Məhkəmə qərarları › İş №2(026)-318/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-318/2023

06.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-318/2023 06.07.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh 21 mart 2014-cü il tarixdə anadan olmuş X7 və 08 iyun 2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 220 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 21 mart 2014-cü il tarixdə anadan olmuş X7 və 08 iyun 2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 220 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 2012-ci ildə Cavabdeh ilə evlənmiş, lakin nikahlarını 14 may 2014-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan 21 mart 2014cü il tarixdə Yusif və 08 iyun 2018-ci il tarixdə Aylin adlı iki uşaqları dünyaya gəlmişdir. Evləndikləri gündən münasibətləri normal olmamışdır. Buna da səbəb Elvinin gecələr evə gəlməməsi, səhər saatlarında gələndə isə söz-söhbət yaratması olmuşdur. Son zamanlar münasibətləri daha pisləşmişdir. Buna görə də uşaqları götürüb valideynlərinin yanına gəlmişdir. Uşaqların saxlanılması üçün Elvinin maddi yardımına ehtiyacı olsa da, Elvin onlara heç bir maddi yardım göstərmir. O heç bir yerdə işləmir. Elvin isə şirkətdə sürücü işləyir, həm də taksi fəaliyyəti ilə məşğul olur. Alimentin alınması ilə əlaqədar mediaiya qurumuna müraciət etmiş, lakin Elvin gəlmədiyindən məsələnin həllinə xitam verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 21 mart 2014-cü il tarixdə anadan olmuş övladı X7 və 08 iyun 2018-ci il tarixdə anadan olmuş övladı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 220 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə 2012-ci ildə evlənmiş, nikahlarını isə 14 may 2014-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 21 mart 2014-cü il tarixdə Yusif və 08 iyun 2018-ci il tarixdə Aylin adlı iki uşaqları dünyaya gəlmişdir. Şəfayla münasibətləri normal olmuşdur. Lakin son zamanlar Şəfanın qardaşı ailələrinə müdaxilə etdiyindən münasibətləri pozulmuşdur. Şəfa üç aydır ki uşaqları da götürüb evdən çıxmış və uşaqları ona göstərmir. Ailəsinin dağılmasına razı deyil. Uşaqlarının saxlanılması üçün hər ay hər uşağa 100 manat aliment ödəyə bilər. İş materiallarına əlavə olunmuş Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 964462 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Cavabdeh ilə nikahlarını14 iyun 2014-cü il tarixdə 1085 sayla qeyd etdirməklə evlənmişlər. Arvada Əsgərova soyadı verilmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 353740 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 21 mart 2014-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV 188437 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 08 iyun 2018-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Mediasiya prosesinə xitam verilməsi barədə 16 may 2023-cü il tarixli arayışda göstərilir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair müraciəti ilə əlaqədar tərəflərdən biri mediasiya prosesində iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.3-cü maddəsinə əsasən, yəni tərəflər və ya onlardan biri mediasiya prosesindən imtina etdikdə mediasiya prosesinə xitam verilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Müəyyən olundu ki, İddiaçı 2012-ci ildə Cavabdeh ilə evlənmiş, onların birgə nikahdan 21 mart 2014-cü il tarixdə Yusif və 08 iyun 2018-ci il tarixdə Aylin adlı iki uşaqları anadan olmuşdur. Hazırda uşaqlar anaları Şəfanın yanında yaşayırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 sayı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin “Uşaq hüquqları haqqında” 20 noyabr 1989-cu il tarixli Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istərsə bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvercilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər uşağın, onun valideynlərinin və qanuni qəyyumlarının irq, dərinin rəngi, cins, dil, din, siyasi və ya digər baxışlar, milli, etnik və ya sosial mənşə, əmlak vəziyyəti, əlillik, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik qoymadan yurisdiksiyaları daxilində olan hər bir uşağın bu Konvensiyada nəzərdə tutulmuş bütün hüquqlarına hörmət edir və onları təmin edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə uşaqların təminatının mümkün qədər maksimal saxlanmasını əsas tutaraq və Cavabdeh maddi vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin olunmalı, Cavabdeh 21 mart 2014-cü il tarixdə anadan olmuş X4 və 08 iyun 2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 130 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Aliment məhkəməyə müraciət edildiyi tarixdən, yəni 19 may 2023-cü il tarixdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 21 mart 2014-cü il tarixdə anadan olmuş X7 və 08 iyun 2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 130 manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilsin. Aliment məhkəməyə müraciət edildiyi tarixdən, yəni 19 may 2023-cü il tarixdən tutulsun. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla Cavabdeh 72 manat 80 qəpik dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar