Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-279/2021 26.08.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X4, Cavabdeh və maraqlı tərəf Qobustan rayon notariat ofisinin xüsusi notariusu X7 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X6 və İddiaçı5 Cavabdeh və maraqlı tərəf Qobustan rayon notariat ofisinə qarşı 30 dekabr 2009-cu il tarixdə 4-Ə-42 nömrə ilə qeydiyyata alınmış torpaq alqı-satqı müqaviləsinin əsassız və qanunsuz olduğu üçün ləğv edilməsi və torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X6 və İddiaçı5 Cavabdeh və maraqlı tərəf Qobustan rayon notariat ofisinə qarşı 30 dekabr 2009-cu il tarixdə 4-Ə-42 nömrə ilə qeydiyyata alınmış torpaq alqı-satqı müqaviləsinin əsassız və qanunsuz olduğu üçün ləğv edilməsi və torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı və eyni zamanda İddiaçı5 nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərdi ki, torpaq bölgüsü zamanı ailə üzvlərinə 3.48 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində mütəmadi olaraq əkin aparmış, həmin sahədən maneəsiz olaraq istifadə etmişlər. 30 dekabr 2009-cu il tarixdə əri Cavabdeh tərəfindən onun və övladlarının xəbəri və razılığı olmadan ailə üzvlərinə məxsus 1.0198 ha torpaq sahəsi Bakı şəhəri, Mustafayev küçəsi, ev 27, mənzil 36-da yaşayan X5 onlara məlum olmayan məbləğə satılmışdır. Həmin torpaq sahəsi Cavabdeh başqa payçılardan heç birinin məlumatı, razılığı, imzası olmadan satılmışdır. İlk vaxtlarda alqı-satqıdan xəbərləri olmamış, Cavabdeh onlara torpağı dincə qoyduğunu və növbəli şəkildə əkəcəyini dediyinə görə üçün onlarda hər hansı bir şübhə yaratmamışdır. Lakin 2021-ci ilin yay ayında xəbər tutmuşlar ki, Cavabdeh onlara məxsus 1.0198 ha torpaq sahəsini ailə üzvlərinin heç birinin məlumatı və razılığı olmadan satmışdır. Cavabdeh və Bakı şəhəri, Mustafayev küçəsi, ev 27, mənzil 36-da yaşayan X8 arasında bağlanmış 30 dekabr 2009-cu il tarixli 4 Ə-42 nömrə ilə qeydiyyata alınmış torpaq alqı-satqı müqaviləsinin əsassiz və qanunsuz olduğu üçün ləğv edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı3 iddianı müdafiə edərək izahatında göstərdi ki, torpaq islahatı zamanı ona və ailə üzvlərinə 3.48 ha torpaq sahəsi verilmişdir. 30 dekabr 2009-cu il tarixdə atası Cavabdeh Şahmardan oğlu tərəfindən onun və ailə üzvlərinin xəbəri və razılığı olmadan ailə üzvlərinə məxsus torpaq sahəsinin 1.0198 hektarı Bakı şəhəri, Mustafayev küçəsi, ev 27, mənzil 36-da yaşayan X1. O Malik Məmmədovu tanımır və torpaq sahəsinın satılmasından xəbəri olmamışdır. Ona görə də Cavabdeh və Bakı şəhəri, Mustafayev küçəsi, ev 27, mənzil 36-da yaşayan X8 arasında bağlanmış 30 dekabr 2009-cu il tarixli 4 Ə-42 nömrə ilə qeydiyyata alınmış torpaq alqı-satqı müqaviləsinin əsassiz və qanunsuz olduğu üçün ləğv edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı4 iddianı müdafiə edərək izahatında göstərdi ki, torpaq islahatı zamanı onunla birlikdə ilə üzvlərinə 3.48 ha torpaq sahəsi verilmişdir. 30 dekabr 2009-cu il tarixdə atası Cavabdeh Şahmardan oğlu tərəfindən onun və ailə üzvlərinin xəbəri və razılığı olmadan ailə üzvlərinə məxsus torpaq sahəsinin 1.0198 hektarı Bakı şəhəri, Mustafayev küçəsi, ev 27, mənzil 36-da yaşayan X1. O Malik Məmmədovu tanımır və torpaq sahəsinın satılmasından xəbəri olmamışdır. Ona görə də Cavabdeh və Bakı şəhəri, Mustafayev küçəsi, ev 27, mənzil 36-da yaşayan X8 arasında bağlanmış 30 dekabr 2009-cu il tarixli 4 Ə-42 nömrə ilə qeydiyyata alınmış torpaq alqı-satqı müqaviləsinin əsassiz və qanunsuz olduğu üçün ləğv edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi İddiaçı2 izahatında göstərdi ki, ona və ailə üzvlərinə verilmiş 3.48 ha torpaq sahəsinin 1.0198 hektarı atası Cavabdeh tərəfindən Bakı şəhəri, Mustafayev küçəsi, ev 27, mənzil 36-da yaşayan X1. Həmin torpaq sahəsi satılarkən onun və ailə üzvlərinin razılığı alınmamış və heç bir sənədə imza etməmişlər. Ona görə də Cavabdeh və Bakı şəhəri, Mustafayev küçəsi, ev 27, mənzil 36-da yaşayan X8 arasında bağlanmış 30 dekabr 2009-cu il tarixli 4 Ə-42 nömrə ilə qeydiyyata alınmış torpaq alqı-satqı müqaviləsinin əsassiz və qanunsuz olduğu üçün ləğv edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi Cavabdeh izahatında göstərdi ki, Qobustan rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli 16 saylı qərarı ilə ona və 5 nəfər ailə üzvlərinin mülkiyyətinə 3,48 hektar pay torpağı verilmişdir. Torpağa dair JN-615 kod 30700028 saylı Dövlət aktı vardır. Heç bir yerdə işləmədiyinə və dövlətdən sosial yardım almadığına görə ailəsini dolandırmaq onun üçün çətindir. Bu səbəbdən də 2009-cu ildə ona və ilə üzvlərinə verilmiş 3,48 hektar pay torpaq sahəsinin özünə aid olan hissəsinin 1,0198 hektarını Bakı şəhər sakini X2 və aldığı pulu ailəsinin ehtiyacları üçün xərcləmişdir. Torpaq sahəsini satarkən ona elə gəlmişdir ki, özünə düşən payı satıb. Hazırda arvadı və uşaqları ondan torpaq paylarını tələb edirlər. Maraqlı tərəf Qobustan rayon notariat ofisinin xüsusi notariusu X11 iddianı qəbul etməyərək izahatında göstərdi ki, notariat kontorunda bağlanmış müqavilə qanuni və əsaslıdır. 2(026)-279/2021 saylı mülki işlə bağlı iddia müddəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü və 375-ci maddələrinin tələblərinə əsasən iddia müddəti keçdiyinə görə iddiadan imtina edilməsi üçün əsasdır. İddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdəki sənədləri araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna Dair JN-615 KOD 30700028 saylı 18 dekabr 1998-ci il tarixli Dövlət aktının surətindən görünür ki, Cavabdeh, İddiaçı1, İddiaçı2, İddiaçı3, X6 və X10 kənd təsərrüfatı məhsullarının istehsalı üçün 3,48 hektar pay torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı 27 sentyabr 2010-cu il tarixli çıxarışın surətindən görünür ki, hüququ rəsmiləşdirilən şəxs Cavabdeh Şahmədan oğlu göstərilməklə İddiaçı1, İddiaçı2, İddiaçı3, X6 və X9 mülkiyyətinə 1,0198 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Qobustan rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq olunmuş 30 dekabr 2009-cu il tarixli 4-ə-42 reyestrlə qeydə alınmış torpağın alqı-satqısı barədə 30 dekabr 2009-cu il tarixli müqavilənin surətindən görünür ki, Qobustan rayonunun Qobustan şəhər sakini Cavabdeh ilə Bakı şəhəri, Mustafayev küçəsi, ev 27, mənzil 36-da yaşayan X8 arasında 2,46 ha torpaq sahəsinin alqı-satqısı olmuş və X8 torpağa görə Cavabdeh 3000 manat pul ödəmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin 21 may 2018-ci il tarixdə verdiyi AZ-İ seriyalı 946805 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 17 may 2018-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qobustan rayon Notariat Ofisinin 26 avqust 2021-ci il tarixdə verdiyi 135 saylı məktubdan görünür ki, Qobustan rayon notariat ofisində 30 dekabr 2009-cu il tarixli 4-Ə-42 reyestrli “torpaq sahəsinin alqısatqısına dair” bağlanmış müqavilə aşkar edilmədi. Müəyyən olundu ki, Qobustan rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli 16 saylı qərarı ilə Cavabdeh və onun 5 nəfər ailə üzvlərinin mülkiyyətinə JN-615 kod 30700028 saylı Dövlət aktı ilə 3,48 hektar pay torpağı verilmişdir. Cavabdeh 2009-cu ildə ona və ilə üzvlərinə verilmiş 3,48 hektar pay torpaq sahəsinin 1,0198 hektarını Qobustan rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq olunmuş 30 dekabr 2009-cu il tarixli 4-ə-42 reyestrlə qeydə alınmış müqavilə ilə Bakı şəhəri, Mustafayev küçəsi, ev 27, mənzil 36-da yaşayan X8 3000 manata satmışdır. X8 17 may 2018-ci il tarixdə vəfat etmişdir. Həmçinin müəyyən olundu ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X6 və İddiaçı5 iddia müddətini ötürmüşlər. Ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Maddənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X6 və İddiaçı5 Cavabdeh Bayram oğluna və maraqlı tərəf Qobustan rayon notariat ofisinə qarşı 30 dekabr 2009-cu il tarixdə 4-Ə-42 nömrə ilə qeydiyyata alınmış torpaq alqı-satqı müqaviləsinin əsassız və qanunsuz olduğu üçün ləğv edilməsi və torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddiaları iddia müddətində verilmədiyindən əsassızdır və iddiadan imtina edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X6 və İddiaçı5 Cavabdeh Bayram oğluna və maraqlı tərəf Qobustan rayon notariat ofisinə qarşı 30 dekabr 2009-cu il tarixdə 4-Ə-42 nömrə ilə qeydiyyata alınmış torpaq alqı-satqı müqaviləsinin əsassız və qanunsuz olduğu üçün ləğv edilməsi və torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddiadan imtina edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-279/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-279/2021
26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver