Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-839/2025 15.05.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X2 İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbi barədə iddia qaldıraraq, Qəbələ Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 8(025)-35/2025 saylı qərardadı ilə 12 iyul 2010-cu il təvəllüdlü X3 və 06 may 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər birinə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.48 misli məbləğində müəyyən olunmuş alimentin miqdarının azaldılaraq, uşaqların hər birinə ayda 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilən əsasa görə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilə bilməz.. AR MPM-nin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Məhkəmə hesab dir ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında qəbz əlavə edilmədiyindən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(025)-839/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-839/2025
15.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver