Məhkəmə qərarları › İş №2(026)-275/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-275/2021

04.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-275/2021 04.08.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, iddiaçı İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 11 may 2020-ci il tarixdə anadan olmuş övladı X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 176 manat sabit pul məbləğində aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı 11 may 2020-ci il tarixdə anadan olmuş övladı X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 176 manat sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, 18 iyun 2019-cu il tarixdə Cavabdeh ilə nikahlarını 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 1410 sayla qeyd etdirməklə evlənmişlər. Birgə nikahdan 11 may 2020-ci il tarixdə Ayla adlı bir qızları anadan olmuşdur. Sərdarla aralarında olan münasibət pozulduğundan yeddi aydan çox müddətdir ki, qızı Ayla ilə birlikdə valideynlərinin yanına gəlmiş və hazırda da orada yaşayır. Sərdar bu müddət ərzində onunla və övladı ilə maraqlanmamışdır. Ayanın saxlanılması üçün Sərdarın maddi yardımına ehtiyacı vardır. 11 may 2020-ci il tarixdə anadan olmuş övladı Aylanın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 176 manat sabit pul məbləğində aliment tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, 18 iyun 2019-cu il tarixdə Ağayeva Gülarə Hidayət qızı ilə nikahlarını 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 1410 sayla qeyd etdirməklə evlənmişlər. Birgə nikahdan 11 may 2020-ci il tarixdə Ayla adlı bir qızları anadan olmuşdur. Gülarə ilə aralarında olan münasibət pozulduğundan Gülarə qızı Ayla ilə birlikdə valideynlərinin yanına gəlmişdir. Gülarənin tələb etdiyi 176 manat sabit pul məbləğində alimenti işlədiyi yerin pandemiya ilə əlaqədar bağlanması və əmək haqqının azaldılması səbəbindən ödəyə bilməyəcəyini, lakin buna baxmayaraq qızı Aylanın saxlanılması üçün hər ay 100 və ya 120 manat aliment ödəyəcəyini bildirdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan 2 saylı Bakı “ASAN xidmət” qeydiyyat şöbəsinin verdiyi AZ-İİ seriyalı 341478 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ağayev X1 Gülarə Hidayət qızı ilə 18 iyun 2019-cu il tarixdə nikahlarını 1410 sayla qeyd etdirməklə evlənmişər. Arvada Ağayeva soyadı verilmişdir. İşdə olan 2 saylı Bakı “ASAN xidmət” qeydiyyat şöbəsinin verdiyi AZ-İV seriyalı 446841 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 11 may 2020-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı qızıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunun bu tələblərinə əsasən məhkəmə uşağın anası İddiaçı yanında olmasını, valideynlər arasında uşaqlara aliment ödənilməsi barədə saziş olmamasını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment tutulub 11 may 2020-ci il tarixdə anadan olmuş Aylanın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 sayı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin “Uşaq hüquqları haqqında” 20 noyabr 1989-cu il tarixli Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istərsə bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvercilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər uşağın, onun valideynlərinin və qanuni qəyyumlarının irq, dərinin rəngi, cins, dil, din, siyasi və ya digər baxışlar, milli, etnik və ya sosial mənşə, əmlak vəziyyəti, əlillik, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik qoymadan yurisdiksiyaları daxilində olan hər bir uşağın bu Konvensiyada nəzərdə tutulmuş bütün hüquqlarına hörmət edir və onları təmin edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh oğluna qarşı hər ay 176 manat sabit pul məbləğində aliment tələbinə dair iddiası qismən təmin olunmalı, Cavabdeh 11 may 2020-ci il tarixdə anadan olmuş Aylanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Aliment məhkəməyə müraciət edildiyi tarixdən, yəni 05 iyul 2021-ci il tarixdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 11 may 2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 05 iyul 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar