Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-739/2020 16.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlununsədrliyi, məhkəmə iclasının katibi Aslanova Ayşən Əfqan qızının katibliyi ilə, İddiaçı Ramı̇s qızının Cavabdeh qarşı “üç yaşına çatanadək uşağa qulluq üçün aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 27 aprel 2019-cu i! təvəllüdlü x2 üç yaşınadək çatanadək cavabdeh - Cavabdeh hər ay 100 (yüz) manat sabit pul məbləğində tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Soitanzadə Mətləb Rövşən oğlu ilə 10 dekabr 2017-ci ildə nikahı qeyd etdirməklə ailə həyatı qurmuş, birgə nikahdan 27 aprel 2019-cu il təvəllüdlü x3 anadan olmuşdur. Onlar bir müddət birlikdə yaşadıqdan sonra cavabdehin təqsiri üzündən ailə münasibəti pozuldu, ailə münasibəti pozulduğundan nikah Ağdaş rayon məhkəməsinin 16.10.2019-cu il tarixli, 2(014)-1704/2019 saylı qətnaməsinə əsasən ləğv edildi, uşaq onun yanında saxlanıldı və uşaqın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 100 manat miqdarında aliment tutularaq ona ödənilməsi qət edildi. Şəki Apellyasiya Məhkəməsinin 10.03.2020-ci il tarixli, 2(107)-771/2020 saylı qərarına əsasən aiimentin məbləği dəyişdirilərək 130 (yüz otuz) manat müəyyən edildi. İddia ərizəsində uşağın saxlanması barədə aliment tələb etmiş. Lakin uşağının 3 yaşı tamam olanadək özü üçün də aliment tələb etmək hüququn olduğunu bilməmişdir. Cavabdeh hal-hazırda işləyir 700 (yeddi yüz) manatdan çox əmək haqqı alır. Ona qızının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq çox çətindir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə baxışını onun iştirakı olmadan keçirib qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 23.05.2019-cu il tarixdə verilmiş AZ-İV № 274079 saylı doğum haqqında şəhadətnamədən görünür ki, x2 27 aprel 2019-cu il tarixdə Ağdaş şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 18 iyun 2020-ci il tarixdə verilmiş AZ-İ № 350781 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh İddiaçı arasında olan nikah 18 iyun 2020-ci il tarixdə ləğv edilmişdir və bu barədə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 85 nömrə ilə qeyd aparılmışdır. Nikah pozulduqdan sonra arvada Soltanzadə soyadı verilmişdir. İşdə olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1704/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 10 dekabr 2017-ci il tarixdə bağlanmış və Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd edilmiş nikahın pozulması, Cavabdeh 16.09.2019-cu il tarixdən başlayaraq, 27 aprel 2019-cu il təvəllüdlü x1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2020-ci il tarixli, 2(107)-771/2020 saylı Qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 27 aprel 2019-cu il tarixdə anadan olmuş x1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutularaq İddiaçı hər ay veriləcək sabit pul məbləğində alimentin məbləği artırılaraq 130 manat müəyyən edilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən bir övladı anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar. Hazırda iddiaçı 27 aprel 2019-cu il təvəllüdlü x1 üç yaşına çatanadək cavabdehdən hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aliment tutulur. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi sənədlərdə 27 aprel 2019-cu il tarixdə anadan olmuş x1 3 (üç) yaşına çatanadək Cavabdeh onun xeyrinə hər ay 100 (bir yüz) manat məbləğində alimentin tutulub verilməsini tələb etsə də, tələbini əsaslandıra bilməmiş və iddiasının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. İddiaçı cavabdehin əlavə gəlirlərin, bununla da tələb etdiyi məbləğdə alimentin cavabdehin ödəmək imkanına malik olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi. Odur ki, iddia ərizəsi təmin edilməməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Ramı̇s qızının Cavabdeh qarşı “üç yaşına çatanadək uşağa qulluq üçün aliment” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-739/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-739/2020
16.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver