Məhkəmə qərarları › İş №2(026)-234/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-234/2022

23.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-234/2022 23.05.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh Kamal oğlundan 23 yanvar 2017-ci il tarixdə anadan olmuş Axundzadə Rübab Əbdüllah oğlu və 21 fevral 2019-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa hər ay 200 manat sabit pul məbləğində aliment alinıb ona verilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh Kamal oğlundan 23 yanvar 2017-ci il tarixdə anadan olmuş Axundzadə Rübab Əbdüllah oğlu və 21 fevral 2019-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa hər ay 200 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılması barədə məhkəməyə ərizə verərək məhkəməyə iddia ərizəsi ilə müraciət edildikdən sonra cavabdehlə aralarında razılığa gəldiklərini, ona görə də Cavabdeh Kamal oğlundan hər ay hər uşağa 125 manat olmaqla, cəmi 250 manat alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, 16 noyabr 2013-cü ildə Cavabdeh Kamal oğlu ilə rəsmi nikaha girərək ailə qurmuşlar. 23 yanvar 2017-ci il tarixdə Rübab və 21 fevral 2019-cu il tarixdə isə İbrahim adlı övladları anadan olmuşdur. Xasiyyətləri düz gəlmədiyindən Əbdüllahla ər-arvadlıq münasibətlərini kəsərək ayrı yaşayırlar. O uşaq olarkən valideynləri vəfat edib, onu isə nənəsi saxlayıb. Artıq üç ay müddətdir ki, uşaqlarla birlikdə nənəsinin yanına getmiş və, orada yaşayırlar. Nənəsi onkoloji xəstədir, özü isə heç bir yerdə işləmir. Cavabdeh isə uşaqlara heç bir maddi yardım etmir. Ailə mübahisələri ilə bağlı mediasiya şurasına müraciət etmiş, lakin Cavabdeh Kamal oğlu orada iştirak etmədiyindən mübahisəni orada davam etdirmək mümkün olmadığından xitam verilmişdir. Ona görə də Rübab və İbrahimin yetkinlik yaşına çatanadək saxlanılması üçün Əbdüllahdan hər ay hər uşağa 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Kamal oğlu məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək, övladları Rübab və İbrahimin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat aliment ödəyəcəyini bildirmişdir. Qobustan rayon İHB-nin Cəyirli kənd inzibati ərazi nümayəndəliyi tərəfindən 08 aprel 2022-ci il tarixdə verilmiş AZ-TN 025887 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Axundzadə X3 Aysel Mətləb qızı ilə nikahlarını 16 noyabr 2013-cü il tarixdə 56 sayla qeyd etdirməklə evlənmişlər. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin verdiyi 11 fevral 2017-ci il tarixdə verdiyi AZ-İİİ 914205 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 23 yanvar 2017-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh Kamal oğlu, anası İddiaçıdır. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin verdiyi 07 mart 2019-cu il tarixdə verdiyi AZ-İV 259309 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 21 fevral 2019-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh Kamal oğlu, anası İddiaçıdır. Mediasiya prosesinə xitam verilməsi barədə 11 aprel 2022-ci il tarixli arayışda göstərilir ki, İddiaçı Cavabdeh Kamal oğluna qarşı nikahın ləğvi və aliment tələbinə dair müraciəti ilə əlaqədar tərəflərdən biri mediasiya prosesində iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.3-cü maddəsinə əsasən, yəni tərəflər və ya onlardan biri mediasiya prosesindən imtina etdikdə mediasiya prosesinə xitam verilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Müəyyən olundu ki, İddiaçı 16 noyabr 2013-cü ildə Cavabdeh Kamal oğlu ilə rəsmi nikaha girərək ailə qurmuşlar. 23 yanvar 2017-ci il tarixdə Rübab və 21 fevral 2019-cu il tarixdə isə İbrahim adlı övladları anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunun bu tələblərinə əsasən məhkəmə uşaqların anaları İddiaçı yanında olmasını, valideynlər arasında uşaqlara aliment ödənilməsi barədə saziş olmamasını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq Cavabdeh Kamal oğlundan hər ay hər uşağa 125 manat sabit pul məbləğində aliment tutulub 23 yanvar 2017-ci il tarixdə anadan olmuş Rübab və 21 fevral 2019-cu il tarixdə anadan olmuş İbrahimin yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 sayı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin “Uşaq hüquqları haqqında” 20 noyabr 1989-cu il tarixli Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istərsə bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvercilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər uşağın, onun valideynlərinin və qanuni qəyyumlarının irq, dərinin rəngi, cins, dil, din, siyasi və ya digər baxışlar, milli, etnik və ya sosial mənşə, əmlak vəziyyəti, əlillik, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik qoymadan yurisdiksiyaları daxilində olan hər bir uşağın bu Konvensiyada nəzərdə tutulmuş bütün hüquqlarına hörmət edir və onları təmin edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə uşağın təminatının mümkün qədər maksimal saxlanmasını əsas tutaraq və Cavabdeh Kaml oğlunun ailə vəziyyətini, maddi vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh Kamal oğluna qarşı hər ay hər uşağa 125 manat sabit pul məbləğində aliment tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh Kamal oğlundan 23 yanvar 2017-ci il tarixdə anadan olmuş X4 və 21 fevral 2019-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 125 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Aliment məhkəməyə müraciət edildiyi tarixdən, yəni 13 aprel 2022-ci il tarixdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 23 yanvar 2017-ci il tarixdə anadan olmuş Axundzadə Rübab Əbdüllah oğlu və 21 fevral 2019-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Kamal oğlundan hər ay hər uşağa 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Aliment məhkəməyə müraciət edildiyi tarixdən, yəni 13 aprel 2022-ci il tarixdən tutulsun. Qətnamə dərhal icra edilsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla Cavabdeh Kamal oğlundan 50 manat dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev :

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar