Məhkəmə qərarları › İş №2(026)-30/2024

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-30/2024

11.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-30/2024 11.01.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil2, nümayəndələr X2, X4, X3 və X1 və Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə Cavabdeh hakimə etdiyi etiraz ərizəsinə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon məhkəməsinin icraatında olan İddiaçı Başçısının Cavabdeh qarşı İddiaçı nüfuzdan salmağa, həssas təbəqə olan şəhid ailələri ilə İcra Hakimiyyəti arasında narazılıq yaratmağa, rayonda ictimai asayişin pozulmasına istiqamətlənmiş məlumatların təkzib olunması, İcra Hakimiyyətinin rəhbərliyi və kollektivinin nüfuzunun aşağı salınmasına yönəlmiş mənəvi zərərin əvəzi olaraq 100000 manat dəyərində təzminat ödənilməsi və ödəniləcək təzminatın rayonda yaşayan şəhid ailələrinin sosial müdafiəsinə yönəldilməsi tələbinə dair mülki iş üzrə cavabdehin nümayəndəsi Cavabdeh hakimə etiraz haqqında ərizəsini məhkəməyə təqdim etmişdir. Ərizədə Cavabdeh hazırda İddiaçı ilə əlaqədar vəsatətinin təmin edilməsini bildirərək məhkəmənin iddia tələbinə ədalətli baxacağına şübhə doğurduğunu, bu səbəbdən mülki işə Qobustan rayon məhkəməsində baxılmasına etiraz etdiyini göstərərək işin başqa rayon məhkəməsində baxılması üçün Sumqayıt Apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 məhkəmənin İddiaçı ilə eyni rayonda olduğunu və yaxın iş münasibətində olduğunu bildirərək, rayon icra hakimiyyətinin məhkəməyə təsir göstərəcəyini əsas gətirərək ərizədə göstərilənlərə uyğun izahat verib vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil2 etirazın əsaslarına sübut təqdim edilmədiyinə görə vəsatətin baxılmamış saxlanılmasını xahiş etdi. İddiaçı nümayəndələri də vəkillə eyni fikirdə olduqlarını bildirdilər. Məhkəmə icra hakimiyyəti ilə bağlı şübhələrin aradan qaldırılması ilə əlaqədar işin apelyasiya məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, etiraz ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, etiraza baxılması üçün iş apelyasiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 22.6-cı maddəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 22,263 və 264-cü maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Başçısının Cavabdeh qarşı İddiaçı nüfuzdan salmağa, həssas təbəqə olan şəhid ailələri ilə İcra Hakimiyyəti arasında narazılıq yaratmağa, rayonda ictimai asayişin pozulmasına istiqamətlənmiş məlumatların təkzib olunması, İcra Hakimiyyətinin rəhbərliyi və kollektivinin nüfuzunun aşağı salınmasına yönəlmiş mənəvi zərərin əvəzi olaraq 100000 manat dəyərində təzminat ödənilməsi və ödəniləcək təzminatın rayonda yaşayan şəhid ailələrinin sosial müdafiəsinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh hakimə etdiyi etiraz ərizəsi işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilsin. Məhkəmənin hakimi: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar