Məhkəmə qərarları › İş №2(025)-659/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-659/2021

14.04.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-659/2021 14.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə X1 borclu «xxxx» ASC-nə qarşı əmr icraatı qaydasında “borcun tutulması” barədə ərizəsini nəzərdən keçirib, müəyyən etdim: X2 məhkəməyə ərizə ilə müraciət edərək, «xxxx» ASC-dan 6894 manat 40 qəpik (altı min səkkzi yüz doxsan dörd manat 40 qəpik) pulun və 20 (iyirmi) manat dövlət hesabına ödənilmiş rüsumun tutularaq X3 hesabına ödənilməsinə dair məhkəm əmri çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən olundu ki, borclu «xxxx» ASC-nin hüquqi ünvanı “ünvan 1essual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Ərizəçi, «xxxx» ASC-nin “törəmə müəssisəsi”-nin Qəbələ şəhərində yerləşməsi əsası ilə ərizə ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etsə də, qeyd olunan «xxxx» ASC Qəbələ şöbəsi törəmə müəssisəsi deyil, filialıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin, ərizəni nəzərdən keçirdib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-cı maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası MPM-nin 276.2.2-cı maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslandığı halda məhkəmə əmri verilə bilər. Ərizədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, X4 «xxxx» ASC ilə aralarında belə bir əqdin mövcud olduğunu sübut edən sənədləri ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 279.2.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa ərizənin qəbul olunmasından imtina edir. Həmin məcəllənin 279.4-cu maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 279, 279.2.3-cı maddələrini rəhbər tutaraq, qərara aldım. X3 borclu «xxxx» ASC-nə qarşı “borcun tutulması” barədə məhkəmə əmrinin çıxarılması haqqında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar