Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-19/2023 21.09.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi X3 və cavabdeh AlCavabdeh iştirakı ilə İddiaçı cavabdeh AlCavabdeh qarşı Qobustan rayonunun Xilmilli kəndi ərazisində yerləşən ona məxsus 0,17 ha həyətyanı torpaq sahəsindən məcburi çıxarılması, tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və 7000 manat dəymiş maddi ziyanın cavabdehdən alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AlCavabdeh qarşı Qobustan rayonunun Xilmilli kəndi ərazisində yerləşən ona məxsus 0,17 ha həyətyanı torpaq sahəsindən məcburi çıxarılması, tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və 7000 manat dəymiş maddi ziyanın cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı izahat verərək göstərdi ki, Qobustan rayonunun Xilmilli kəndində qeydiyyatda olsa da, Abşeron rayonunun Qobustan kəndində yaşayır. 1991-ci ildə Qobustan rayonunun Xilmilli kəndində bir otaqlı yaşayış evi almış və 05 fevral 1993-cü ildə 267 saylı qeydlə öz adına rəsmiləşdirmişdir. Aldığı 0,17 ha torpaq sahəsində fərdi yaşayış evindən əlavə də tikliləri də var idi. Həmin ev AlCavabdeh ilə qonşuluqda yerləşir. 1990-cı ildə ölkədə ağır vəziyyət olduğu üçün ailəsi ilə birlikdə Bakı şəhərinə köçərək orada yaşayırlar. Evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etdikdə AlCavabdeh tərəfindən ona məxsus 0,17 ha torpaq sahəsinin zəbt edilərək evinin söküldüyünü eşidib və Xilmilli kəndindəki həyətinə gəlmiş və evinin söküldüyünü görmüşdür. İsaxan Bayramova evinin bərpa olunması dedikdə isə İsaxan ona həmin evinin ona məxsus olduğu və heç kimi tanımadığını bildirmişdir. Ona görə də məsələnin qanun yolu ilə həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh AlCavabdeh Qobustan rayonunun Xilmilli kəndi ərazisində yerləşən ona məxsus 0,17 ha həyətyanı torpaq sahəsindən məcburi çıxarılması, cavabdeh İsaxan Alməmmədov tərəfindən tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və 7000 manat dəymiş maddi ziyanın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi X1 Mustafayevanın izahatına oxşar izahat verərək göstərdi ki, Xilmilli kəndindəki evi söküb tikinti materiallarını Abşeron rayonunun Təzəkənd kəndinə aparmış, lakin həyətdə 3 m x 4 m ölçüdə bir qış evi, daşlar, toyuq hini, hamam qalmışdır. O, həmin həyətyanı torpaq sahəsini və tikililəri İsaxan Alməmmədova satmamışdır. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh AlCavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı əri X3 Qobustan rayon Xilmilli kəndində olan özlərinə məxsus həyətyanı torpaq sahəsini satdığını bilmiş və pulu olmadığı üçün Şərbətalı ilə aralarında razılığa gələrək ona beş kiloqram bal verərək torpaq sahəsini almışdır. Həmin sahədə olan evi Şərbətalı söküb köçdüyü Təzəkənd kəndinə aparmışdır. O, həmin torpaq sahəsini alarkən torpaq sahəsində heç bir tikili olmamışdır. Öz həyətinə və Şərbətalıdan aldığı evə dair hüquqmüəyyən edici sənədləri vardır.İddianın təmin olunmamasını xahiş etdi. X2 ifadə verərək göstərdi ki, İddiaçı onun xalası qızı, Şərbətalı Musayev qohumu, İsaxan Əlməmmədov isə qonşusudur. Təxminən on beş il əvvəl X5 onun evinə gələrək torpaq sahəsini satdığı bildirmişdir. Alməmmədov X10 pulu olmadığını bildirmiş, lakin sonradan onlar aralarında razılığa gələrək İsaxan Şərbətalıya beş kiloqram bal verərək torpaq sahəsini almışdır. Şərbətalı Musayev həyətindəki evi özü sökərək materialları Təzəkənd kəndinə aparıb oradakı evi tikmişdir. Həyətdə heç bir tikinti qalmamışdır. X4 ifadə verərək göstərdi ki, 2005-2006-cı illərdə İsaxan Bayramov ona Xilmilli kəndində yerləşən həyətində hasar tikməyin lazım olduğunu dediyinə görə İsaxanla razılaşıb həmin həyətdə daş hasar və dam tikmişdir. Həmin vaxtı torpaq sahəsində heç bir tikili olmamış, torpaq sahəsi boş olmuşdur. Həyətin əvvəllər Şərbətalıya məxsus olduğunu bilmir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi idarəsi tərəfindən 08 sentyabr 2022-ci il tarixdə İddiaçı ünvanlanmış **********36 saylı məktubdan görünür ki, qeydiyyat üçün təqdim olunmuş əsasında Ərazi idarəsinin mütəxəssisləri tərəfindən fərdi yaşayış evinin və torpaq sahəsinin yerləşdiyi əraziyə baxış keçirilmiş, daşınmaz əmlakın müayinəsi zamanı qeydiyyat alınması bildirilən 0,17 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin söküldüyü, sözü gedən ərazidə başqa vətəndaş tərəfindən yarımçıq tikililər, tövlə və anbar tikildiyi məlum olmuş və torpaq sahəsi mübahisəli olduğuna görə ərizənin icrası mümkün olmamışdır. İddiaçı adına 05 fevral 1993-cü il tarixdə qeydə alınmış qeydiyyat vəsiqəsindən görünür ki, Qobustan rayonunun Xilmilli kəndi Kuruşkov küçəsində yerləşən bir mərtəbəli, 13,4 m2 yaşayış sahəsindən ibarət olan bir otaqlı yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, həmin texniki pasport Kuruşkov küçəsində yerləşən bir otaqlı yaşayış evi X17 məxsus olmuş, 18 sentyabr 1991-ci il 03 nömrəli qərara əsasən ev sahibi kimi Bayramova Hafizəyə məxsus olduğu göstərilmiş, həmin yazıların üstündən xətt çəkilərək aşağıda İddiaçı adı yazılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2023-cü il tarixli 10/3884 saylı ekspert rəyində göstərilir ki, birinci sual üzrə- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliti yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 12 may 2023-cü il tarixli **********05 nömrəli mütəxəssis rəyinə əsasən Qobustan rayonu Xilmilli kəndi ərazisində yerləşən Cavabdeh tərəfindən tikinti işləri aparılmış mübahisəli torpaq sahəsinin elektron baza məlumatlarına və Qobustan rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli 23 saylı qərarı ilə X7 verilmiş AN:089153 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən X8 məxsus olduğu, ikinci sual üzrə-İddiaçı qızının naturada iddia etdiyi, tikinti işləri aparılmış mübahisəli torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki sənədlər (şəhadətnamə, plan-ölçü sənədi, çıxarış, yerquruluşu qaydasında hazırlanmış sxem) təqdim edilmədiyi və elektron baza məlumatlarında İddiaçı adına sözü gedən həyətyanı torpaq sahəsinə aid məlumat aşkar olunmadığı müəyyən olunmuşdur. Üçüncü sual üzrə- İddiaçı naturada iddia etdiyi, tikinti işləri aparılmış mübahisəli torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki sənədlər (şəhadətnamə, plan-ölçü sənədi, çıxarış, yerquruluşu qaydasında hazırlanmış sxem) təqdim edilmədiyindən, Cavabdeh tərəfindən naturada faktiki istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Müəyyən olundu ki, İddiaçı 1991-ci ildə Qobustan rayonunun Xilmilli kəndində bir mərtəbəli yaşayış evi almış və 05 fevral 1993-cü ildə 267 saylı qeydlə öz adına rəsmiləşdirmişdir. Sonradan Bakı şəhərinə köçdüyü üçün evini söküb aparmış, özünə məxsus torpaq sahəsini satmaq istəmişdir. Xilmilli kəndində yaşayan AlCavabdeh X5 ilə aralarında razılaşaraq torpaq sahəsini Cavabdeh satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məsəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən, torpaq sahəsinin, mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 240.3-cü maddəsinə əsasən, mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsi öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların sübut edilməsi vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə və istinad olunan hallara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh AlCavabdeh qarşı Qobustan rayonunun Xilmilli kəndi ərazisində yerləşən ona məxsus 0,17 ha həyətyanı torpaq sahəsindən məcburi çıxarılması, tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və 7000 manat dəymiş maddi ziyanın cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı cavabdeh AlCavabdeh qarşı Qobustan rayonunun Xilmilli kəndi ərazisində yerləşən ona məxsus 0,17 ha həyətyanı torpaq sahəsindən məcburi çıxarılması, tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və 7000 manat dəymiş maddi ziyanın cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Mütəxəssis rəyinin verilməsi üçün 50 manat ekspertiza xərci İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-19/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-19/2023
21.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver