Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-841/2020 20.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayon İcra və probasiya şöbəsinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbkar Cavabdeh xx xxxx 2019-cu il tarixdən xx xxxxx 2020-ci il tarixədək onun tərəfindən ödənilməsi üçün hesablanmış 3150 manat aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2018-ci ilin ortalarında çıxıb valideynlərinin evinə getmiş, nikahları pozulmamış, iki uşağın saxlanılması üçün aliment tələbi barədə iddia qaldırmış, iddia tələbi təmin edilmiş və Qəbələ Rayon Məhkəməsinin 2(025)- 1820/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən hər uşağın saxlanılması üçün 125 manat, cəmi 250 manat alimentin ödənilməsi qət edilmişdir. Aralarında olan rəsmi nikah pozulmamışdır. Daha sonra 2019-cu ilin iyul ayının 20-sində barışmışlar. Belə ki, cavabdeh çıxıb getdikdən sonra o, nikahın pozulması barədə məhkəmədə iddia qaldırmış, lakin sonradan cavabdehlə barışdıqlarına və onun xx xxxx 2019-cu ildə onun evinə qayıdıb gəldiyinə görə iddia tələbini geri götürmüşdür. Cavabdeh qayıdıb uşaqlarla birlikdə onun evinə gəlmiş, bundan sonra xx xxxxx 2020-ci il tarixədək birgə yaşamışlar və birgə təsərrüfat aparmışlar. 2020-ci il 24 aprel tarixində cavabdeh yenidən çıxıb valideynlərinin evinə getmiş və xx xxx 2020-ci il tarixli nikahın pozulması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli 2(025)-489/2020 nömrəli nikahın pozulması haqqında qətnamə qəbul etmişdir. Onlar xx xxxx 2019-cu il tarixdən xx xxxxx 2020-ci il tarixədək birgə yaşamaqlarına və birgə təsərrüfat aparmaqlarına baxmayaraq, cavabdeh Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinə əsaslanmaqla İcra və probasiya şöbəsinə müraciət edərək birgə yaşadıqları dövr üçün ondan aliment tələb etmişdir. Bu səbəbdən həmin dövr üçün alimentin silinməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şööbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, İddiaçı ona qarşı yazdığı “Borclunun tələbkar ilə birgə yaşadığı müddətdə yığılmış alimentin silinməsi tələbi barədə” iddia ərizəsi başdan ayağa tamamən yalan məzmunda yazılmış, şər-böhtan xarakterli, qanunsuz və əsassızdır. O, İddiaçı ilə xx.xx.2014-cü il tarixində Qəbələ rayonu, Tikanlı kənd X11 qeydiyyat şöbəsində 24 nömrəli akt qeyd, AZ-İ № 997952 saylı şəhadətnamə əsasında rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. İddiaçı ilə birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X13 adlı övladları anadan olmuşdur. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1820/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə onun cavabdeh İddiaçı qarşı “alimentin sabit pul məbləğində tutulması tələbinə dair” iddia tələbi qismən təmin edilərək, xx.xx.2015-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X8 xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat (uşaqların hər biri üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla) aliment alınaraq ona verilməsi, xx xxx 2018ci il tarixdə anadan olmuş X13 3 (üç) yaşına çatanadək İddiaçı onun xeyrinə hər ay 50 (əlli) manat məbləğində alimentin tutulması qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-489/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onunla cavabdeh İddiaçı arasında Qəbələ rayon Tikanlı kənd X14 tərəfindən 2014-cu il oktyabr ayının 15-də qeydə alınmış 24 nömrəli nikahın pozulması, xx xxxx 2015-ci il təvəllüdlü X12 və xx xxx 2018-ci il təvəllüdlü X8 onun yanında saxlanılması qət edilmişdir. Himayəsində 2 azyaşlı övladı olan bir xanım, ali təhsilli müəllimə olaraq tək ailə başçısı olaraq o, keçmiş həyat yoldaşı İddiaçı özü və onun ailə üzvləri tərəfindən daima şiddətə məruz qalmış, gəlin getdiyi evdə evlilik müddətlərində daima ona maddi və mənəvi ziyan vurmuşlar. Əgər həqiqətən də mülki iş üzrə iddiaçı, keçmiş həyat yoldaşı İddiaçı ona ödəməli olduğu, onunla birlikdə yaşadığı dövrdə hesablanmış 3150 manat məbləğində nəğd pulu, alimenti vermişdirsə və ya birgə nikahdaykən ona və 2 azyaşlı övladlarına baxmışdırsa, onunla birgə təsərrüfat aparmışdırsa o zaman 21.04.202-ci il tarixində anası keçmiş qaynanası X2 onun barəsində Qəbələ rayon Polis Şöbəsinə rəsmi qaydada şikayət edəndə nəyə görə ödədikləri 3150 manat pul, aliment barəsində şikayət ərizəsi və ya izahatlarını verməmişdirlər. Bu barədə Qəbələ rayon Polis Şöbəsində heç bir rəsmi qaydada müraciət olunmuş ərizə və polis əməkdaşının qəbul etdiyi hər hansı bir qərar mövcud deyil. Eyni zamanda İddiaçı ona ödəməli olduğu, onunla birlikdə yaşadığları dövrdə hesablanmış 3150 manat məbləğində nəğd pulu, alimenti ödəməyi ilə bağlı və ya birgə nikahdaykən ona və 2 azyaşlı övladlarına baxmağı ilə bağlı onunla birgə mümkün sayıla bilən Qəbələ rayon icra məmuruna 2019-cu il tarixində ünvanlanmış hər hansı bir ərizə və ya hansısa bir əl yazısı, hər hansı bir qəbz və s. rəsmi sənədi məhkəməyə təqdim etməmişdir. Bu da onu göstərir ki, iddiaçının məqsədi bu günə qədər ödəməli olduğu 3150 (üç min bir yüz əlli) manat məbləğindəki alimenti ödəmədiyi üçün Qəbələ Rayon Məhkəməsinin 3(025)-197/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi il təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilməsinin qisasını ondan almaqdır. Həmçinin iddiaçının məqsədi keçmiş qaynanası X1 xx xxxxx 2020-ci il tarixində onu və azyaşlı övladı xx.xx.2015-ci il təvəllüdlü X9 vuraraq onlara bədən xəsarəti yetirdiyi üçün barəsində Qəbələ Rayon Məhkəməsinin 3(025)-180/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilməsinin qisasını ondan almaqdır. İddiaçı ona qarşı “Borclunun tələbkar ilə birgə yaşadığı müddətdə yığılmış alimentin silinməsi tələbi barədə” iddia ərizəsi yazmaqda əsas məqsədi, onun bu günə qədər ödəməli olduğu 3450 (üç min dörd yüz əlli) manatməbləğindəki alimentinməsuliyyətindən yayınması üçün, valideyinlərinin və bir neçə tamahkar şəxslərin təsiri altında yazılmış, heç bir hüquqi əsası olmayan, başdan ayağa tamamən yalan məzmunda yazılan uydurma bir iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, bu günə qədər ona ödəməli olduğu 3450 (üç min dörd yüz əlli) manatməbləğindəki alimentinhazırdakı iddia ərizəsində yalandan qeyd elədiyi 3150 manat məbləğindəki pulu məhkəmə qaydasında sildirməkdir. Hazırda toyları günü valideyinləri tərəfindən ona hədiyyə şəklində verilmiş cehiz əşyaları iddiaçının evindədir. Dəfələrlə iddiaçıya, keçmiş qaynanasına, keçmiş qaynatasına cehiz əşyalarını onların evindən çıxardıb atası evinə aparmaq istədiyini bildirəndə, onun cehiz əşyalarını qaytarmırlar, onlar onu məcbur edərək, ona hədə-qorxular gələrək bildirirlər ki, o, Qəbələ rayon İcra və Probasiya şöbəsinə getsin və İddiaçı ona bu günə qədər ödəməli olduğu 3450 (üç min dörd yüz əlli) manat məbləğindəki alimentdən yazılı şəkildə imtina etsin.Milli dəyərlərə, mentaliteə nəzər salanda inandırıcı deyil ki, azyaşlı övladı ilə qaynana tərəfindən döyülərək, bədən xəsarəti alan gəlin, qaynata evindən Polis nəzarəti altında çıxan gəlin, 2018-ci ildən boşanmaq qərarında olan gəlin, nikahdaykən aliment tələbi ilə məhkəməyə müraciət edən gəlin olduğu halda, keçmiş həyat yoldaşınla birgə təsərrüfat aparmadığı halda, “xxxxxxxxxxxx”-ın Qəbələ rayon filialından 5000 manat kredit götürüb iki azyaşlı övladlarına baxdığı halda iddaçının utanmadan ondan pul tələb etməsi utancverici bir hal olmaqla yanaşı, başdan ayağa tamamən yalandır. Bir vətəndaş, ali təhsilli müəllimə, himayəsində 2 azyaşlı oğul övladı, gələcəyin əsgərlərini böyüdən xanım, tək ana olaraq hesab edir ki, keçmiş həyat yoldaşı İddiaçı 2 azyaşlı övladlarının anası, keçmiş həyat yoldaşı, onun haqqında utanmadan, çəkinmədən, saxta, şər-böhtan xarakterli yazdığı “Borclunun tələbkar ilə birgə yaşadığı müddətdə yığılmış alimentin silinməsi tələbi barədə’' iddia ərizəsi utanverici bir hərəkətdir. O, İddiaçı ona bu günə qədər ödəmədiyi 3450 (üç min dörd yüz əlli) manat məbləğindəki alimentin tam şəkildə alınıb mənə verilməsi ilə bağlıQəbələ rayon İcra və Probasiya şöbəsinə 2 dəfə rəsmi ərizə ilə müraciət etmişdir. İddiaçı onun himayəsində 2 azyaşlı övladının olmasından, tək yaşadığından sui-istifadə edərək, qohum əqrabasının təkidi ilə, tamah məqsədi ilə özünün bu günə qədər ona ödəməli olduğu 3450 (üç min dörd yüz əlli) manat məbləğindəki alimenti hazırkı iddia ərizəsində yalandan qeyd elədiyi 3150 manat məbləğindəki pulu sildirmək niyyətindədir. İddiaçının iddia tələbini heç bir şəkildə qəbul etmir və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayon İcra və probasiya şöbəsinin nümayəndəsi X10 izahatında göstərmişdir ki, Qəbələ rayon məhkəməsinin 2(025)-1820/2018 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən xx xxx 2015-ci il tarixdə anadan olmuş X7 və xx xxx 2018-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xx xxxxxxxx 2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat (uşaqların hər bir üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla) aliment alınaraq Cavabdeh verilməsi, xx xxx 2018-ci il tarixdə anadan olmuş X13 3 (üç) yaşına çatanadək İddiaçı Cavabdeh xeyrinə hər ay 50 (əlli) manat məbləğində aliment tutulmalıdır. İcra sənədi xx.xx.2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş və xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borclunun ünvanına göndərilmişdir. İcra sənədinin icrası barədə borcluya bildiriş göndərilməsinə baxmayaraq, icra sənədi üzrə tələb tam olaraq təmin edilməmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(025)-197/2020 nömrəli qərarınə əsasən İddiaçı Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilmişdir. İddiaçı 3150 manat məbləğində yığılmış aliment borcunu əslində çox hissəsini ödədiyini, lakin ödənişi tələbkara əlbəəl verdiyindən ödəniş etməsi barədə hər hansı sübutu olmadığını bildirir. Lakin bununla bağlı şöbəyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda Cavabdeh tərəfindən də borcun ödənilməsi barədə hər hansı bir ərizə şöbəyə təqdim edilməmişdir. Əksinə Cavabdeh isə İddiaçı ona aliment ödəmədiyini, təkidlə aliment borcunun ödənilməsini tələb edir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(025)- 1820/2018 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, xx xxx 2015-ci il tarixdə anadan olmuş X7 və xx xxx 2018-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xx xxxxxxxx 2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat (uşaqların hər bir üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla) aliment alınaraq Cavabdeh verilməsi, xx xxx 2018-ci il tarixdə anadan olmuş X13 3 (üç) yaşına çatanadək İddiaçı Cavabdeh xeyrinə hər ay 50 (əlli) manat məbləğində aliment tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(025)-489/2020 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Qəbələ rayon Tikanlı kənd X14 tərəfindən 2014-cu il oktyabr ayının 15-də qeydə alınmış 24 nömrəli nikahın pozulması, xx xxxx 2015-ci il təvəllüdlü X12 və xx xxx 2018-ci il təvəllüdlü X8 iddiaçı Cavabdeh yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli 3(025)-180/2020 nömrəli qərarının surətindən görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(025)-197/2020 nömrəli qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilmişdir. İş materiallarında olan Qəbələ RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis baş leytenantı Tural Mehdizadənin xx xxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış HK-1/384 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Qəbələ rayonu Tikanlı kənd sakini X2 barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi məqsədi ilə Qəbələ RPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. İş materiallarında olan “xxxxxxxxxxxx” ASC ilə Cavabdeh qəzə (sonradan kredit müqaviləsinə uyğun müştəri) arasında bağlanan xx.xx.2019-cu il tarixli, GTKR1518765A149 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 26,4 faiz dərəcəsi ilə 5.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisinə ünvanlanmış xx xxxx 2020-ci il tarixli ərizədən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 1820/2018 saylı icra sənədi üzrə borclu İddiaçı 2019-cu ilin iyul ayından bu günə qədər ona ödəməli olduğu 3450 (üç min dörd yüz əlli) manat məbləğində pul vəsaitini, alimenti tam şəkildə ödəməsi üçün, eyni zamandaicra sənədini üzürsüz səbəbdən tam şəkildə icra etmədiyi üçün və bununla bağlı bilərəkdən, qərəzli şəkildə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini yerinə yetirmədiyi üçün, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi barədə müvafiq göstərişlər verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Tikanlı kənd X14 Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 272 nömrəli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu Tikanlı kəndində qeydiyyatda olmaqla Qəbələ rayonu Tikanlı kəndində yaşayır və ailə tərkibi həyat yoldaşı xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh, oğlu xx.xx.2015-ci il təvəllüdlü X12 və oğlu xx.xx.2018-ci il təvəllüdlü X4 ibarətdir. İş materiallarında olan ASAN-QƏBƏLƏ tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçıxx.xx.1991-ci il tarixdə Qəbələ rayonu Tikanlı kəndində doğulmuş, Qəbələ rayonu Tikanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1986-ci il tarixdə Qəbələ rayonu, Uludaş kəndində doğulmuş və Qəbələ rayonu Uludaş kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmədə iştirak edən şəxslərin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər xx xxxxxxx 2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahından xx xxxx 2015-ci il təvəllüdlü X12 və xx xxx 2018-ci il təvəllüdlü X13 adlı iki uşaqları doğulmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(025)-1820/2018 nömrəli qətnaməsindən görünür ki, xx xxx 2015-ci il tarixdə anadan olmuş X7 və xx xxx 2018-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xx xxxxxxxx 2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat (uşaqların hər bir üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla) aliment alınaraq Cavabdeh verilməsi, xx xxx 2018-ci il tarixdə anadan olmuş X13 3 (üç) yaşına çatanadək İddiaçı Cavabdeh xeyrinə hər ay 50 (əlli) manat məbləğində aliment tutulması qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(025)-489/2020 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Qəbələ rayon Tikanlı kənd X14 tərəfindən 2014-cu il oktyabr ayının 15-də qeydə alınmış 24 nömrəli nikahın pozulması, xx xxxx 2015-ci il təvəllüdlü X12 və xx xxx 2018-ci il təvəllüdlü X8 iddiaçı Cavabdeh yanında saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı iddia ərizəsində Qəbələ Rayon Məhkəməsinin 2(025)-1820/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən hər uşağın saxlanılması üçün 125 manat, cəmi 250 manat alimentin ödənilməsi qət edildiyini, daha sonra 2019-cu ilin iyul ayının 20-də cavabdehlə barışdıqlarını, sonradan Cavabdeh qayıdıb uşaqlarla birlikdə onun evinə gəldiyini, bundan sonra xx xxxxx 2020-ci il tarixədək birgə yaşadıqlarını və birgə təsərrüfat apardıqlarını, onların xx xxxx 2019-cu il tarixdən xx xxxxx 2020-ci il tarixədək birgə yaşamaqlarını və birgə təsərrüfat aparmaqlarının nəzərə alınmasını, bu səbəbdən həmin dövr üçün hesablanmış 3150 manat aliment borcunun silinməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək göstərmişdir ki, İddiaçı ona qarşı yazdığı “Borclunun tələbkar ilə birgə yaşadığı müddətdə yığılmış alimentin silinməsi tələbi barədə” iddia ərizəsi başdan ayağa tamamən yalan məzmunda yazılmış, şər-böhtan xarakterli, qanunsuz və əsassızdır. Əgər həqiqətən də İddiaçı ona ödəməli olduğu, onunla birlikdə yaşadığı dövrdə hesablanmış 3150 manat məbləğində nəğd pulu, alimenti vermişdirsə və ya birgə nikahdaykən ona və 2 azyaşlı övladlarına baxmışdırsa, onunla birgə təsərrüfat aparmışdırsa o zaman 21.04.202-ci il tarixində iddiaçının anası, keçmiş qaynanası X2 onun barəsində Qəbələ rayon Polis Şöbəsinə rəsmi qaydada şikayət edəndə 3150 manat pul, aliment barəsində şikayət ərizəsi və ya izahatlarını verməmişlər. Eyni zamanda İddiaçı ona ödəməli olduğu, onunla birlikdə yaşadıqları dövrdə hesablanmış 3150 manat məbləğində nəğd pulu, alimenti ödəməyi ilə bağlı və ya birgə nikahda olarkən ona və 2 azyaşlı övladlarına baxmağı ilə bağlı onunla birgə mümkün sayıla bilən Qəbələ rayon icra məmuruna 2019-cu il tarixində ünvanlanmış hər hansı bir ərizə və ya hansısa bir əl yazısı, hər hansı bir qəbz və s. rəsmi sənədi məhkəməyə təqdim etməmişdir. Əksinə olaraq o, xxxxxxxxxxxx”-ın Qəbələ rayon filialından 5000 manat kredit götürüb iki azyaşlı övladlarına baxmışdır. Bu səbəbdən iddia tələbinin rədd edilməsini göstərmişdir. Məhkəmə tərəflərin dəlillərinə işin faktiki halları və məhkəmə iclasında tədqiq edilmiş mövcud sübutlarla əlaqəli şəkildə qiymət verərək qeyd edir ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(025)-1820/2018 nömrəli qətnaməsindən görünür ki, xx xxx 2015-ci il tarixdə anadan olmuş X7 və xx xxx 2018-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xx xxxxxxxx 2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat (uşaqların hər bir üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla) aliment alınaraq Cavabdeh verilməsi, xx xxx 2018-ci il tarixdə anadan olmuş X13 3 (üç) yaşına çatanadək İddiaçı Cavabdeh xeyrinə hər ay 50 (əlli) manat məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı cavabdehin uşaqlarla birlikdə onun evinə gəldiyini, bundan sonra xx xxxxx 2020-ci il tarixədək birgə yaşadıqlarını və birgə təsərrüfat apardıqlarını, onların xx xxxx 2019-cu il tarixdən xx xxxxx 2020-ci il tarixədək birgə yaşamaqlarını və birgə təsərrüfat aparmaqlarının nəzərə alınmasını, bu səbəbdən həmin dövr üçün hesablanmış 3150 manat aliment borcunun silinməsini xahiş etsə də, iddiaçı iddia tələbi ilə bağlı nə iddia ərizəsinə hər hansı sübut əlavə etmiş, nə də məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etmişdir. İddiaçı iddia ərizəsində, həmçinin izahatında mübahisələndirdiyi dövr ərzində cavabdehlə barışaraq, birgə yaşadıqlarına, birgə təsərrüfat apardıqlarına, ailəsinə öz maddi hesabına baxdığına istinad etsə də, onun dəlilini təsdiq edəcək heç bir sənəd və yaxud da şahid ifadəsini məhkəməyə təqdim etməmişdir. Əksinə, Cavabdeh izahatında iddiaçı ilə uşaqları olduğu üçün barışdığını, iddiaçının göstərdiyi müddət ərzində birgə yaşadıqlarını təsdiq etmiş, lakin iddiaçının evə, ailəyə baxmadığını, buna görə yenidən faktiki olaraq ayrıldıqlarını, birgə yaşadıqları həmin dövrdə uşaqlarına baxması üçün “xxxxxxxxxxxx” ASC-dən kredit götürdüyünü göstərmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçı Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(025)-197/2020 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilmişdir. Həmçinin həmin qərarda olan izahatından görünür ki, onun 3150 manat məbləğində deyil, daha az aliment borcu olduğunu, Cavabdeh onunla bir evdə yaşadığını, bu səbəbdən aliment borcunu rəsmi formada deyil, əlbəəl verdiyini, Cavabdeh isə hal-hazırda ona aliment ödəməsini etiraf etmədiyini və onun alimenti ödəməsi barədə başqa sübutu olmadığını bildirmiş və sözü gedən qərarı mübahisələndirməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübutla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. İddiaçı cavabdehə borcunu qaytarmasını və bununla da iddia tələbini əsaslandıra bilməyib, bununla bağlı heç bir sübut (aliment borcunun qəbuluna dair iddiaçının yazdığı qəbz, pulun (banderolun) iddiaçının yaşadığı ünvana göndərilməsi barədə poçt qəbzi və s.) təqim etməmişdir. İddiaçının cavabdehin xx xxxx 2019-cu il tarixdən xx xxxxx 2020-ci il tarixədək birgə yaşamalarını iddia etməsi, cavabdehin həmin müddətdə birgə yaşamalarını etiraf etməsi, iddiaçının aliment borcunun ödəməsini sübuta yetirmir və bu hal iddianın təmin edilməsi üçün əsas ola bilməz. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından, sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulduğundan məhkəmə İddiaçı iddia tələbini üzərinə götürdüyü öhdəliyin lazımi qaydada icra olunmamasına görə mülki və inzibati məsuliyyətdən yayınmaq məqsədi daşıdığı kimi qiymətləndirərək iddiaçının iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsümü İddiaçı aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “alimentin silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-841/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-841/2020
20.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver