Məhkəmə qərarları › İş №2(025)-876/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-876/2020

26.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-876/2020 26.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2012-ci il təvəllüdlü İbrahimli Fatimə Röyal qızı və xx xxxxxxx 2015-ci il təvəllüdlü İbrahimov Elcan Röyal oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər biri üçün hər ay 170 (bir yüz yetmiş) manat, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə Qəbələ rayon X3 Ərazi Nümayəndəliyində nikaha daxil olaraq evlənmişlər. Cavabdehlə birgə nikahlarından xx xxxx 2012-ci il təvəllüdlü İbrahimli Fatimə Röyal qızı və xx xxxxxxx 2015-ci il təvəllüdlü İbrahimov Elcan Röyal oğlu anadan olmuşdur. Ailə qurduğları ilk günlər münasibətləri normal olmuş, aralarında heç bir narazılıq olmamışdır. Hazırda münasibətləri pozulmuş, xasiyyətləri uyğun gəlməmiş, tez-tez ailədə söz-söhbət və mübahisələr baş vermişdir. Bütün yaranan söz-söhbətlərin səbəbi kimi ərinin anasının onların ailə məsələlərinə müdaxilə etməsidir. Ona görə də hal-hazırda o, cavabdeh ilə birlikdə yaşamır. Uşaqları onun himayəsindədir və onların maddi təminatı ilə maraqlanmır, fərdi işlərdə işləyərək pul qazanmasına baxmayaraq qazancını içkiyə, siqaretə, yeyib-içki məclislərinə xərcləyir. Uşaqların saxlanılması üçün yeməyə, geyimə, müalicəyə və digər ehtiyaclara tələbatı yaranmışdır. Onun təkbaşına onları böyütmək üçün müvafiq xərclərini ödəməsi mümkün deyildir. Belə ki, o heç bir yerdə işləmir və azyaşlı uşaqlarına baxır. Uşaqlarının təminatına valideynləri az da olsa köməklik edirlər. Hesab edir ki, cavabdehin uşaqları saxlaması üçün hər birinə görə hər ay 170 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanı çatır. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, iddiaçı ilə barışmağa cəhd etmiş, lakin barışıq alınmamışdır. Uşaqları üçün aliment ödəməsinin bir valideyn kimi borcu olduğunu bilir və məsuliyyətini dərk edir. Lakin hal-hazırda rəsmi heç bir yerdə işləmir. Bu səbəbdən hər ay 320 manat məbləğində aliment ödəməyə maddi imkanı çatmır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan SƏYYAR ASAN 10 tərəfindən verilmiş AZE seriyalı, 12624984 №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İbrahimov Elcan Röyal oğluxx.xx.2015-ci il tarixdə Qəbələ şəhərində doğulmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan SƏYYAR ASAN 10 tərəfindən verilmiş AZE seriyalı, 12624983 №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İbrahimli Fatimə Röyal qızı xx.xx.2012-ci il tarixdə Qaxşəhərində doğulmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Qəbələ rayonu Çuxur Qəbələ kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, l-AZ seriyalı, 564336 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 05fevral 2010cu il tarixində X1 ilə rəsmi nikaha girmiş və bu barədə Qəbələ rayon Çuxur Qəbələ kənd İ.Ə.N tərəfindən 02 nömrə ilə nikah qeydi aparılmışdır. Nikah bağlandıqdan sonra ərə İbrahimov, arvada İbrahimova soyadı verilmişdir. İş materiallarında olanAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu Çuxur Qəbələ kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə Qəbələ rayonu Çuxur Qəbələ kəndində doğulmuş və Qəbələ rayonu Çuxur Qəbələ kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmədə tərəfin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər 05fevral 2010-cu il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından xx xxxx 2012-ci il təvəllüdlü İbrahimli Fatimə Röyal qızı və xx xxxxxxx 2015-ci il təvəllüdlü İbrahimov Elcan Röyal oğlu adlı uşaqları doğulmuşdur, tərəflər arasındakı nikah rəsmi qaydada pozulmamış, tərəflərin birgə nikahından anadan olmuş uşaqları ananın yanındadır. İddiaçı iddia ərizəsində uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində olmaqla, iki uşağa görə ayda 340 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Cavabdeh isə aliment ödəməyə etiraz etmədiyini, lakin hər uşağa görə 170 manat aliment ödəməyə imkanı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2020-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə xx xxxx 2012-ci il təvəllüdlü İbrahimli Fatimə Röyal qızı və xx xxxxxxx 2015-ci il təvəllüdlü İbrahimov Elcan Röyal oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə ayrı-ayrılıqda sabit pul məbləğində 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir və təmin edilməsi qənaətinə gəlir. Məhkəmə belə qənaətə gələrkən cavabdehin rəsmi işinin olmamasını, iddiaçının cavabdehin hər ay 320 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini, övladlara baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2020-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə tərəfin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, xx xxxx 2012-ci il təvəllüdlü İbrahimli Fatimə Röyal qızı və xx xxxxxxx 2015-ci il təvəllüdlü İbrahimov Elcan Röyal oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, xx xxxx 2012-ci il təvəllüdlü İbrahimli Fatimə Röyal qızı və xx xxxxxxx 2015-ci il təvəllüdlü İbrahimov Elcan Röyal oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar