Məhkəmə qərarları › İş №2(026)-184/2024

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-184/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-184/2024 17.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Babayeva Elnur Babaşxan oğlu, İddiaçı5 və Babayeva (Əhmədova) Elnurə Babaşxan qızının Qobustan rayon notariat kontoruna (X1 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Babayeva Elnur Babaşxan oğlu, İddiaçı5 və Babayeva (Əhmədova) Elnurə Babaşxan qızı Qobustan rayon notariat kontoruna (X2 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” birgə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Tərəflər 17 oktyabr 2024-cü il tarixə saat 11:00-a təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, MPM-in 259.0.6-cı maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddia baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259, 260, 263 və 264-cü maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Babayeva Elnur Babaşxan oğlu, İddiaçı5 və Babayeva (Əhmədova) Elnurə Babaşxan qızının Qobustan rayon notariat kontoruna (X1 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar