Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-706/2023 25.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Şı̇ rı̇ nov Rəfaı̇ l Əlyəddı̇ n oğlunun cavabdeh Şı̇ rı̇ nova Nuranə Fı̇ rı̇ dun qızına qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin təyin edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçı Şı̇ rı̇ nov Rəfaı̇ l Əlyəddı̇ n oğlunun və cavabdeh Şı̇ rı̇ nova Nuranə Fı̇ rı̇ dun qızının iştirakları ilə, İddiaçı Şı̇ rı̇ nov Rəfaı̇ l Əlyəddı̇ n oğlunun cavabdeh Şı̇ rı̇ nova Nuranə Fı̇ rı̇ dun qızına qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Şı̇ rı̇ nov Rəfaı̇ l Əlyəddı̇ n oğlu cavabdeh Şı̇ rı̇ nova Nuranə Fı̇ rı̇ dun qızına qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şı̇ rı̇ nova Nuranə Fı̇ rı̇ dun qızından 21 avqust 2006-cı il tarixdə doğulmuş Şı̇ rı̇ nov Rübail Rəfaı̇ l oğlu qızının və 13 fevral 2008ci il tarixdə doğulmuş Şı̇ rı̇ nov Rəhman Rəfaı̇ l oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 17 avqust 2005-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə evlənmişdir. Həmin nikahdan onların 21 avqust 2006-ci il tarixdə Rübail adlı, 13 fevral 2008-ci il tarixdə Rəhman adlı və 19 aprel 2021-ci il tarixdə isə Nuran adlı uşaqlarız doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün Qəbələ Rayon Məhkəsinin 29 dekabr 2022-ci il tarixli 2(025)-878/2022 saylı qətnaməsi əsasında nikahıları rəsmi qaydada pozaraq 21 avqust 2006-ci il tarixdə doğumuş X4 və 13 fevral 2008-ci il tarixdə doğulmuş X5 onun himayəsinə verilmiş, 19 aprel 2021-ci il tarixdə doğulmuş X6 Cavabdeh himayəsinə verilmişdir. Lakin cavabdeh uşaqların ikisi onda olmağına baxmayaraq 17 iyul 2021-ci il tarixli 2(025)-830/2021 saylı qətnamə əsasında kəsilmiş alimenti ondan tələb edir. O isə, onun himayəsinə verilimş uşaqların maddi təminatını ödəməkdə çətinlik çəkir, övladıların günü-gündən böyüdüyü üçün tələbatlarıda məlumdur ki, artır məsələn geyim pal-paltar lazım olur. Lakin o cavabdehin himayəsinə verilmiş övladına aliment ödədiyi üçün onun bunları almağa gücü çatmır. Bütün bunları nəzərə alaraq o məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı Şı̇ rı̇ nov Rəfaı̇ l Əlyəddı̇ n oğlu iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Şı̇ rı̇ nova Nuranə Fı̇ rı̇ dun qızı iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o iddiaçı Şı̇ rı̇ nov Rəfaı̇ l Əlyəddı̇ n oğlu ilə 17 avust 2005-ci ildə ailə həyatı qurmuşdur. Birgə nikahlarından onların Rübail, Rəhman və Nuran adlı övladları dünyaya gəlmişdir. Ailə münasibətləri pozulduğu üçün məhkəmə qaydasında ayrılmışlar. Birgə nikahlarında Rübail və Rəhman adlı uşaqlar iddiaçının, Nuran adlı uşaq isə onun himayəsinədir. Hal-hazırda restoranda qab yuyun işləyir, maddi vəziyyəti ağırdır. Odur ki, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ rayonu VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-ci il tarixli, AZ-İ seriyalı, ******* №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2006-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2006-ci ildə 290 № ilə qeyd edilmişdir. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ rayonu Çarxana kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-T seriyalı, 123397 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2008ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2008-ci ildə 01 № ilə qeyd edilmişdir. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Çarxana kənd İƏD tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli, 62 nömrəli arayışdan görünür ki, İddiaçı hal-hazırda Qəbələ rayonu Çarxana kəndində yaşayır və himayəsində iki ovladı var. Oğlu Şı̇ rı̇ nov Rübail Rəfaı̇ l oğlu- 21 avqust 2006-tələbə, oğlu Şı̇ rı̇ nov Rəhman Rəfaı̇ l oğlu- Şı̇ rı̇ nov Rəhman Rəfaı̇ l oğlu 13 fevral 2008məktəbli. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Çarxana kənd İƏD tərəfindən verilmiş 29 mart 2023-cü il tarixli, 82 nömrəli arayışdan görünür ki, həqiqətən həyat yoldşı Şı̇ rı̇ nova Nuranə Fı̇ rı̇ dun qızı 2020-ci il sentyabr ayından bu günə qədər atası evində yaşayır, İddiaçı iki azyaşlı övladı ilə X5 və X4 ilə birlikdə yaşayır. İş materiallarında olan mediator X1 tərəfindən verilmiş 25 fevral 2023-cü il tarixli MŞŞ/MT018-2023-00396 saylı arayışından görünür ki, tərəflər təşəbbüsü ilə mediasiya prosesisinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 01633 saylı mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, Zərbalıyeva Elnarə Sadı̇ q qızı tərəfindən 50 (əlli) manat pul vəsaiti Şəki 1 saylı Mediasiya təşkilatına ödənilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-830/2021 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 18 may 2021-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment və müalicə xərcləri üçün uşaq 03 (üç) yaşına çatanadək hər ay əlavə 50 (əlli) manat pul vəsaiti tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-878/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Qəbələ rayon Böyük Əmilli kənd Ərazi Vahidi tərəfindən 2005-ci il avqustun 17-də qeydə alınmış 02 nömrəli nikah pozulması, 21 avqust 2006-cı il təvəllüdlü X4 və 13 fevral 2008-ci il təvəllüdlü X5 iddiaçı – atası İddiaçı yanında saxlanılması, 19 aprel 2021-ci il təvəllüdlü X7 cavabdeh – anası Cavabdeh yanında saxlanılması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən üç övladı anadan olmuşdur. Hazırda iddiaçı 21 avqust 2006-cı il təvəllüdlü Şı̇ rı̇ nov Rübail Rəfaı̇ l oğlunun və 13 fevral 2008-ci il təvəllüdlü Şı̇ rı̇ nov Rəhman Rəfaı̇ l oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Məhkəmə uşaların mənafelərini nəzərə alaraq, aliment tutulmasını məqsədə müvafiq hesab edir. Ancaq məhkəmə alimentin 220 manat həddində tutulmasını ədalətli və qanuna uyğun hesab etmir. İddiaçı alimentin tələb etdiyi məbləğdə cavabdehin ödəmək imkanına malik olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən 21 avqust 2006-cı il təvəllüdlü Şı̇ rı̇ nov Rübail Rəfaı̇ l oğlunun və 13 fevral 2008-ci il təvəllüdlü Şı̇ rı̇ nov Rəhman Rəfaı̇ l oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, hesab edir ki, aliment 29 mart 2023-cü il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 30.36 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Şı̇ rı̇ nova Nuranə Fı̇ rı̇ dun qızından 29 mart 2023-cü il tarixdən başlayaraq 21 avqust 2006-cı il təvəllüdlü Şı̇ rı̇ nov Rübail Rəfaı̇ l oğlunun və 13 fevral 2008-ci il təvəllüdlü Şı̇ rı̇ nov Rəhman Rəfaı̇ l oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şı̇ rı̇ nov Rəfaı̇ l Əlyəddı̇ n oğluna verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Şı̇ rı̇ nova Nuranə Fı̇ rı̇ dun qızından 30 (otuz) manat 36 (otuz altı) qəpik məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-706/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-706/2023
25.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver