Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-250/2023 31.07.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, iddiaçı X5 və onun nümayəndəsi X8 iştirakı ilə, iddiaçı X5 11 may 2020-ci il tarixdə doğulmuş övladı X11 və 29 noyabr 2021-ci il tarixdə doğulmuş övladı X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 220 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X12 11 may 2020-ci il tarixdə doğulmuş övladı X11 və 29 noyabr 2021-ci il tarixdə doğulmuş övladı X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 220 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X12 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə nikahlarını 17 iyul 2019-cu il tarixdə 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində 1975 sayla qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından 11 may 2020-ci il tarixdə Dəniz və 29 noyabr 2021-ci il tarixdə Nəzakət adlı uşaqları anadan olmuşdur. Əvvəllər münasibətləri normal olsa da, sonradan aralarında olan münasibət pozulmuşdur. Hörmət nə ona, nə də uşaqlarına heç bir qayğı göstərməmiş və ona bir qadın kimi hörmət etməmişdir. Ona görə də birgə nikah dövründə əldə etdikləri evdən çıxaraq övladları ilə birlikdə valideynlərinin yanına getmişdir. Hazırda da orada yaşayırlar. 2023-cü ilin fevral ayından Hörmətlə ərarvadlıq münasibətlərini kəsmişlər. Lakin bu müddət ərzində Hörmət nə onunla, nə də uşaqları ilə maraqlanmamış və onlara heç bir maddi yardım göstərməmişdir. Qızı Nəzakətin qida borusunda anadangəlmə daralma olduğundan o, daima həkim nəzarəti altındadır. Nəzakətin qidalanmasına xüsusi diqqət yetirilməlidir. Lakin heç bir yerdə işləmədiyindən maddi imkanı buna yol vermir. Hörmət Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X18 Xidmətində yanğınsöndürən vəzifəsində işləyir və kifayyət qədər əmək haqqı alır. Hörmətin dövlət işində işləməsinə baxmayaraq alimenti sabit pul məbləğində istəyir. Buna görə mediasiya qurumuna da müraciət etmiş, lakin Hörmət mediyasiya qurumuna gəlmədiyindən məsələnin həllinə xitam verilmişdir. Ona görə də 11 may 2020-ci il tarixdə doğulmuş övladı X11 və 29 noyabr 2021-ci il tarixdə doğulmuş övladı X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 220 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı X5 nümayəndəsi X2 Fərzaliyeva ilə eyni məzmunlu izahat verərək iki uşağın saxlanılmasının çətinlik yaratdığını və onlardan birinin xəstə olduğunu nəzərə alaraq Cavabdeh aliment tutulmasını xahiş etdi. Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasının vaxtı və yeri bildirilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ilə nikahlarını 17 iyul 2019-cu il tarixdə 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində 1975 sayla qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından 11 may 2020-ci il tarixdə Dəniz və 29 noyabr 2021-ci il tarixdə Nəzakət adlı uşaqları anadan olmuşdur. Əvvəllər münasibətləri normal olsa da, sonradan aralarında olan münasibət pozulmuşdur. Aytəkin 2023-cü ilin fevral ayından onunla ər-arvadlıq münasibətlərini kəsərək uşaqlarına götürüb valideynlərinin yanına getmişdir. Aytəkin özünə qəsd edəcəyini, özünə xəsarət yetirəcəyini dediyinə görə o da, məsuliyyətə cəlb olunacağından qorxurdu. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X18 Xidmətində işləyir. Övladlarına aliment ödənilməsinə etiraz etmir. Məhkəmə iddianın və onun nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 01 mart 2023-cü il tarixdə verilmiş AZ-T 050929 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X15 ilə nikahlarını 17 iyul 2019-cu il tarixdə 1975 sayla qeyd etdirməklə evlənmişlər. Arvada Fərzaliyeva soyadı verilmişdir. 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 05 iyun 2020-ci il tarixdə verilmiş AZ-İV 447906 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 11 may 2020-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 15 mart 2022-ci il tarixdə verilmiş AZ-İV 703153 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 29 noyabr 2021-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İlkin mediasiya prosesində iştirak edilməsi barədə 11 aprel 2023-cü il tarixli arayışda göstərilir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair müraciəti ilə əlaqədar tərəflərdən biri mediasiya prosesində iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.3-cü maddəsinə əsasən, yəni tərəflər və ya onlardan biri mediasiya prosesindən imtina etdikdə mediasiya prosesinə xitam verilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Müəyyən olundu ki, X1 Hörmət Həsrət oğlu ilə nikahlarını 17 iyul 2019-cu il tarixdə 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində 1975 sayla qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından 11 may 2020-ci il tarixdə Dəniz və 29 noyabr 2021-ci il tarixdə Nəzakət adlı uşaqları anadan olmuşdur. Hazırda Dəniz və Nəzakət analarının yanındadırlar. İddiaçı X12 uşaqları ilə birlikdə atası evində yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunun bu tələblərinə əsasən məhkəmə uşaqların anaları X9 yanında olmasını, valideynlər arasında uşaqlara aliment ödənilməsi barədə saziş olmamasını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq Cavabdeh hər ay hər uşağa 160 manat sabit pul məbləğində aliment tutulub 11 may 2020-ci il tarixdə anadan olmuş Dəniz və 29 noyabr 2021-ci il tarixdə anadan olmuş Nəzakətin yetkinlik yaşına çatanadək saxlanılması üçün X7 verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 sayı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin “Uşaq hüquqları haqqında” 20 noyabr 1989-cu il tarixli Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istərsə bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvercilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər uşağın, onun valideynlərinin və qanuni qəyyumlarının irq, dərinin rəngi, cins, dil, din, siyasi və ya digər baxışlar, milli, etnik və ya sosial mənşə, əmlak vəziyyəti, əlillik, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik qoymadan yurisdiksiyaları daxilində olan hər bir uşağın bu Konvensiyada nəzərdə tutulmuş bütün hüquqlarına hörmət edir və onları təmin edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə uşaqların təminatının mümkün qədər maksimal saxlanmasını əsas tutaraq və Cavabdeh maddi vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, X5 Cavabdeh qarşı iddiası qismən təmin olunmalı, Cavabdeh 11 may 2020-ci il tarixdə anadan olmuş X11 və 29 noyabr 2021-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 160 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Aliment məhkəməyə müraciət edildiyi tarixdən, yəni 24 aprel 2023-cü il tarixdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 11 may 2020-ci il tarixdə anadan olmuş X11 və 29 noyabr 2021-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 160 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Aliment məhkəməyə müraciət edildiyi tarixdən, yəni 24 aprel 2023-cü il tarixdən tutulsun. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla Cavabdeh 58 manat 40 qəpik dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-250/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-250/2023
31.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver