Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-919/2023 22.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, aliment tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan 2 övladları X6 və X1 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən hər ay hər uşağa görə 220 (iki yüz iyirmi ) manat, əlavə xərclərin qarşılanması ilə bağlı isə hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 640 (altı yüz qırx ) manat sabit pul məbləğinin Cavabdeh tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmışdır. Birgə nikahlarından xx.xx.2021-ci il tarixdə Sadıqov Raul və xx.xx.2021-ci il tarixdə Sadıqova Həvva adlı iki övladları dünyaya gəlmişdir. Cavabdehlə xarakterlərinin uyğun olmaması səbəbindən ailə bağları zaman etibarilə zəifləmiş, hal-hazırkı vəziyyətdə faktiki olaraq dağılmışdır. Aralarında olan nikaha rəsmi qaydada xitam verilməmiş olsa da, nikahları formal xarakter daşıyır və ayrı yaşayırlar. Uşaqların bütün tələbatlarının ödənməsi ilə bağlı zəruri xərclərin çəkilməsi tamamilə onun öhdəsində olduğundan bu, ona çətinlik yaradır. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona olduqca çətindir. Bundan əlavə övladlarından birinin sağlamlığında problemlər olduğundan səhhətində tez-tez nasazlıqlar yaranır və maddi vəziyyəti onun tibbi xərclərini təkbaşına qarşılamağa imkan vermir. Bununla bağlı qarşı tərəfə dəfələrlə uşaqların saxlanma xərclərinin qarşılanmasında iştirak etməsi tələbi ilə müraciətlər etsə də, bu müraciətlərim nəticəsiz qalmışdır. Qeyd etmək istəyir ki, aliment tələbilə bağlı aralarında olan mübahisəyə baxılması üçün müvafiq olaraq mediator X3 tərəfindən xx.xx.2022-ci il tarixində ilkin mediasiya sessiyası da keçirilmiş, lakin heç bir razılıq əldə olunmamışdır. İddiaya etiraz: xx.xx.2023-cü il tarixdə Cavabdeh məhkəməyə poçt vasitəsilə etiraz ərizəsi göndərərək göstərmişdir ki, İddiaçı ona qarşı "alimentin tutulması" tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək ondan yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2021-ci il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X5 hər birinin yetkinlik yaşına çatanadək saxlanmaları üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin, həmçinin 200 manat əlavə xərcin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, maddi imkanının zəif olması və həmçinin ailə vəziyyəti ilə əlaqədar olaraq iddia tələbini uşaqların saxlanması üçün alimentin tutulması hissəsində qismən qəbul edir, qalan hissədə qəbul etmir. Belə ki, İddiaçı iddia ərizəsində ondan bir uşağın saxlanması üçün 220 manat olmaqla, cəmi 440 manat məbləğində aliment tutulmasını tələb etsə də, onun iddiaçının tələb etdiyi miqdarda alimenti ödəmək üçün maddi imkanı və gəlirləri yoxdur. O, xx.xx.2021-ci il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində briqadir vəzifəsində işləyir və aylıq əmək haqqı 380 (üç yüz səksən) manat təşkil edir. Onun iş saatı 08:00-dan 20:00-dək nəzərdə tutulmuşdur və o, həmin saatlarda iş yerində olur. Yəni onun əlavə olaraq başqa yerdə işləməyi və gəlir əldə etməyi mümkün deyildir. Bundan başqa qeyd edir ki, valideynləri də onunla birlikdə yaşayır və onlara da o baxır. Belə olan halda onun iddiaçının tələb etdiyi miqdarda alimenti ödəmək imkanı yoxdur. O, İddiaçı ilə birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X5 hər birinin yetkinlik yaşına çatanadək saxlanmaları üçün aylıq 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment ödəməyə razıdır və iddia tələbini həmin hissədə qəbul edir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, o, övladlarına münasibətdə valideyn olaraq öz vəzifələrini yerinə yetirməkdən yayınmaq niyyəti yoxdur və maddi imkanı olduqca daima onlara maddi və mənəvi köməklik etmişdir. O, artıq 2 ilə yaxındır ki, iddiaçıdan ayrılsa da və iddiaçı valideynlərinin yanında yaşasa da, hər ay uşaqlarına maddi köməklik edir. Hazırki halda o uşaqların saxlanması üçün öz valideynlik vəzifəsini yerinə yetirərək hər ay hər uşaq üçün 150 manat olmaqla, 300 manat aliment ödəməyə etiraz etmir. 2023-cü ildə uşaqların saxlanması üçün yaşayış minimumunun 220 manat olduğunu nəzərə alsa göründüyü kimi o, qanunvericilikdə nəzərdə tutulmuş valideyn öhdəliklərini artıqlaması ilə yerinə yetirərək həmin xərclərin 70 faizini ödəməyi öhdəsinə götürür. Belə olan halda İddiaçı da öz valideynlik vəzifələrini yerinə yetirməli və uşaqların saxlanması xərclərinin ödənilməsində onunla birlikdə bərabər iştirak etməlidir. Lakin İddiaçı həmin xərclərin ödənilməsində özünü bərabər məsuliyyətli valideyn kimi nəzərə almır və onun aldığı əmək haqqının məbləği, başqa gəlirimin olmaması, valideynlərinin onun himayəsində olmalarını nəzərə almayaraq hesab edir ki, uşaqların saxlanması üçün mən hər ay bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat məbləğində aliment ödəməlidir. Göründüyü kimi iddia tələbi 2 uşaq üçün ondan cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması hissəsində heç bir sübutla təsdiq edilmir və əsassızdır. Həmçinin iddia tələbi 200 manat əlavə xərc tutulması hissəsində də əsassız olduğundan rədd edilməlidir. Yuxarıda qeyd etdiklərinə əsasən İddiaçı ona qarşı "alimentin tutulması"na dair 2(025)-919/2023 saylı mülki iş üzrə iddia tələbinin qismən təmin edilməsi və xx.xx.2021-ci il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin ondan tutulması barədə qətnamə qəbul edilməsini, iddia tələbini 200 manat əlavə xərc tutulması hissəsində rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh həmçinin 51 675 78 78 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 393815 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 02 mart 2020-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 787 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Sadıqov, arvada Sabirli soyadı verilmişdir. İş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İV seriyalı, 572046 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 1612 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İV seriyalı, 688337 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 003 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İsmayıllı Regional Mədəniyyət İdarəsi Qəbələ rayon Mədəniyyət Mərkəzi tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli, 08 nömrəli arayışdan görünür ki, İddiaçı Qəbələ şəhər 1 saylı klubda müddətsiz əmək müqaviləsi ilə müdir vəzifəsində işləyir və aylıq əmək haqqısı 518 (beş yüz on səkkiz) manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, İR-324 nömrəli arayışda göstərilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən Oba Market MMC-də işləyir. Hal-hazırda Briqadir vəzifəsində işləyir və aylıq əmək haqqısı 380 manat təşkil edir. İş materiallarında olan “X4 X14 X10” 01 sentyabr 2022-ci il tarixli, N-00732 nömrəli arayışdan görünür ki, X4 sonra proses davam etdirə bilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Qəbələ rayonunda fəaliyyət göstərən mediator X2 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.2-ci maddəsinə uyğun olaraq “X4 X14 X10” arayış verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 232.1-ci maddəsinə əsasənTərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmədə tərəfin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər xx.xx.2020-ci il rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Birgə nikahdan 09 fevral 2021-ci il təvəllüdlü X6 və 14 dekabr 2021-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur, tərəflər arasındakı nikah rəsmi qaydada pozulmamış, tərəflərin birgə nikahından anadan olmuş, 09 fevral 2021-ci il təvəllüdlü X6 və 14 dekabr 2021-ci il təvəllüdlü X8 anaları İddiaçı yanındadır. İddiaçı iddia ərizəsində uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment və əlavə olaraq uşaqların əlavə xərclərinin qarşılanması üçün hər uşağa görə 100 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir. Cavabdeh isə işləyərək cəmi 380 manat əməkhaqqı aldığını, iddia ərizəsində göstərilən qədər aliment ödəməyə imkanı olmadığını, hər ay hər uşağa 150 manat olmaqla, ümumilikdə 300 manat aliment ödəməyə imkanı olduğunu bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə 09 fevral 2021-ci il təvəllüdlü X6 və 14 dekabr 2021ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə ayrıayrılıqda sabit pul məbləğində 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir və təmin edilməsi qənaətinə gəlir. Məhkəmə belə qənaətə gələrkən iddiaçının cavabdehin hər ay 640 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini, övladlara baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını, cavabdehin rəsmi aldığı əməkhaqqının 380 manat olmasını, həmçinin iddiaçının da işləyərək 518 manat əmək haqqı almasını nəzərə alır. Məhkəmə iddiaçının “əlavə xərclərin qarşılanması ilə bağlı isə hər uşağa görə 100 (yüz) manat” tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsaəsn hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikddir. Göründüyü kimi iddiaçının əlavə xərclərlə bağlı tələbi Ailə Məcəlləsinin 85.1.1-ci maddəsi ilə tənzimlənir. Lakin həmin maddənin dispoziyasından görünür ki, iddiaçının cavabdehdən əlavə xərclər tələb etməsi üçün ilk növbədə tərəflər arasında nikah pozulmalıdır ki, hazırki halda bu müəyyən olunmur. Bundan əlavə məhkəmə qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçın hal-hazırda işləyərək cavabdehdən çox əmək haqqı alır. Bu halda da iddia tələbi əlavə xərclər hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə tərəfin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, 09 fevral 2021-ci il təvəllüdlü X6 və 14 dekabr 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində, hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olan iddialarda 30 manat+1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçıların dövlət rüsumunu ödəməkdən azad olunduğu nəzərə Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən 56 (əlli altı) manat dövlət rüsumu tutulmalı və dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, 09 fevral 2021-ci il təvəllüdlü X6 və 14 dekabr 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində, hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-919/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-919/2023
22.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver