Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-967/2022 18.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Nı̇ ftalıyev Zaur Aynal oğlunun cavabdeh Aslanova Raı̇ sə Elxan qızına qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin təyin edilməsi tələbi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçı Nı̇ ftalıyev Zaur Aynal oğlunun, cavabdeh Aslanova Raı̇ sə Elxan qızının və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Nı̇ ftalıyev Zaur Aynal oğlunun cavabdeh Aslanova Raı̇ sə Elxan qızına qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Nı̇ ftalıyev Zaur Aynal oğlu cavabdeh Aslanova Raı̇ sə Elxan qızına qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər 2 uşağa görə 175 manat, ümumilikdə 350 manat uşaqların yetkinlik yaşına çatana qədər Cavabdeh alınaraq İddiaçı ödənilməsi, eyni zamanda və hüquqi yardımla əlaqədar ödənilmiş 200 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı Nı̇ ftalıyev Zaur Aynal oğlu iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər 1 uşağa görə 193 manat, ümumilikdə 386 manat uşaqların yetkinlik yaşına çatana qədər Cavabdeh alınaraq İddiaçı ödənilməsi, eyni zamanda və hüquqi yardımla əlaqədar ödənilmiş 200 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə 2008-ci ildə nigah bağlanmış, nigahdan 2 uşağı olmuş, 2014-cü ildə nigah pozulmuş, uşaqlar alınıb anaya verilmiş, aliment tələbi təmin edilmiş, sonradan cavabdehin uşaq tələbinə dair iddiası təmin edilməmişdir. 05 dekabr 2008ci il tarixdə 182 №-li nigah aktı qeydi ilə Qəbələ rayonunun qeydiyyat şöbəsində X7 ilə İddiaçı arasında bağlanmış nigah Qəbələ rayon Məhkəməsinin 2(025)-13/2014 saylı 17 yanvar 2014-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Qəbələ rayon məhkəməsinin 2(025)-40/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 Zaur Aynal oğlundan alınaraq Cavabdeh verilmişdir. Qəbələ rayon məhkəməsinin 2(025)-1846/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin aliment tələbi təmin edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Qəbələ rayon məhkəməsinin 2(025)- 418/2018 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh uşaq tələbinə dair mənə qarşı olan iddiası təmin edilməmiş, qətnamə qanun qüvvəsini almışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı Nı̇ ftalıyev Zaur Aynal oğlu iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyniməzmunlu izahat verib, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Aslanova Raı̇ sə Elxan qızı iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, cavabdeh X8 ilə 2008-ci ildə ailə qurmuşdur. Bu nikahdan xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X9 dünyaya gəlmişlər. Lakin xasiyyətləri uyğun gəlməməsi səbəbindən Qəbələ Rayon Məhkəməsinin 17 yanvar 2014-cü il tarixli 2(025)-13/2014 saylı qətnaməsi ilə nikah xitam edilmişdir. Məhkəmə qətnaməsi ilə uşaqlar onun himayəsinə verilsə də hazırda hər iki uşaq atanın himayəsindədir. Uşaqların saxlanılması iddiaçının tələb etdiyi alimenti ödəməyə onun maddi imkanı çatmır. Onun aylıq sabit gəliri, iş yer yoxdur. Yalnız anası gözdən əlilliyinə görə aylıq pensiya alır. Bu səbəbdən də iddiaçının iddiası tam əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 17 yanvar 2014-cü il tarixli 2(025)-13/2014 saylı qətnaməsi ilə iddiaçı X7 ilə cavabdeh X9 arasında Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 2008-ci il dekabrın 05-də qeydə alınmış 182 nömrəli nikahın pozulması qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 13 fevral 2014-cü il tarixli 2(025)-40/2014 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X6 cavabdeh İddiaçı alınaraq anası Cavabdeh verilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli 2(025)-1846/2018 saylı qətnaməsi ilə xx.xx.2011-ci ildə anadan olmuş X6 və xx.xx.2009-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2014-cü il tarixli 2(025)-871/2014 saylı məhkəmə əmri əsasında tutulan alimentin miqadrı dəyişdirilərək X6 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay sabit pul məbləğində 200 (iki yüz) manat (uşaqların hər biri üçün 100 (bir yüz) manat olmaqla) alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF publik hüquqi şəxsi tərəfindən 04 avqust 2022-ci il tarixdə verilmiş **********1 saylı arayışdan görünür ki, Qəbələ rayon, Nic qəsəbə sakini X5 1-ci dərəcəli əlilliyə görə 248.16 manat ömürlük əmək pensiyası alır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilmiş Məşğulluq haqqında 04 avqust 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən Qəbələ Rayon Məşğulluq Mərkəzində işaxtaran (işi və qazancı olmayan şəxs) olaraq qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında ailə münasibətləri pozulduqdan sonra uşaqlar ataları İddiaçı yanında qalmışdır. Qəbələ Rayon Məhkəməsinin 13 fevral 2014-cü il tarixli 2(025)-40/2014 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X6 cavabdeh İddiaçı alınaraq anası Cavabdeh verilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli 2(025)-1846/2018 saylı qətnaməsi ilə xx.xx.2011-ci ildə anadan olmuş X6 və xx.xx.2009-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2014-cü il tarixli 2(025)-871/2014 saylı məhkəmə əmri əsasında tutulan alimentin miqadrı dəyişdirilərək X6 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay sabit pul məbləğində 200 (iki yüz) manat (uşaqların hər biri üçün 100 (bir yüz) manat olmaqla) alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Tərəflər arasında onların birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X6 himayədə saxlanılması və aliment ödənilməsi ilə bağlı mübahisələrinin olması və yuxarıda qeyd olunduğu kimi məhkəmə aktlarına əsasən öz həllini tapmasına dair hallar aşkar olmasına baxmayaraq, hazırda xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X9 ataları - İddiaçı ilə yaşayır. Lakin tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların atanın himayəsinə verilmələrinə dair hər hansı məhkəmə aktı mövcud deyildir. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçı Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər 1 uşağa görə 193 manat, ümumilikdə 386 manat uşaqların yetkinlik yaşına çatana qədər Cavabdeh alınaraq ona ödənilməsini tələb etsə də iddiaçı cavabdehin aylıq gəliri haqqında hər hansı bir sübut məhkəməyə təqdim edə bilmədiyinə görə, hazırki iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı Nı̇ ftalıyev Zaur Aynal oğlunun cavabdeh Aslanova Raı̇ sə Elxan qızına qarşı aliment tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa məhkəmə hüquqi yardımla əlaqədar ödənilmiş 200 manat pulun cavabdehdən tutulması ilə bağlı məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bu barədə məhkəməyə heç bir təsdiqedici sənəd təqdim edilmədiyinə görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Nı̇ ftalıyev Zaur Aynal oğlunun cavabdeh Aslanova Raı̇ sə Elxan qızına qarşı aliment tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Nı̇ ftalıyev Zaur Aynal oğlunun cavabdeh Aslanova Raı̇ sə Elxan qızına qarşı aliment tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-967/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-967/2022
18.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver