Məhkəmə qərarları › İş №2(025)-790/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-790/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-790/2020 03.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı, vəkili X2, Cavabdeh1 (eyni zamanda Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi) iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əqdin bağlanmış hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əqdin bağlanmış hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla mərhum X13 arasında Qəbələ rayonunun Çarxana kəndində yerləşən JN-056G saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə üzrə 0,23 ha torpağın alqı-satqı müqaviləsi haqqında əqdin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2004-cü ilin oktyabr ayında cavabdehlərdən Cavabdeh1 arvadı və Cavabdeh2 anası X1 həyət torpağını satdığını eşitmişdir. Həmin torpaq sahəsində heç bir tikili olmamışdır. O, Məlahətlə görüşmüş və həmin torpaq sahəsinin onun tərəfindən alınması barədə aralarında razılığa gəlmişlər. Məlahətlə razılaşdırılmış pulu vermiş və ondan torpaq sahəsinə aid JN-056 G saylı, 40604048 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin əslini almışdır. Pulu verdikdən və sənədi aldıqdan sonra Çarxana kənd icra nümayəndəliyinə gəlmiş və kənd icra nümayəndəliyinin iştirakı ilə alqı-satqıya dair xx xxxxxxx 2004-cü il tarixdə akt tərtib etmişlər. Akt tərtib edildikdən sonra belə qərara gəlmişər ki, alqısatqının qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməsini sonra həyata keçirsinlər. Müxtəlif üzürlü səbəblərdən bu iş ləngidilmiş və alqı-satqını notarial qaydada rəsmiləşdirə bilməmişlər. Satıcı Məlahət vəfat etmişdir. Məlahət vəfat etdikdən sonra onun Çarxana kəndində olan vərəsələri, iş üzrə cavabdehlər olan şəxslərdən dəfələrlə notariusa gedib vərəsəlik işini həll etmələrini xahiş etmişdir. Lakin onlar bunu etməmişlər. Onu da bildirir ki, cavabdehlər prinsip etibarı ilə satılmış torpağın onun mülkiyyətinə verilməsinə etiraz etmirlər. Sadəcə olaraq vərəsəlik işini həll etmirlər. Həmçinin ötən illər ərzində aldığı torpaq sahəsindən istifadə etmiş və hazırda da istifadə etməkdədir. Həm də ötən illər ərzində bütün torpaq vergisini vaxtlı-vaxtında ödəmişdir. Torpaq sahəsini aldığı müddətdən 15 il vaxt keçmişdir. Hesab edir ki, pul verib aldığı torpağa artıq mülkiyyət hüququ əldə etmişdir. Ancaq işin rəsmi tərəfi qalmışdır. Bunu da cavabdehlər qəsdənmi və ya da bilməyərəkmi gecikdirir və vərəsəlik işini həll etmirlər. Həmçinin bu günə qədər torpaq vergisini ödəmişdir və ödməkdə də davam edir. Cavabdehlər bir sözlə müqaviləni rəsmiləşdirmək üçün notariusa gəlməkdən imtina edirlər. Ona görə də alqı-satqı müqaviləsini rəsmiləşdirmək üçün, yəni əqdin bağlanmış hesab edilməsi məqsədi ilə Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə uyğun olaraq məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Alqı-satqı zamanı satıcı Məlahət torpağa mülkiyyət hüququnu təsdiq edən sənədlərin əslini də ona vermişdir. Belə olan halda hesab edir ki, torpaq sahəsinin alqı-satqısını həyata keçirərkən qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləinin 335-ci maddəsinə əsasən məhkəmə qaydasında əqdin bağlanmış hesab edilməsini tələb etmək hüququ vardır. Belə ki, həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləinin 335-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə digər tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Belə halda əqdin sonradan notarial qaydasında təsdiqlənməsi tələb olunmur. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında İddiaçı vəkili X5 da qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 (eyni zamanda Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi) məhkəmə iclasında iddianı etiraf edərək verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı ilə mərhum anası X13 arasında Qəbələ rayonunun Çarxana kəndində yerləşən JN-056G saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,23 ha torpaq sahəsinin alqı-satqı müqaviləsi barədə əqdin bağlanmış hesab edilməsinə etiraz etmir. Cavabdeh2 onun oğludur və onun bu işlə nə əlaqəsi olduğunu bilmir. İş üzrə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Bununla əlaqədar yazılı ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə iş üzrə iddiaçının, iddiaçının vəkilinin, cavabdehin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-056G saylı (kod 40604048) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon X12 xx xxxxxx 1998-ci il tarixli 13 saylı qərarı ilə X7 mülkiyyətinə rayonun Çarxana kəndində 0,23 ha həyətyanı (fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövət bağçılıq təsərrüfatının bağı) torpaq sahəsi verilmişdir. İşdə olan Mingəçevir şəhər qeydiyyat şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 05/Q-525/69 nömrəli arayışında Cavabdeh1 və X11 arasında olan nikaha dair xx xxxxxx 1986-cı il tarixdə 230 nömrəli akt qeydinin tərtib edildiyi və nikahın Mingəçevir şəhər Qeydiyyat şöbəsində qeydə alındığı, nikah bağdandıqdan sonra ərə “Xəlilov», arvada «Xəlilova» soyadlarının verildiyi göstərilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, AZ-J 457491 nömrəli arayışından müəyyən edilir ki, X13 xx.xx.2011-ci il tarixdə «kəskin ürək-damar və tənəffüs çatmamazlığı»ndan vəfat etmişdir. İşdə olan Qəbələ rayon İHB-nın Çarxana kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx xxx 2015-ci il tarixli 123/5 saylı arayışında X13 vəfat edən zaman onun Çarxana kəndində - 1960-cı il təvəllüdlü əri Cavabdeh1, oğlu 1996-cı il təvəllüdlü Cavabdeh2 vərəsə olaraq qaldıqları, mərhumun başqa vərəsələrinin olmadığı qeyd edilmişdir. İşdə olan X19 nümayəndəsi M.İslamovun, həmin kəndin sakinləri İddiaçı və X8 iştirakları ilə xx xxxxxxx 2004-cü il tarixdə Çarxana kəndində tərtib edilmiş aktda JN-056 G saylı (kod 40604048) torpaq şəhadətnaməsi ilə məxsus olan 0,23 hektar torpaq sahəsini X8 İddiaçı ömürlük (bir dəfəlik) satdığını, torpaq sahəsinin satılmasına onun özünün razılıq verdiyi göstərilmişdir. İşdə olan Çarxana kənd sakini 1963-cü il təvəllüdlü (pasport seriyası XXİİ-JQ 577725 olan) X8 xx xxxxxxx 2004-cü il tarixdə X19 nümayəndəsi M.İslamova yazdığı ərizəsində JN-056 G saylı (kod 40604048) torpaq şəhadətnaməsi ilə ona məxsus olan 0,23 hektar torpaq sahəsini İddiaçı satmasına etiraz etmədiyi və həmin torpaq sahəsinin satılmasına lazımi köməklik göstərilməsini xahiş etmişdir. İşdə olan Qəbələ rayonu Hacallı bədəliyyəsinin sədri M.Süleymanovun İddiaçı xx.xx.2020ci il tarixdə verdiyi arayışda Çarxana kənd sakini X6 2004-cü il tarixdə almış olduğu 0,23 ha torpaq sahəsinin vergilərinin 2019-cu il tarixə onun ödədiyi, həmin torpaq sahəsi ilə əlaqədar İddiaçı əmlak və torpaq vergi borcunun olmadığı qeyd edilmişdir. İşdə olan Qəbələ rayonu Hacallı bədəliyyəsinin sədri M.Süleymanovun xx.xx.2020-ci il tarixli 39 saylı arayışında Qəbələ rayonu Çarxana kənd sakini İddiaçı ilə X13 arasında aqrar islahat zamanı JN-056G saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X8 mülkiyyətinə verilmiş 0,23 ha torpaq sahəsi barədə xx xxxxxxx 2004-cü il tarixdə sadə yazılı formada olan alqısatqı müqaviləsinin olduğu, 0,23 ha torpaq sahəsinə İddiaçı sahiblik etdiyi, istifadəsində olduğu və bütün torpaq vergisini onun ödədiyi qeyd edilmişdir. İşdə olan Qəbələ rayon İHB-nın Çarxana kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli 188 saylı arayışında Qəbələ rayonu X15 tərəfindən verilmiş, JN-056G saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,23 ha torpaq sahəsinin X8 mülkiyyətinə verildiyi, xx xxxxxxx 2004-cü il tarixdə həmin torpaq sahəsi üçün onun İddiaçı ilə aralarında alqı-satqı müqaviləsinin olduğu, həmin vaxtdan torpaq sahəsinə İddiaçı sahiblik etdiyi və istifadəsində olduğu göstərilmişdir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, JN-056G saylı (kod 40604048) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə və Qəbələ rayon X12 xx xxxxxx 1998-ci il tarixli 13 saylı qərarı ilə X7 mülkiyyətinə rayonun Çarxana kəndində 0,23 ha həyətyanı torpaq sahəsi verilmişdir. JN-056 G saylı (kod 40604048) torpaq şəhadətnaməsi ilə məxsus olan 0,23 hektar torpaq sahəsininin X13 tərəfindən İddiaçı ömürlük (bir dəfəlik) satdığı barədə aralarında razılıq əldə olunmuş və X19 nümayəndəsi M.İslamovun, İddiaçı və X8 iştirakları ilə xx xxxxxxx 2004-cü il tarixdə Çarxana kəndində akt tərtib edilmişdir. 1963-cü il təvəllüdlü (pasport seriyası XXİİ-JQ 577725 olan) X13 xx xxxxxxx 2004-cü il tarixdə X19 nümayəndəsi M.İslamova ərizə yazaraq ərizəsində JN-056 G saylı (kod 40604048) torpaq şəhadətnaməsi ilə ona məxsus olan 0,23 hektar torpaq sahəsini İddiaçı satmasına etiraz etmədiyini göstərmiş və həmin torpaq sahəsinin satılmasına lazımi köməklik göstərilməsini xahiş etmişdir. Lakin sonradan torpaq sahəsinin alqı-satqısına dair aralarında bağlanmış əqdin notariat orqanında rəmiləşdirilməsi ləngidilmiş və X13 xx.xx.2011-ci il tarixdə «kəskin ürək-damar və tənəffüs çatmamazlığı»ndan vəfat etmişdir. Bundan sonra İddiaçı X8 hüquqi varislərinə müraciət edərək mras əmlak üzrə vərəsəlik açılmasına dair qanunla müəyyən olunmuş hərəkətləri etməklə mülkiyyət sənədinin alınmasını, sonra da adı çəkilən torpaq sahəsinin alqı-satqısını notarial qaydada reallaşdırılmasını dəfələrlə cavabdehlərin nəzərinə çatdırsa da görülən işlər heç bir fayda verməmişdir. Nəticədə iddiamı istifadəsində və sahibliyində olan həmin torpağa dair mülkiyyət sənədlərini ala bilməmişdir. Torpaq sahəsinə görə vergini də iddiaçı ödəyir. Məhkəmə qeyd edir ki, birinci növbədə 0,23 ha həyətyanı torpaq sahəsinin torpaq islahatı vaxtı X8 istifadəsində olması və mülkiyyətinə tam qanuni əsaslarla keçməsi nəzərə almalıdır. Belə ki, torpaq islahatı həmin torpaqların əvəzsiz olaraq onların qanuni istifadəçilərinin mülkiyyətinə verilməsi nəzərdə tutmuşdur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin tələbinə görə (2008-ci il dekabrın 02-dək), vətəndaşların xüsusi mülkiyyətinə verilməli olan torpaq sahələri dedikdə, onların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar, eləcə də sovxoz və kolxozların özəlləşdirilən torpaqlar nəzərdə tutulmuşdur. Həmin Qanunun 9-cu maddəsinin tələbinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Vətəndaşlara, onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyatyanı sahələrin və bağların altında olan torpaqlar üzərində mülkiyyət hüququna dair şəhadətnamə verilir. Torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. Göründüyü kimi, qanunla həyətyanı torpaq sahəsinin bu və ya digər vətəndaşın mülkiyyətinə verilməsi aşağıdaki dispozitiv şərtlərin mövcudluğu ilə əlaqələndirilmişdir: a) əvəzsiz olaraq mülkiyyətə verilməsi nəzərdə tutulan torpaq sahəsinin vətəndaşın istifadəsində olması; b) istifadənin qanuni olması; v) qeydiyyat orqanına ərizə verilməsi. Qeyd olunanlardan aydın olur ki, X13 ölkədə torpaq islahatına rəvac verildikdən sonra (1996-cı ildən sonra) qanuni istifadəsində olan 0,23 ha həyətyanı torpaq sahəsinə əvəzsiz olaraq xüsusi mülkiyyəti olaraq mülkiyyətçi olmaq statusunu, bir sözlə Azərbaycan Respublikası mülki qanunvericiliyi ilə müəyyən edilmiş - istifadə, sahiblik, sərancam hüququnu qazanmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, İddiaçı ilə X13 arasında mülki hüquq münasibətlərinin əmələ gəldiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsinin tələbinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublkası Mülki-Prosessual Məcəlləsinin : 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə müvafiq olaraq, cavabdeh tərəfindən iddianın etiraf edilməsi məsələsinə qiymət verən məhkəmə hesab edir ki, etiraf qanuna zidd deyildir, heç kəsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. 106.3-cü maddəsinin tələbinə görə, tərəfin tələb və etirazlarının əsaslandırıldığı faktları digər tərəfin etiraf etməsi əks tərəfin gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 191.1-ci maddəsinin tələbinə görə cavabdehin iddianı etiraf etməsi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məcəllənin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Cavabdeh1 (eyni zamanda Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi) xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək mərhum anası X13 ilə İddiaçı arasında torpaq sahəsinin alqı-satqısı barədə əqdin olduğunu etiraf edərək həmin əqdin bağlanmış hesab edilməsinə dair iddianı qəbul etdiyini və torpaq sahəsinin iddiaçının adına rəmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə qanunvericiliyin sadalanan müddəalarını və işin mövcud hallarını, Qəbələ rayonu Çarxana kəndində yerləşən və JN-056 G nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə üzrə X9 məxsus 0,23 ha torpağa dair onunla İddiaçı arasında alqı-satqı müqaviləsinin (əqdin) cavabdehlər tərəfindən mübahisələndirimədiyini və torpağın alqı-satqısına dair olan əqdin cavabdehlər tərəfindən etiraf edilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır və buna görə də təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Qəbələ rayonu Çarxana kəndində yerləşən JN-056 G nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə üzrə X18 (Binnət) qızına məxsus 0,23 ha torpağa dair onunla İddiaçı arasında alqı-satqı müqaviləsi barədə əqd bağlanmış hesab edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Qəbələ rayonu Çarxana kəndində yerləşən JN-056 G nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə üzrə X18 (Binnət) qızına məxsus 0,23 ha torpağa dair onunla İddiaçı arasında alqı-satqı müqaviləsi barədə əqd bağlanmış hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar