Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qobustan rayonu İş № 2(026)-128/2024 18.01.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Mən, Qobustan rayon məhkəməsinin hakimi Quliyev X6 rayon məhkəməsinin icraatında olan Kreditor cavabdeh Borclu qarşı 2300 manat borc və 43 manat dövlət rüsumunun tutulması haqqında ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Kreditor məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor ilə Borclu aralarında 03 noyabr 2022ci il tarixdə Bakı şəhəri 3 saylı Notariat Ofisində «3M-696» reyestr nömrəsi ilə təsdiq edilmiş kredit (borc) müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə görə Borclu 03 aprel 2023-cü il tarixədək həmin pulu ona qaytarmalı idi. Borclu həmin borc məbləğini 03 aprel 2023-cü il tarixə kimi tam şəkildə qaytarmağı öhdəsinə götürsə də, lakin bu günə kimi borcunu qaytarmamışdır. Borclu 2300 manat borc və 43 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 3 saylı Notariat Ofisində «3M-696» reyestr nömrəsi ilə təsdiq edilmiş kredit (borc) müqaviləsindən görünür ki, X1 Vasif Ağamusa oğlu 03 aprel 2023-cü il tarixədək qaytarmaq şərti ilə 2300 manat borc vermişdir. X3 Borclu ünvanladığı pretenziya məktubdan görünür ki, Borclu borcun ödənilməsi üçün xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəlləsinin 385-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 442-cı maddəsindən görünür ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Göstərilənlərə əsasən Borclu 2300 manat borc və 43 manat ödənilmiş dövlət rüsumu alınıb X4 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275,276, 280,282 və 284-cü maddələrini rəhbər tutub ƏMR EDİRƏM: Qobustan rayonu Sündü kəndində qeydiyyatda olan Borclu 2300 manat borc və 43 manat ödənilmiş dövlət rüsumu alınıb İmişli rayonu Xoşçobanlı kəndində qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Nərimanov rayonu Ələsgər Əlizadə 45, ev 4, mənzil 6-da yaşayan X4 ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissələrinə qarşı Qobustan rayon Məhkəməsini yazılı xəbərdarlıq etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab olunur. Məhkəməsinin hakimi: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-128/2024
Qobustan Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(026)-128/2024
18.01.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver