Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-843/2020 25.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın tələb edilməsi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın tələb edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3109 №-li alqı-satqı müqaviləsinin ləğv edilməsinə, 1 (bir) JAC T6 MT markalı, 2018-ci buraxılış ili, tipi pikap, rəngi ağ, dövlət qeydiyyat nişanı ** PD *** olan minik avtomaşını Cavabdeh1 geri alınıb İddiaçı MMC-yə təhvil verilməsinə, həmin müqaviləyə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 7832 (yeddi min səkkiz yüz otuz iki) manat 8 ay üzrə əsas borc, həmin ziyanın ödənilmədiyi hər gecikdirilən günə görə hesablanmış cərimə aylıq ödəniş məbləğin 1 % miqdarında 30 (otuz) günə görə 293 (iki yüz doxsan üç) manat, qalan 210 günə görə gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2% 4111 (dörd min yüz on bir) manat (240 günə görə 44 manat cərimə borcu) cəmi: 12236 (on iki min iki yüz otuz altı) manat; İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3005 №-li alqı-satqı müqaviləsinin ləğv edilməsinə, 1 (bir) Changan Alsvin V7 AT markalı, 2018-ci buraxılış ili, tipi sedan, rəngi gümüşü, dövlət qeydiyyat nişanı ** PC *** olan minik avtomaşını Cavabdeh1 geri alınıb '”İddiaçı” MMC-yə təhvil verilməsinə, həmin müqaviləyə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 3843 (üç min səkkiz yüz qırx üç) manat 7 ay üzrə əsas borc, həmin ziyanın ödənilmədiyi hər gecikdirilən günə görə hesablanmış cərimə aylıq ödəniş məbləğin 1 % miqdarında 30 (otuz) günə görə 164 (yüz altmış dörd) manat, qalan 180 günə gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2% 1976 (bir min doqquz yüz yetmiş altı) manat (210 günə görə 2140 manat cərimə borca) cəmi: 5983 (beş min doqquz yüz səksən üç) manat; İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli 3170 №-li alqı-satqı müqaviləsinin ləğv edilməsinə, 1 (bir) JAC T6 MT markalı, 2018-ci buraxılış ili, tipi pikap, rəngi ağ, dövlət qeydiyyat nişanı ** PH *** olan minik avtomaşını Cavabdeh2 geri alınıb İddiaçı MMC-yə təhvil verilməsinə, həmin müqaviləyə görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6120 (altı min yüz iyirmi) manat 5 ay üzrə əsas borc, həmin ziyanın ödənilmədiyi hər gecikdirilən günə görə hesablanmış cərimə aylıq ödəniş məbləğin 1 % miqdarında 30 (otuz) günə görə 367 (üç yüz altmış yeddi) manat, qalan 120 günə görə gecikdirilmiş hər günə gecikmə məbləğinin 2% 2937 (iki min doqquz yüz otuz yeddi) manat ( 150 günə görə 3304 manat cərimə borcu) cəmi: 9424 (doqquz min dörd yüz iyirmi dörd) manat məhkəməyə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub İddiaçı MMC ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin direktoru Coşkun Mehmet xx.xx.2020-ci il tarixdə məhkəməyə poçt vasitəsilə ərizə göndərərək, mülki işin baxılmamış saxlanılmasını və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın tələb edilməsi” barədəiddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-843/2020
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-843/2020
25.09.2020 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver