Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-76/2021 10.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçılar İddiaçı3 (eyni zamanda iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı6 və İddiaçı4 etibarnamə üzrə nümayəndəsi), İddiaçı1, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 Sadəddı̇ n oğlu, Hüseynov Şahı̇ n Sadəddı̇ n oğlu, Adışova Dı̇ larə Sadəddı̇ n qızı, Səlı̇ mova Ulduz Sadəddı̇ n qızı və Kərı̇ mova Könül Sadəddı̇ n qızının cavabdehlər Cavabdeh1nə, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X50 və Cavabdeh3nə qarşı "alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Sadəddı̇ n oğlu, Hüseynov Şahı̇ n Sadəddı̇ n oğlu, Adışova Dı̇ larə Sadəddı̇ n qızı, Səlı̇ mova Ulduz Sadəddı̇ n qızı və Kərı̇ mova Könül Sadəddı̇ n qızı cavabdehlər Cavabdeh1nə, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X50 və Cavabdeh3nə qarşı "alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Dövlət Notariat Kontorunda Cavabdeh1 MMC-nin etibarnamə üzrə nümayəndəsi X29 ilə X10 arasında bağlanmış xx xxxx 2006-cı il tarixli, 4Ə-0/2215 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixdə Cavabdeh1 MMC-yə verilmiş Seriya RX ******* nömrəli, reyestr nömrəsi **********10, qeydiyyat nömrəsi ********** olan Çıxarışın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Qəbələ rayonu X28 xx xxxxx 1998-ci il tarixli, 07 saylı qərarı ilə ailə üzvlərinə yəni - X8, İddiaçı1, X16, X11, X17, İddiaçı2 və İddiaçı3 Qəbələ rayonu ərazisindən 4,41 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsinə görə JN-123, KOD 40612028 saylı Torpağa Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Dövlət Aktında sonradan onlara məlum olmuşdur ki, X2 səhvən “Yolçuyev”, X3 səhvən “Hüseynov”, İddiaçı2 soyadı səhvən “Hüseynova”, “oğlu” yerinə isə “qızı” kimi səhvən yazılmışdır. Lakin şəxsiyyət vəsiqələrində, doğum, nikah və ölüm haqqında şəhadətnamələrində və digər sənədlərdə X12, X23 və İddiaçı2 kimi qeyd edilmişdir. X12 xx.xx.2016-cı il tarixində miokard infarktından vəfat etmişdir. X26 xx.xx.2003-cü il tarixində X18 ilə nikaha daxil olaraq “Nurməmmədova” soyadını, X23 xx.xx.2004-cü il tarixində X43 ilə nikaha daxil olaraq “Adışova” soyadını, X27 xx.xx.2006-cı il tarixində X35 ilə nikaha daxil olaraq “Səlimova” soyadını, X27 xx.xx.2007-ci il tarixində X36 ilə nikaha daxil olaraq “Kərimova” soyadını qəbul etmişdir. Onlar, X12 vəfat etdiyindən ondan miras qalan əmlak kimi torpaq sahəsini notariat ofisinə müraciət edərək öz adlarına rəsmiləşdirmək istəsələr də, notariat arxivindən mərhum Yolçuyev (Hüseynov) Sadəddin Şəmsəddin oğlu xx xxxx 2006-cı il tarixində Qəbələ rayonu X28 xx xxxxx 1998-ci il tarixli, 07 saylı qərarı ilə ailə üzvlərinə, yəni X8, İddiaçı1, X16, X11, X17, İddiaçı2 və İddiaçı3 Qəbələ rayonu ərazisindən 4,41 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsinə görə verilmiş JN-123, KOD 40612028 saylı Torpağa Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktındakı Qanıx-Türyançay zonasına aid 1,79 ha torpaq sahəsinin onların razılıqları olmadan Qəbələ rayon dövlət notariat kontorunda (notarius Elxan Alxasov) Cavabdeh1 MMC-yə (etibarnamə üzrə nümayəndəsi X29) 716 (yeddi yüz on altı) manata alqı-satqı müqaviləsi bağlayaraq satmışdır. Sonradan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2006-ci il tarixli, 4Ə-0/2215 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 MMC-nin adına xx.xx.2015ci il tarixli, Seriya RX, ******* saylı, reyestr nömrəsi **********10, qeydiyyat nömrəsi ********** olan Çıxarış əldə olunmuşdur. Onlara verilmiş JN-123, KOD 40612028 saylı Torpağa Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktındakı 4,41 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsi bir yerdə olmayaraq Qəbələ rayonunda 4 müxtəlif ərazilərdə yerləşmişdir və həmin ərazilərdə də dənli bitkilər (taxıl, arpa, noxud və s.) əkilmişdir. X1 özünə və onlara məxsus torpaq sahəsini satmasından xəbərləri olmamışdır, bilsəydilər əlbətdə ki, razı olmazdılar. Hətta onun alqı-satqı müqaviləsi bağlayaraq torpaq sahələri satması da inandırıcı deyildir, belə olmuş olsada torpaq sahəsi onların razılıqları və iştirakları ilə alqı-satqı oluna bilərdi. Ona görə də pozulmuş mülkiyyət hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı3 (eyni zamanda iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı6 və İddiaçı4 etibarnamə üzrə nümayəndəsi), İddiaçı1, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh1 MMC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi Quliyev Zöhrab Kamil oğlu məhkəməyə elektron qaydada ərizə göndərərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə Cavabdeh1 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi eyni zamanda məhkəmə elektron qaydada ərizə göndərərək göstərmişdir ki, iddiaçılar Cavabdeh1 MMC ilə vətəndaş X10 arasında bağlanmış alqı-satqı müqaviləsini və bunun əsasında əldə olunmuş çıxarışın etibarsız hesab olunmasını iddia edirlər. Alqı-satqı müqaviləsinə əsasən vətəndaş ona çatası pulu faktiki olaraq almış və torpaq sahəsini Cavabdeh1 MMC-yə təhvil vermişdir. Bu torpaq sahəsi artıq 15 ilə yaxındır ki, Cavabdeh1 MMC-nin mülkiyyətində və faktiki istifadəsindədir. İşdən görünür ki, alqı-satqı müqaviləsi xx xxxx 2006-cı il tarixində bağlanmışdır. Mülki Məcəllənin müvafiq maddəsinə uyğun olaraq iddia müddətinin tətbiq etməklə, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında cavabdeh Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsi iştirak etməmiş, məhkəməyə xx.xx.2021-ci il tarixli, 136 №-li məktub ünvanlayaraq Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsi olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X50 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin və cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X45 nümayəndələrinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan JN-123, kod 40612023 saylı «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»nın təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu X28 xx xxxxx 1998ci il tarixli, 07 saylı qərarı ilə Qəbələ rayonu Bılıx kəndində X8, İddiaçı1, X16, X11, X17, Hüseynova Könül Sadəddin qızına, İddiaçı2 və İddiaçı3 paylı mülkiyyətinə üç planşetdə cəmi 4,41 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxxx 2015-ci il tаrixdə verilmiş RX seriyаlı ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxаrışın surətinə görə Qəbələ rayonu, Bılıx kəndində 3,5876 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 105 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxxx 2006-ci il tarixdə 4Ə-2215 reystr nömrəsi ilə qeydə alınmış və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmiş «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nin surətindən görünür ki, X4 rayonu Bılıx kəndində yerləşən Qanıx-Türyançay zonasına aid 1,79 hektar torpaq sahəsini Cavabdeh1 MMC-yə 716 (yeddi yüz on altı) manata satmışdır. İş materiallarında olan Qəbələ Rayon Dövlət X39 rayon Bılıx kəndində yaşayan İddiaçı1, İddiaçı2 Sadəddı̇ n oğlu, Hüseynov Şahı̇ n Sadəddı̇ n oğlu, Adışova Dı̇ larə Sadəddı̇ n qızı, Səlı̇ mova Ulduz Sadəddı̇ n qızı və Kərı̇ mova Könül Sadəddı̇ n qızı tərəfindən yazılmış və Qəbələ rayon İcra Hakimiyyəti Sileyli kənd X54 üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş ərizələrin surətindən görünür ki, sonuncular ailələrinə məxsus olan 1,79 hektar torpaq sahəsinin satılmasına etiraz etməmişlər. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 106/69 nömrəli “Doğum haqqında” arayışdan görünür ki, X13 xx.xx.1957-ci il tarixdə Qəbələ rayonu Kürd kəndində anadan olmuşdur. X6, anası X24r. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 102/69 nömrəli “Nikah haqqında” arayışdan görünür ki, X13 ilə X20 xx xxxxxxxx 1980-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 12 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 103/69 nömrəli “Ölüm haqqında” arayışdan görünür ki, X13 xx xxx 2016-ci il tarixdə Qəbələ rayonu Bılıx kəndində “miokard infarktı”ndan vəfat etmişdir. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 104/69 nömrəli “Doğum haqqında” arayışdan görünür ki, X26 xx.xx.1981-ci il tarixdə Qəbələ rayonu Bılıx kəndində anadan olmuşdur. X5, anası X25r. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 101/69 nömrəli “Nikah haqqında” arayışdan görünür ki, X18 ilə X14 xx xxxxxx 2003-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 09 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nurməmmədov, arvada Nurməmmədova soyadı verilmişdir. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 112/69 nömrəli “Doğum haqqında” arayışdan görünür ki, X23 xx.xx.1983-cü il tarixdə Qəbələ rayonu Bılıx kəndində anadan olmuşdur. X5, anası X25r. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 107/69 nömrəli “Nikah haqqında” arayışdan görünür ki, X43 ilə X9 xx xxxxxx 2004-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 14 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Adışov, arvada Adışova soyadı verilmişdir. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 111/69 nömrəli “Doğum haqqında” arayışdan görünür ki, X27 xx.xx.1984-cü il tarixdə Qəbələ rayonu Bılıx kəndində anadan olmuşdur. X5, anası X25r. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 99/69 nömrəli “Nikah haqqında” arayışdan görünür ki, X35 ilə X15 xx xxxxxx 2006-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 06 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Səlimov, arvada Səlimova soyadı verilmişdir. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 98/69 nömrəli “Doğum haqqında” arayışdan görünür ki, Hüseynova Könül Sadəddin qızı xx.xx.1986-ci il tarixdə Qəbələ rayonu Bılıx kəndində anadan olmuşdur. X5, anası X25r. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 97/69 nömrəli “Nikah haqqında” arayışdan görünür ki, X36 ilə Hüseynova Könül Sadəddin qızının xx xxxxxx 2007-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 07 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 105/69 nömrəli “Doğum haqqında” arayışdan görünür ki, İddiaçı2 xx.xx.1988-ci il tarixdə Qəbələ rayonu Bılıx kəndində anadan olmuşdur. X5, anası X25r. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı həkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. X51 Məhkəməsi «Miragall Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə xx xxxxxx 2000ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Stanyo Belçikaya qarşı» iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.». Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxx 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.». Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Qəbələ rayonu X28 xx xxxxx 1998-ci il tarixli, 07 saylı qərarı ilə Qəbələ rayonu Bılıx kəndində X8, İddiaçı1, X16, X11, X17, Hüseynova Könül Sadəddin qızına, İddiaçı2 və İddiaçı3 paylı mülkiyyətinə üç planşetdə cəmi 4,41 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi JN-123 saylı (Kod: 40612028) nömrəli dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. xx xxx 2006-ci il tarixədək torpaq sahələrindən istifadə etmişlər. Qəbələ Rayon Dövlət Notariat Kontoruna iddiaçılar İddiaçı1, İddiaçı2 Sadəddı̇ n oğlu, Hüseynov Şahı̇ n Sadəddı̇ n oğlu, Adışova Dı̇ larə Sadəddı̇ n qızı, Səlı̇ mova Ulduz Sadəddı̇ n qızı və Kərı̇ mova Könül Sadəddı̇ n qızı ərizələr yazaraq ailələrinə məxsus olan 1,79 hektar torpaq sahəsinin satılmasına etiraz etməmişlər. Paylı mülkiyyətçilərdən X10 xx xxx 2006-cı il tarixdə Qəbələ rayon Notariat Kontorunda rəsmiləşdririlmiş alqı-satqı müqaviləsi ilə Qəbələ rayonu Bılıx kəndində yerləşən Qanıx-Türyançay zonasına aid 1,79 hektar torpaq sahəsini Cavabdeh1 MMC-yə 716 (yeddi yüz on altı) manata satmışdır. Məhkəmə qeyd edir ki, iddiaçılar mübahisə predmeti olan torpaq sahəsinin alqı-satqısına dair Qəbələ rayon Notarait Kontorunun xx xxx 2006-cı il tarixli müqaviləsini qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə mübahisələndlirmişlər. Belə ki, yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Digər tərəfdən, Cavabdeh1 MMC-nin nümayəndəsi Quliyev Zöhrab Kamil oğlu məhkəməyə ərizə göndərərək iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişlər. Qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddia müddəti keçmişdir. Buna görə də iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmiş olduğu halda belə, iddia müddəti keçdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, mülki mübahisə üzrə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədinin hüquqi müəyyənlik olduğunu, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratdığını, məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad etdiyini, mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyub, eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur etdiyini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçılar qanunla müəyyən olunmuş iddia müddətini buraxmaqla (ötürməklə) məhkəmədə iddia qaldırdıqları üçün həmin əsasla da iddia təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Sadəddı̇ n oğlu, Hüseynov Şahı̇ n Sadəddı̇ n oğlu, Adışova Dı̇ larə Sadəddı̇ n qızı, Səlı̇ mova Ulduz Sadəddı̇ n qızı və Kərı̇ mova Könül Sadəddı̇ n qızının cavabdehlər Cavabdeh1nə, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X50 və Cavabdeh3nə qarşı "alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Sadəddı̇ n oğlu, Hüseynov Şahı̇ n Sadəddı̇ n oğlu, Adışova Dı̇ larə Sadəddı̇ n qızı, Səlı̇ mova Ulduz Sadəddı̇ n qızı və Kərı̇ mova Könül Sadəddı̇ n qızının cavabdehlər Cavabdeh1nə, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X50 və Cavabdeh3nə qarşı "alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-76/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-76/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver