Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-878/2020 28.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,xx xxxxxx 2014-cü il təvəllüdlü X7 və xx xxxxxx 2017-ci il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanılması üçün hər ay olmaqla, hər uşağın saxlanılması üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxx 2013-cü il tarixdə Qəbələ rayon Qeydiyyat şöbəsində saxlanılan akt qeydləri kitabında 114 nömrə ilə qeyd etdirərək rəsmi nikah bağlamışdır. Birgə nikahlarından xx xxxxxx 2014-cü il təvəllüdlü X7 və xx xxxxxx 2017-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra bir neçə il mehriban yaşamışlar. Xeyli vaxtdır ki, cavabdeh ailəyə baxmır, qazancını evə gətirmir, yüngül həyat tərzi keçirən qadınlarla vaxtını keçirir, qazancını bu kimi əyləncələrə xərcləyir. Evdə tez-tez dava-dalaş salır, ona şiddət göstərir, ailədaxili zorakılığa məruz qalır. Uşaqlara verməyə ərzaq, geyim və digər məişət ləvazımatı tapmır. Uşaqların ehtiyaclarını ödəmir, onlarla vaxt keçirmir, onların təlimtərbiyyəsi ilə məşğul olmur, bir sözlə uşaqlara baxmaqdan və ona maddi yardım göstərməkdən boyun qaçırır. O isə məktəbdə sinif müəllimi işləyir və iki azyaşlı övladına baxmaqla məşğul olur. Lakin əmək haqqını Vüqarın onun adına götürüb özünə avtomobil aldığı kredit ödənişinə verir. Belə ki, Vüqar onun əmək haqqının olmasını bankda qeyd etdirərək, onun adına kredit almış, həmin kreditə avtomobil almış, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur, lakin qazancını gətirmir. Vüqarın ona göstərdiyi hörmətsizliyə, zorakılığa və uşaqlara baxmaq üçün maddi yardım göstərmədiyinə görə məcbur olub xx xxxx 2020-ci il tarixdən onun yanından çıxıb valideyinlərinin yaşadığı evə gəlmişdir. Burada da uşaqlara baxmaqda maddi cəhətdən əziyyət çəkir. Ona verilən əmək haqqı yuxarıda göstərdiyi kreditə tutulur. Heç yerdən digər qazancı yoxdur. Cavabdeh isə uşaqlara baxmaq üçün maddi yardım göstərmək istəmir. Ona görə də, uşaqların saxlanılması üçün cavabdehdən məcburi qaydada aliment tutulması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin gəlirləri kifayət qədər yüksək olsa da qeyri-müntəzəmdir. Hal-hazırda Azərbaycan Avtomobil X1 iş yeri vardır, rəsmi əmək haqqı alır, lakin məbləği ona bəlli deyildir. Bundan başqa cavabdeh rəsmi lisenziya almadan fərdi taksi fəaliyyəti ilə məşqul olur, onun həyətyanı sahəsi, pay torpaq sahəsi və kifayət qədər digər qazancları da vardır. Bu səbəblərdən hesab edir ki, ondan tutulmalı aliment sabit pul məbləği kimi, hər uşağın saxlanılması üçün 170 manat, cəmi 340 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkilqeyd olunanlara uyğun izahat verib, eyni zamanda göstərdi ki, tərəflər arasında nikah pozulmamışdır, lakin iddiaçı hal-hazırda valideynlərinin yanında yaşayır. İddiaçı özləri evdən çıxarıblar. İddiaçının adına 5000 manat kredit götürərək cavabdeh özünə maşın almış və bu səbəbdən iddiaçının aldığı əmək haqqı həmin kredit ödənişi üçün bank tərəfindən tutulmaqdadır. Cavabdehin rəsmi əməkhaqqı vardır və bundan əlavə olaraq taksi fəaliyyəti ilə məşğul olur və təsərrüfatıda vardır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, uşaqlarına baxmaqdan və aliment ödəməkdən imtina etmir. Lakin rəsmi iş yeri var və əməkhaqqı 494 manatdır. Taksi fəaliyyəti ilə müntəzəm məşğul olmur. Həmçinin iddiaçının iddia etdiyi kimi təsərrüfatı yoxdur və təsərrüfat atasına məxsusdur. Bu səbəbdən aliment təyin edilərkən onun ödəmək imkanın nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsinivə cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013cü il tarixli, AZ-İ seriyalı, 868825 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 xx xxxxxx 2013-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 114 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Seyidov, arvada Seyidova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İİİ seriyalı, 383060 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü ildə 626 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ Regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İİİ seriyalı, 866641 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci ildə 54 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X10 yerinə dair arayışdan görünür ki, Cavabdeh “xxxxxxxxxxxxx” ASC “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də mütəxəssis vəzifəsində işləyir və aylıq əmək haqqı 494 manatdır. İş materiallarında olanQəbələ rayon İcra Hakimiyyəti Qəbələ şəhər X11 üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1239 saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 mənzil 64 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdehxx.xx.1988-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmədə tərəfin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər 23avqust 2013-cü il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından xx xxxxxx 2014-cü il təvəllüdlü X7 və xx xxxxxx 2017-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur, tərəflər arasındakı nikah rəsmi qaydada pozulmamış, tərəflərin birgə nikahından anadan olmuş uşaqları ananın yanındadır. İddiaçı iddia ərizəsində uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində olmaqla, iki uşağa görə ayda 340 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Cavabdeh isə aliment ödəməyə etiraz etmədiyini, lakin hər uşağa görə 170 manat aliment ödəməyə imkanı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2020-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə xx xxxxxx 2014-cü il təvəllüdlü X7 və xx xxxxxx 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə ayrı-ayrılıqda sabit pul məbləğində 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir və təmin edilməsi qənaətinə gəlir. Məhkəmə belə qənaətə gələrkən cavabdehin rəsmi əmək haqqının 470 manat olmasını, iddiaçının cavabdehin hər ay 340 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini, övladlara baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2020-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə tərəfin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, xx xxxxxx 2014-cü il təvəllüdlü X7 və xx xxxxxx 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində, hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, xx xxxxxx 2014-cü il təvəllüdlü X7 və xx xxxxxx 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində, hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-878/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-878/2020
28.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver