı, 12910844 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, x8 19.02.2004-cü il tarixdə Qəbələ şəhərində doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş 26.12.2015-ci il tarixli, AZE seriyalı, 12911037 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, x623.05.2008-ci il tarixdə Qəbələ şəhərində doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışdan görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə Qəbələ rayonu Aydınqışlaq kəndində doğulmuş, 14 sentyabr 2005-ci il tarixdən Qəbələ rayonu Aydınqışlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və x12 Birliyi tərəfindən verilmiş 06 mart 2015-ci il tarixli Ə №002114 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı İİ qrup müharibə əlilidir. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş 22.04.2010-cu il tarixli, AZE seriyalı, 07755890 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçıxx.xx.1974-cü il tarixdə Qəbələ rayonu Aydınqışlaq kəndində doğulmuş, Qəbələ rayonu Aydınqışlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan Asan-Qəbələ tərəfindən verilmiş 07.01.2017-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1981-ci il tarixdə Abşeron rayonu Novxanı kəndində doğulmuş və Qəbələ rayonu Aydınqışlaq kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmədə tərəflərin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından 19 fevral 2004-cü il təvəllüdlü x8, 28 iyun 2005-ci il təvəllüdlü x5, 23 may 2008-ci il təvəllüdlü x6 və 25 dekabr 2016-ci il təvəllüdlü x7 adlı uşaqları doğulmuşdur, onlar arasında olan nikah rəsmi qaydada pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş uşağları 28 iyun 2005-ci il təvəllüdlü x5 və 25 dekabr 2016-ci il təvəllüdlü x7 cavabdeh – anaları Cavabdeh, 19 fevral 2004-cü il təvəllüdlü x8 və 23 may 2008-ci il təvəllüdlü x6 iddiaçı – anaları İddiaçı yanındadır. Qəbələ Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli 2(025)-41/2020 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərəkiddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Qəbələ rayon Zarağan kənd icra nümayəndəliyi tərəfindən 2004-cü il aprelin 19-da qeydə alınmış 11 nömrəli nikahın pozulması,28 iyun 2005-ci il təvəllüdlü x5 və 25 dekabr 2016-ci il təvəllüdlü x4 iddiaçı – anası Cavabdeh yanında saxlanılması,19 fevral 2004-cü il təvəllüdlü x8 və 23 may 2008-ci il təvəllüdlü x3 cavabdeh – atası İddiaçı yanında saxlanılması, İddiaçı 27.08.2019-cu il tarixdən başlayaraq, 28 iyun 2005-ci il təvəllüdlü x5 və 25 dekabr 2016-ci il təvəllüdlü x4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.İddiaçı 19 fevral 2004-cü il təvəllüdlü x8 və 23 may 2008-ci il təvəllüdlü x6 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 100 (bir yüz) manat sabit pul məbləğində olmaqla, iki uşağa görə ayda 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsini xahiş edir. İddiaçı övladlarının maddi tələbatlarını tək başına ödəməkdə çətinlik çəkdiyini, İİ qrup Qarabağ müharibəsi əlili olmasını, məhkəmə qətnaməsinə əsasən cavabdehin yanında saxlanılan 2 övladına görə hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat aliment ödədiyini, işsiz olduğunu, yeganə dolanışıq mənbəyi əlilliyə görə olan aylıq 230manat təqaüdü olmasını və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2020-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə 19 fevral 2004-cü il təvəllüdlü x8 və 23 may 2008-ci il təvəllüdlü x3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə ayrı-ayrılıqda sabit pul məbləğində 100 (bir) manat olmaqla, cəmi 200 (iki yüz) manat alimentin tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir və təmin edilməsi qənaətinə gəlir. Məhkəmə belə qənaətə gələrkən məhkəmə qətnaməsi ilə ananın yanında saxlanılmış 28 iyun 2005-ci il təvəllüdlü x5 və 25 dekabr 2016-ci il təvəllüdlü x2 üçün hazırkı iş üzrə iddiaçıdan ümumilikdə 200 (iki yüz) manat aliment tutulduğunu nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə 10.06.2020-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə tərəfin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh10.06.2020-ci il tarixdən başlayaraq, 19 fevral 2004-cü il təvəllüdlü x8 və 23 may 2008-ci il təvəllüdlü x3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment tutularaq İddiaçı ödənilməli, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 10.06.2020-ci il tarixdən başlayaraq, 19 fevral 2004-cü il təvəllüdlü x8 və 23 may 2008-ci il təvəllüdlü x3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar