Məhkəmə qərarları › İş №2(025)-910/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-910/2023

27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-910/2023 27.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ ərazi idarəsinə və Qəbələ Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğv edilməsi mübahisələri) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçılar İddiaçı1 (eyni zamanda iddiaçılar İddiaçı6, İddiaçı7, İddiaçı8 nümayəndəsi), İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ ərazi idarəsinə və Qəbələ Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ ərazi idarəsinə və Qəbələ Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Dövlət Notariat Kontorunda "xxxx" MMC (X8) ilə İddiaçı1 arasında Qəbələ rayon dövlət notariat kontorunda (notarius Elxan Alxasov) bağlanmış 02 mart 2006-ci il tarixli, 4Ə-1204 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab olunması və həmin alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nin adına rəsmiləşdirilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 13 saylı qərarı ilə onlara yəni İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı7, İddiaçı6 və İddiaçı8 Qəbələ rayonu ərazisindən 3,87 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsinə görə JN-0056, KOD 40604048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. 2019-cu ildə mülkiyyətinə JN-0056, KOD 40604048 saylı Dövlət Aktına əsasən verilmiş 3,87 ha torpaq sahəsini Qəbələ rayon Qaradeyin kənd sakini X2 qərarına gəlmişdir. Bunun üçün Qəbələ rayon Qaradeyin kənd sakini X4 xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi hissə-hissə olmaqla ümumilikdə 5120 (beş min bir yüz iyirmi) manat pul almaq qərarına gəlmişdir. Həmin pulla məqsədi torpaq sahəsinə çıxarış alaraq torpaq sahəsini Aqşin Mehrəliyevin adına keçirmək olmuşdur. Lakin sonradan ona və ailə üzvlərinə məlum olmuşdur ki, Qəbələ rayonu ərazisindən 3,87 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsinə görə verilmiş JN-0056, KOD 40604048 saylı X17-Türyançay zonasına aid 3,87 ha torpaq sahəsini onların razılığı olmadan Qəbələ rayon dövlət notariat kontorunda (notarius Elxan Alxasov) "xxxx" MMC-yə (etibarnamə üzrə nümayəndəsi X8) 1548 (bir min beş yüz qırx səkkiz) manata alqı-satqı müqaviləsi bağlayaraq satmışdır.Nəticədə barəsində AR CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 1(025)-10/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Qeyd edir ki, onun və ailə üzvlərinin mülkiyyətinə JN-0056, KOD 40604048 saylı Torpağa Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən verilmiş 3,87 ha torpaq sahəsinin "xxxx" MMC-yə satılmasından onun xəbəri olmamışdır. Belə ki, həmin torpaq sahəsinin "xxxx" MMC-yə satılmasına dair alqı-satqı müqaviləsi 02 mart 2006-cı il tarixdə bağlanmışdır. Lakin o, həmin vaxt həbsdə olmuşdur. Qəbələ Rayon Məhkəməsinin 1-61/2004 nömrəli, 07 dekabr 2004-cü tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə, 237.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Göründüyü kimi alqı-satqı müqaviləsi bağlanan zaman həbsdə olmuş və müqavilənin onun tərəfindən bağlanmamasının sübutudur. (Qəbələ Ravon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(025)-10/2022 nömrəli hökmündə göstərilmişdir ki. “isdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Qəbələ Ravon Məhkəməsinin 1-61/2004 nömrəli, 07 dekabr 2004-cü tarixli hökmündən görünür ki, İddiaçı1 Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə, 237.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza 3 (üc) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir”.) Həmin vaxt sözügedən torpaqda olan pay sahiblərindən yalnız İddiaçı4 yetkinlik yaşına çatmışdır ki, onun da alqı-satqı müqaviləsi bağlanarkən iştirakı təmin edilməmişdir. Göründüyü kimi mülkiyyətində olan torpaq sahəsinin alqı-satqısına dair müqavilə 02 mart 2006-cı ildə onun adından bağlanmışdır ki, həmin vaxt həbsdə olmuşdur. Eyni zamanda məhkəmənin əlavə olaraq diqqətinə çatdırır ki, barəsində olan cinayət işinin istintaqı zamanı məhkəmə xətşünaslıq ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2022- ci il tarixli, 4/491 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, X5 adına olan 02 mart 2006-cı il tarixli müqavilənin kserosurətinin aşağı hissəsində “İMZALAR: 1” qrafasında əks olunmuş “Əbülqasımova Turac” yazıları və imza - X10 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş İddiaçı1 adına olan 02 mart 2006-cı il tarixli müqavilənin kserosurətinin aşağı hissəsində “İMZALAR:1” qrafasında əks olunmuş“Əbdülqasımov Adil” yazıları və imza - İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 3. Ekspertizaya təqdim edilmiş, İddiaçı1 adına olan 02 mart 2006-ci il tarixli müqavilənin kserosurətinin aşağı hissəsində ‘İMZALAR: 1” qrafasında əks olunmuş “Əbdülqasım Adil” yazıları və imza- İddiaçı2 tərəfindən yox,başqa şəxs tərəfindən icra olunmuşdur.Göründüyü kimi ekspert rəyində də, müqavilələrdə ki, imzaların onlara məxsus olmadığı müəyyən olunmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(025)-10/2022 nömrəli hökmündə göstərilmişdir ki, “İş materiallarında olan 30 aprel 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs İddiaçı1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə, İddiaçı6 Adi! oğlu barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə, zərərçəkmiş şəxs X9 barəsində AR CM-nin 134-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, həmçinin İddiaçı1 məxsus sonuncunun anası Turac Əbülqasımovaya məxsus torpaq sahəsinin alqı-satqıya dair sənədləri saxtalaşdırılmaqla Gilan MMC-nin mülkiyyətinə qeyri-qanuni yolla keçirilməsi ilə bağlı Qəbələ rayon notariat kontorunun sabiq notariusu vəzifəsində işləmiş X11, həmçinin həmin torpaq sahələrinin alqı-satqısında “Gilan MMC” tərəfdən iştirak etmiş vəzifəli şəxs və ya şəxslərin əməllərində cinayət tərkibibnin əlamətlərinin olmasına baxmayaraq həmin əməllərə görə məsuliyyətə cəlb etmə müddəti keçdiyindən qeyd olunan xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmişdir.” Göründüyü kimi “sübutların qiymətləndirilməsi haqqında” qərar ilə torpaq sahələrinin onların icazəsi olmadan saxtasdırılaraq satıldığı, həmin əməlləri törətmiş şəxslərin isə əməlində cinayət tərkibinin olması göstərilmişdir. Bundan əlavə məhkəmənin diqqətinə çatdırır ki, mərhum anası X5 mülkiyyətinə verilmiş 0,66 ha torpaq sahəsi də "xxxx" MMC tərəfindən guya alqı-satqı əsasında alınmışdır. İddia ərizəsinə əlavə etdiyi “ölüm haqqında şəhadətanmə”nin surətindən görünür ki, X7 17 fevral 2000-ci ildə vəfat etmişdir. Alqı-satqı satqı müqaviləsinin 02 mart 2006- cı il tarixdə bağlandığını nəzərə alınarsa, bu hal da göstərir ki, həmin müqavilə Turac Əbülqasımova tərəfindən imzalanmamışdır. Bütün bu hallar onu göstərir ki, "xxxx" MMC saxta şəkildə mülkiyyətimizdə olan torpaq sahələrini adlarına keçirmişdir. Ona görə də pozulmuş mülkiyyət hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, "xxxx" MMC-nin qanunsuz hərəkətləri nəticəsində 8 nəfərlik ailə mülkiyyətində olan torpaq sahəsindən məhrum olmuşdur. Torpaq isə onların dolanışıq yeridir. Təəssüf ki, mülkiyyətlərindən qanunsuz olaraq məhrum olmuşlar. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı1 (eyni zamanda iddiaçılar İddiaçı6, İddiaçı7, İddiaçı8 nümayəndəsi) iddia tələbində qaldığını bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia tələbində qaldığını bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı3 iddia tələbində qaldığını bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı4 iddia tələbində qaldığını bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı5 iddia tələbində qaldığını bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq iddiaçılar bildirmişlər ki, alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə riayət olunmadan bağlansa da, alqı-satqı barədə məlumatları olmuş və torpağın satılması müqabilində 2100 ABŞ dolları cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınmışdır. Cavabdeh Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu Bəylər Məmişov 17 iyul 2023-cü il tarixdə məhkəməyə ünvanladığı 2940 saylı məktubunda məhkəmənin icraatında olan 2(025)-910/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixdə saat 12.00-a təyin edilmiş məhkəmə iclasının Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsinin olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Gilan” Məhdud Məsuliyyətli Cəmiyyətinin, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ ərazi idarəsinin nümayəndələri məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə məhkəmə işə cavabdehlər Gilan” Məhdud Məsuliyyətli Cəmiyyətinin, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ ərazi idarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarına əsasən “Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətlərini müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.” “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarına əsasən hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə tərəflərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan JN-0056, kod 40604048 saylı “Torpağa mülkiyyət hüququna dair“ Dövlət Aktı əsasında və Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 13 saylı qərarı ilə onlara, yəni İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı7, İddiaçı6 və İddiaçı8 mülkiyyətinə Qəbələ rayonu ərazisindən 3,87 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsi verilmişdir. İşdə olan 02 mart 2006-cı il tarixdə Qəbələ rayon dövlət notarian kontorunda reyestrdə 4Ə-1205 nömrə ilə qeydə alınmış, X7 ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin surətindən görünür ki, həmin müqavilə ilə X3 rayonu Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 13 saylı qərarı və JN-0056, kod 40604048 saylı “Torpağa mülkiyyət hüququna dair“ Dövlət Aktı əsasında mülkiyyətində olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin 902 saylı arayışına görə normativ qiymət olaraq 1014,38 manat təşkil edən, Qanıx-Türyançay ərazisində olan 0,66 hektar torpaq sahəsini 264 manata qiymətləndirməklə "xxxx" MMC-yə satmışdır. İşdə olan 02 mart 2006-cı il tarixdə Qəbələ rayon dövlət notarian kontorunda reyestrdə 4Ə-1204 nömrə ilə qeydə alınmış, İddiaçı1 ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin surətindən görünür ki, həmin müqavilə ilə İddiaçı1 Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 13 saylı qərarı və JN-0056, kod 40604048 saylı “Torpağa mülkiyyət hüququna dair“ Dövlət Aktı əsasında mülkiyyətində olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin 903 saylı arayışına görə normativ qiymət olaraq 5958,32 manat təşkil edən, Qanıx- Türyançay ərazisində olan 3,87 hektar torpaq sahəsini 1548 manata qiymətləndirməklə "xxxx" MMC-yə satmışdır. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2008ci il tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəsi olan Seriya MH ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlər reyestrindən Çıxarışın surətindən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində Qəbələ rayonu Çarxana kəndində 1.98812 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 155 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2008ci il tarixli, ********** qeydiyyat nömrəli, **********16 reyestr nömrəsi olan Seriya MH ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlər reyestrindən Çıxarışın surətindən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində Qəbələ rayonu Çarxana kəndində 2.53658 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 154 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 1(025)-10/2022 saylı hökmün surətindən görünür ki, İddiaçı1 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən təqsirli bilinib ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Onun 29 noyabr 2021-ci il tarixdən 01 dekabr 2021-ci il tarixədək və 28 yamvar 2022-ci il tarixdə həbsdə saxlandığı 3 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 il 11 ay 24 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Qəbələ Ravon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(025)-10/2022 nömrəli hökmündə göstərilmişdir ki. “isdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Qəbələ Ravon Məhkəməsinin 1-61/2004 nömrəli, 07 dekabr 2004-cü tarixli hökmündən görünür ki, İddiaçı1 Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə, 237.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza 3 (üc) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir”. Hökmdə həm də qeyd edilmişdir ki, “İş materiallarında olan 30 aprel 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs İddiaçı1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə, İddiaçı6 Adi! oğlu barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə, zərərçəkmiş şəxs X9 barəsində AR CM-nin 134-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, həmçinin İddiaçı1 məxsus sonuncunun anası Turac Əbülqasımovaya məxsus torpaq sahəsinin alqı-satqıya dair sənədləri saxtalaşdırılmaqla Gilan MMC-nin mülkiyyətinə qeyri-qanuni yolla keçirilməsi ilə bağlı Qəbələ rayon notariat kontorunun sabiq notariusu vəzifəsində işləmiş X11, həmçinin həmin torpaq sahələrinin alqı-satqısında “Gilan MMC” tərəfdən iştirak etmiş vəzifəli şəxs və ya şəxslərin əməllərində cinayət tərkibibnin əlamətlərinin olmasına baxmayaraq həmin əməllərə görə məsuliyyətə cəlb etmə müddəti keçdiyindən qeyd olunan xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmişdir”. Həmçinin qeyd olunan hökmdə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrindən müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin satılması barədə iddiaçıların məlumatları olmuş və torpağın satılması müqabilində "xxxx" MMC tərəfindən 2100 ABŞ dolları ödənilmişdir. İşdə olan Qəbələ rayon VVADQ şöbəsinin 18 fevral 2000-ci il tarixdə verdiyi AZ-056997 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 17 fevral 2000-ci il tarixdə “ürək qandamarı çatmamazlı”ğından vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2022-ci il tarixli 4/491 saylı ekspert rəyinin tədqiqatın nəticəsi hissəsindən görünür ki ekspertizaya təqdim edilmiş, X5 adına olan 02 mart 2006-cı il tarixli müqavilənin kserosurətinin aşağı hissəsində “İMZALAR: 1” qrafasında əks olunmuş “Əbülqasımova Turac” yazıları və imza - X10 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş İddiaçı1 adına olan 02 mart 2006-cı il tarixli müqavilənin kserosurətinin aşağı hissəsində “imzalar : 1” qrafasında əks olunmuş “Əbdülqasımov Adil” yazıları və imza - İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 3. Ekspertizaya təqdim edilmiş, İddiaçı1 adına olan 02 mart 2006-ci il tarixli müqavilənin kserosurətinin aşağı hissəsində ‘İMZALAR: 1” qrafasında əks olunmuş “Əbdülqasım Adil” yazıları və imza- İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı, işin mövcud halları ilə müəyyən olunmuşdur ki, JN- 0056, kod 40604048 saylı “Torpağa mülkiyyət hüququna dair“ Dövlət Aktı əsasında və Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 13 saylı qərarı ilə onlara, yəni İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı7, İddiaçı6 və İddiaçı8 mülkiyyətinə Qəbələ rayonu ərazisindən 3,87 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsi verilmişdir. 02 mart 2006-cı il tarixdə Qəbələ rayon dövlət notariat kontorunda reyestrdə 4Ə-1204 nömrə ilə qeydə alınmış və İddiaçı1 ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 13 saylı qərarı və JN-0056, kod 40604048 saylı “Torpağa mülkiyyət hüququna dair“ Dövlət Aktı əsasında mülkiyyətində olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin 903 saylı arayışına görə normativ qiymət olaraq 5958,32 manat təşkil edən, Qanıx-Türyançay ərazisində olan 0,3,87 hektar torpaq sahəsi 1548 manata qiymətləndirməklə "xxxx" MMC-yə satılmışdır. İddiaçı 2019-cu ildə mülkiyyətinə verilmiş 3,87 ha torpaq sahəsini Qəbələ rayon Qaradeyin kənd sakini X1 qərarlaşdırmış və bu məqsədlə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi hissə-hissə olmaqla sonuncudan ümumilikdə 5120 (beş min bir yüz iyirmi) manat pul almışdır. O, həmin pulla sahəsinə çıxarış alaraq torpaq sahəsini Aqşin Mehrəliyevin adına keçirmək istəmişdir. Lakin sonradan ona və ailə üzvlərinə məlum olmuşdur ki, X17-Türyançay zonasına aid 3,87 ha torpaq sahəsini onların razılığı olmadan Qəbələ rayon dövlət notariat kontorunda (notarius Elxan Alxasov) "xxxx" MMC-yə (etibarnamə üzrə nümayəndəsi X8) 1548 (bir min beş yüz qırx səkkiz) manata alqısatqı müqaviləsi bağlayaraq satmışdır. Buna görə də barəsində AR CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(025)-10/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsi 02 mart 2006-cı il tarixdə bağlanan zaman iddiaçı həbsdə olmuşdur. O, Qəbələ Rayon Məhkəməsinin 1-61/2004 nömrəli, 07 dekabr 2004-cü tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-və 237.1-ci maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Müqavilə bağlanan vaxt sözügedən torpaqda olan pay sahiblərindən yalnız İddiaçı4 yetkinlik yaşına çatmışdır ki, onun da alqı-satqı müqaviləsi bağlanarkən iştirakı təmin edilməmişdir. Cinayət işinin istintaqı zamanı məhkəmə xətşünaslıq ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2022- ci il tarixli, 4/491 nömrəli rəyindən məlum olur ki, ekspertizaya təqdim edilmiş, İddiaçı1 adına olan 02 mart 2006-cı il tarixli müqavilənin kserosurətinin aşağı hissəsində olan Əbdülqasımov Adil” yazıları və imza - İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bundan başqa, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(025)-10/2022 nömrəli hökmü ilə müəyyən edilir ki, istintaq orqanının 30 aprel 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarında cinayət işi üzrə təqsirləndirilən şəxs İddiaçı1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə, İddiaçı6 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə, zərərçəkmiş şəxs X9 barəsində AR CM-nin 134-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edildiyi, həmçinin İddiaçı1 məxsus sonuncunun anası Turac Əbülqasımovaya məxsus torpaq sahəsinin alqı-satqıya dair sənədləri saxtalaşdırılmaqla Gilan MMC-nin mülkiyyətinə qeyri-qanuni yolla keçirilməsi ilə bağlı Qəbələ rayon notariat kontorunun sabiq notariusu vəzifəsində işləmiş X11, həmçinin həmin torpaq sahələrinin alqı-satqısında “Gilan MMC” tərəfdən iştirak etmiş vəzifəli şəxs və ya şəxslərin əməllərində cinayət tərkibibnin əlamətlərinin olmasına baxmayaraq həmin əməllərə görə məsuliyyətə cəlb etmə müddəti keçdiyindən qeyd olunan xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edildiyi göstərilmişdir. İşdə olan və iddiaçının mərhum anası X5 mülkiyyətinə verilmiş 0,66 ha torpaq sahəsi də "xxxx" MMC tərəfindən guya alqı-satqı əsasında alınmışdır.İş materiallarına əlavə olunmuş “ölüm haqqında şəhadətanmə”nin surətindən isə görünür ki, X7 17 fevral 2000-ci ildə vəfat etmişdir. Alqısatqı satqı müqaviləsinin 02 mart 2006- cı il tarixdə bağlandığını nəzərə alınarsa, bu hal da göstərir ki, həmin müqavilə Turac Əbülqasımova tərəfindən imzalanmamışdır. Bundan başqa, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəsi olan Seriya MH ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlər reyestrindən Çıxarışla "xxxx" MMC-nin mülkiyyətində Qəbələ rayonu Çarxana kəndində 1.98812 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 155 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********16 reyestr nömrəsi olan Seriya MH ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlər reyestrindən Çıxarışla da "xxxx" MMC-nin mülkiyyətində Qəbələ rayonu Çarxana kəndində 2.53658 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 154 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Mülki işin məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, JN-0056, kod 40604048 saylı “Torpağa mülkiyyət hüququna dair“ Dövlət Aktı əsasında və Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 13 saylı qərarı ilə iddiaçıların mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün olan verilmiş Qanıx-Türyançay ərazisində olan 0,3,87 hektar torpaq sahəsi, 02 mart 2006-cı il tarixdə Qəbələ rayon dövlət notariat kontorunda reyestrdə 4Ə- 1204 nömrə ilə qeydə alınmış və İddiaçı1 ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin 903 saylı arayışına görə normativ qiymət olaraq 5958,32 manat müəyyən edilməklə) 1548 manata qiymətləndirməklə "xxxx" MMC-yə satılmışdır. Həmin müqavilə imzalanan zaman iddiaçı Qəbələ Rayon Məhkəməsinin 1- 61/2004 nömrəli, 07 dekabr 2004-cü tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-və 237.1-ci maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün həbsdə olmuşdur. İşin bu halı sübut edir ki, 02 mart 2006-cı il tarixdə Qəbələ rayon dövlət notariat kontorunda reyestrdə 4Ə-1204 nömrə ilə qeydə alınmış və İddiaçı1 ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə İddiaçı1 tərəfindən imza edilməmişdir. Dövlət Aktında mülkiyyətçilər olaraq adları qeyd olunan İddiaçı4 ordu sıralarında xidmət keçmiş, İddiaçı5, İddiaçı7, İddiaçı6 və İddiaçı8 məktəbli olmuşlar. Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Çarxana kənd İƏ nümayəndəsinin xx.xx.2006-cı il tarixli arayışı bunu təsdiq edir. Bu isə o, deməkdir ki, iddiaçı və digər paylı mülkiyyətçilər torpaq sahəsinə sərəncama (alqı-satqısına) dair könüllü iradələrini ifadə etməmişlər. İşin bu halı cinayət işi üzrə istintaq orqanı tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2022-ci il tarixli, 4/491 nömrəli məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə də təsdiq olunmuşdur. Məhkəmə həm də qeyd edir ki, istintaq orqanının 30 aprel 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarında cinayət işi üzrə təqsirləndirilən şəxs İddiaçı1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə, İddiaçı6 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə, zərərçəkmiş şəxs X9 barəsində AR CM-nin 134-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edildiyi, həmçinin İddiaçı1 məxsus sonuncunun anası Turac Əbülqasımovaya məxsus torpaq sahəsinin alqı-satqıya dair sənədləri saxtalaşdırılmaqla Gilan MMC-nin mülkiyyətinə qeyri-qanuni yolla keçirilməsi ilə bağlı Qəbələ rayon notariat kontorunun sabiq notariusu vəzifəsində işləmiş X11, həmçinin həmin torpaq sahələrinin alqı-satqısında “Gilan MMC” tərəfdən iştirak etmiş vəzifəli şəxs və ya şəxslərin əməllərində cinayət tərkibibnin əlamətlərinin olmasına baxmayaraq həmin əməllərə görə məsuliyyətə cəlb etmə müddəti keçdiyindən qeyd olunan xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Qeyd olunan xüsusatları və qanunvericiliyin şərh olunan müddəalarını kompleks halında nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və buna görə də təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, 3,87 hektar torpaq sahəsinin satılmasına dair Qəbələ rayon dövlət notariat kontorunda 02 mart 2006-cı il tarixdə reyestrdə 4Ə-1204 nömrə ilə qeydə alınmış müqavilə qanunvericiliyin tələbləri pozulmaqla rəsmiləşdirildiyi üçün və həmin müqavilə əsasında, JN-0056, kod 40604048 saylı “Torpağa mülkiyyət hüququna dair“ Dövlət Aktı ilə iddiaçıların mülkiyyətindəki torpaq sahəsinə qanunsuz əsaslarla "xxxx" MMC mülkiyyət hüququ əldə etdiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına rəsmiləşdirilmiş çıxarış ləğv edilməklə alqı-satqı müqaviləsinin tərəfləri İddiaçı1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilkin vəziyyətə gətirilməli, yəni alqı-satqı müqaviləsinin iştirakçıları müqavilə üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı və qətnamə hər iki tərəf üçün eyni vaxtda icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, qeyd olunan xüsusatlara qanunvericiliyin tələbləri baxımından məcmu halında qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, JN-0056 KOD 40604048 saylı dövlət aktına əsasən verilmiş 3,87 hektar torpaq sahəsi ilə bağlı İddiaçı1 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (X8) arasında Qəbələ rayon Dövlət Notariat Kontorunda bağlanmış 02 mart 2006-cı il tarixli, 4Ə-02/1204 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin alqısatqı müqaviləsi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına rəsmiləşdirilmiş çıxarış ləğv edilməli, alqı-satqı müqaviləsinin tərəfləri İddiaçı1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilkin vəziyyətə gətirilməlidirlər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. JN-0056 KOD 40604048 saylı dövlət aktına əsasən verilmiş 3,87 hektar torpaq sahəsi ilə bağlı İddiaçı1 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (X8) arasında bağlanmış Qəbələ rayon Dövlət Notariat Kontorunda bağlanmış 02 mart 2006-cı il tarixli, 4Ə-02/1204 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və həmin alqı-satqı müqaviləsi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına rəsmiləşdirilmiş çıxarış ləğv edilsin. Alqı-satqı müqaviləsinin tərəfləri İddiaçı1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilkin vəziyyətə gətirilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar