Məhkəmə qərarları › İş №2(025)-996/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-996/2025

31.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-996/2025 31.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sadiq oğluna qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin təyin edilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Sadiq oğluna qarşı “aliment” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə YY Ə N E T D İ: İddiaçı Cavabdeh Sadiq oğluna qarşı “aliment” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib birgə nikahdan doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü xeyrinə ayda 500,0 manat məbləğində aliment tutulması, habelə uşağa qulluğa görə əlavə olaraq ona ayda 150,0 manat məbləğində maddi yardım göstərilməsi və 50 (əlli) manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Seyidli X4 Elməddin Sadiq oğlu ilə xx.xx.2023-cü ildə rəsmi nikaha daxil olaraq evlənmiş və birgə nikahdan xx.xx.2024-cü il təvəllüdlü X3 adında uşaqları olmuşdur. Tərəflər evləndikdən sonra bir müddət Rusiya Federasiyasında yaşamış və münasibətləri pozulduğundan faktiki surətdə ayrılmışlar. Hal-hazırda İddiaçı uşaqla birlikdə Qəbələ rayonu Xırxatala kəndində, Cavabdeh Sadiq oğlu isə RF Kamçatka diyarı, Petropavlovsk-Kamçatsk şəhərində yaşayır. Cavabdeh Sadiq oğlu RF Petropavlovsk-Kamçatsk şəhərində mağazalar şəbəkəsinin sahibidir və biznes fəaliyyətindən yüksək məbləğlərdə qazanc əldə etməsinə baxmayaraq uşağın saxlanmasından ötrü İddiaçı maddi köməklik göstərmir. İddiaçı uşağa baxdığına görə işləyə bilmir və başqa gəlirləri olmadığından ailənin maddi təminatını ödəməkdə çətinlik çəkir. Ona görə də, birgə nikahdan doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh Sadiq oğlu tərəfindən İddiaçı xeyrinə ayda 500,0 manat məbləğində aliment ödənilməli , habelə uşağa qulluğa görə əlavə olaraq anaya ayda 150,0 manat məbləğində maddi yardım göstərilməlidir. İşdə olan İ-МЛ 589889 nömrəli “nikahın bağlanması haqqında şəhadətnamə”nin surətinə əsasən X5 ilə Cavabdeh Sadiq oğlunun nikahı RF Petropavlovsk-Kamçatsk şəhər VVAQ şöbəsində xx.xx.2023-cü il tarixdə ********************8 saylı akt qeydi ilə bağlanmışdır. İşdə olan İ-МЛ 683623 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətinə əsasən X2 doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X3 Cavabdeh Sadiq oğlundan törəmişdir. AR MPM 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh Sadiq oğlu arasında olan ər-arvad münasibətləri pozulmuş və faktiki surətdə ayrılmışlar. «Uşaq hüquqları haqqında» AR Qanunun 13-cü maddəsinə əsasən uşağın AR qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. AR Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə üçdə bir hissəsi, üç və daha çox uşağa görə isə qazancının aliment verməyə borclu olan valideynin qazancının və ya başqa gəlirlərinin yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, yaxud onun qazancı və sair gəliri yoxdursa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246,0 (iki yüz qırx altı ) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2. bəndində izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunverciliyi ilə müəyyən edilmiş minimum dolancaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir.Aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, tərəflərin ayrı yaşaması, birgə nikahdan doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X1 İddiaçı qızının yanında qalması nəzərə alınaraq uşağın yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü ananın xeyrinə Cavabdeh Sadiq oğlundan hər ay sabit pul məbləğində aliment tutulmalı, alimentin miqdarı müəyyən edilərkən ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu və ananın uşağın baxımı və qulluğu ilə məşğul olması ilə əlaqədar işləmək imkanının məhdud olması nəzərə alınmalıdır. AR Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad (84.2.1); hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad (84.2.2); 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad (84.2.3) buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 87.0.3-cü maddəsinə əsasən nikah çox çəkmədikdə məhkəmə əri (arvadı) nikah dövründə və nikah pozulduqdan sonra maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan arvadı (əri) saxlamaq vəzifəsindən azad edə və bu vəzifəni müəyyən müddətlə məhdudlaşdıra bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında olan nikahın faktiki olaraq qısa müddət ərzində davam etməsi və Cavabdeh Sadiq oğlunun maddi yardım ödəmək üçün zəruri vəsaitə malik olmaması (tədqiq olunmuş sübutlarla müəyyən edilməmişdir) nəzərə alınaraq uşaq üç yaşına çatanadək üzərinə arvadı saxlamaq vəzivəsi qoyulmamlıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Birgə nikahdan doğulmuş 03 yanvar 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh Sadiq oğlundan sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın və dərhal icra edilsin. Cavabdeh Sadiq oğlundan 50,0 (əlli) manat məbləğində dövlət rüsumu tutulub İddiaçı verilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar