Məhkəmə qərarları › İş №2(026)-319/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-319/2025

11.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-319/2025 11.06.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 10 may 2011-ci il təvəllüdlü X1 və 09 fevral 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qobustan Rayon Məhkəməsinin 12 dekabr 2013-cü il tarixli, 2(026)-248/2013 saylı qətnaməsi ilə təyin edilmiş və Qobustan Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(026)-7/2025 saylı qərardadı ilə indeksasiya edilmiş aliment məbləğinin azaldılaraq, ondan hər ay hər uşağa münasibətdə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,38 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Qobustan rayonunun Göydərə kəndində qeydiyyatda olmaqla yaşayır. Cavabdeh da həmin kənddə yaşayır. O, əvvəllər cavabdehlə birgə nikahda olsa da, sonradan aralarındakı nikah pozulmuş, cavabdehlə arasında olan nikahın ləğv edilməsi barədə Qobustan rayon Qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 16 sentyabr 2014-cü ildə 12 nömrə ilə qeyd edilmişdir. Onun cavabdehlə birgə nikahından iki uşağı dünyaya gəlmişdir: 10 may 2011-ci il təvəllüdlü X6 və 09 fevral 2013-cü il təvəllüdlü X10. Cavabdehlə ayrıldıqdan sonra hər iki uşağı anası ilə qalmışdır. İddiaçı da onların saxlanılması üçün 10 ildən də artıq müddətdir ki, aliment ödəyir. Belə ki, Qobustan Rayon Məhkəməsinin 12 dekabr 2013-cü il tarixli, 2(026)-248/2013 saylı qətnaməsi ilə 10 may 2011-ci il tarixdə anadan olmuş X1 və 09 fevral 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15 noyabr 2013-cü il tarixdən başlayaraq, ondan hər ay hər uşağa 93 manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. Lakin bu yaxınlarda cavabdeh həmin qətnamə ilə müəyyən olunmuş aliment məbləğinin indeksasiya edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qobustan Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(026)-7/2025 saylı qərardadı ilə onun ərizəsi təmin edilərək, 10 may 2011-ci il tarixdə anadan olmuş X1 və 09 fevral 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qobustan Rayon Məhkəməsinin 12 dekabr 2013-cü il tarixli, 2(026)-248/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş hər uşaq üçün aylıq 93 manat sabit aliment məbləği, sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa münasibətdə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,89 misli həddində indeksasiya olunmuşdur. Bu isə o deməkdir ki, o, hazırda hər uşağı üçün hər ay 356 manat olmaqla, ümumilikdə 712 manat məbləğində aliment ödəməlidir. Lakin hər ay həmin məbləğdə aliment ödəməyə imkanı yoxdur. Belə ki, o, X16 Təhsil İdarəsi ilə bağladığı əmək müqaviləsinə əsasən Göydərə kənd ümumi orta məktəbində uşaq birliyinin rəhbəri kimi çalışır və aylıq rəsmi əmək haqqı məbləği 510 manat təşkil edir. Bundan əlavə, o, cavabdehlə boşandıqdan sonra yeni nikaha daxil olmuş, Ağayeva (Hətəmova) Gülnar Tofiq qızı ilə 21 avqust 2015-ci ildə nikahını rəsmiləşdirmişdir. X21 ilə olan yeni nikahından da 2 uşağı dünyaya gəlmişdir: 09 iyul 2015-ci il təvəllüdlü X11 və 25 may 2018-ci il təvəllüdlü X12. Hazırda aylıq gəliri 510 manat olduğuna görə cavabdehlə nikahından olan 2 uşağının saxlanmasına görə ona aylıq 712 manat ödəməsi həm özünün, həm də Gülnar Ağayeva (Hətəmova) ilə nikahından doğulan digər iki uşağının saxlanılmasını qeyri-mümkün edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsi və Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyi Qobustan Rayon Məhkəməsinin 12 dekabr 2013-cü il tarixli, 2(026)-248/2013 saylı qətnaməsi ilə təyin edilmiş və Qobustan Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(026)-7/2025 saylı qərardadı ilə indeksasiya edilmiş aliment məbləğinin azaldılmasına əsas verir. Həm özünün, həm də Gülnar Ağayeva (Hətəmova) ilə yeni nikahından doğulmuş digər iki uşağının təminatının əsaslı dərəcədə aşağı düşməməsi üçün o, cavabdehlə olan nikahından doğulmuş hər uşağına görə aylıq 150 manat olmaqla, iki uşağa görə cəmi 300 manat vermək iqtidarındadır. Ona görə də istəyir ki, cavabdeh ilə birgə nikahından doğulmuş 10 may 2011-ci il təvəllüdlü X6 və 09 fevral 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qobustan Rayon Məhkəməsinin 12 dekabr 2013-cü il tarixli, 2(026)-248/2013 saylı qətnaməsi ilə təyin edilmiş və Qobustan Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(026)-7/2025 saylı qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq, ondan hər ay hər uşağa münasibətdə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,38 misli həddində sabit pul məbləğində alimentin tutulsun. Hazırkı mübahisə ilə bağlı cavabdehlə mediasiya sessiyasında iştirak etsə də, hər hansı barışıq sazişinin imzalanması mümkün olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçının onunla boşandıqdan sonra yeni nikaha daxil olmasının və həmin nikahdan iki uşağının doğulmasının ona hər hansı bir dəxli yoxdur. O, uşaqları üçün iddiaçı tərəfindən ödənilən aliment məbləğinin azaldılmasını istəmir və hesab edir ki, hər bir halda həmin aliment məbləği iddiaçı tərəfindən ödənilməlidir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə surəti olan AZ-İİİ 033109 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 10 may 2011-ci il təvəllüdlü X1 atası İddiaçı, anası X7r. İşdə surəti olan AZ-İİİ 033110 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 09 fevral 2013-cü il təvəllüdlü X2 atası İddiaçı, anası X7r. İşdə surəti olan Qobustan Rayon Məhkəməsinin 12 dekabr 2013-cü il tarixli, 2(026)- 248/2013 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə 10 may 2011-ci il tarixdə anadan olmuş X1 və 09 fevral 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15 noyabr 2013-cü il tarixdən başlayaraq İddiaçı hər ay hər uşağa 93 manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. İşdə surəti olan AZ-İ 305496 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X13 arasında olan nikah ləğv edilmiş, bu barədə Qobustan rayon Qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 16 sentyabr 2014-cü ildə 12 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına İbrahimova soyadı verilmişdir. İşdə surəti olan Qobustan Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(026)- 7/2025 saylı qərardadından görünür ki, həmin qərardadla 10 may 2011-ci il tarixdə anadan olmuş X1 və 09 fevral 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qobustan Rayon Məhkəməsinin 12 dekabr 2013-cü il tarixli, 2(026)- 248/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş hər uşaq üçün aylıq 93 manat sabit aliment məbləğinin, sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa münasibətdə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,89 misli həddində indeksasiya olunması, alimentin indeksasiya olunmuş məbləğinin tutulmasına qərardad qanuni qüvvəsini aldığı vaxtdan başlanılması qərara alınmışdır. İşdə surəti olan AZ-İİ 001491 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X14 21 avqust 2015-ci ildə nikahlarını bağlamış, bu barədə Qobustan RİHB-nin Ərəbqədim kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 avqust 2015-ci ildə 05 nömrəsi ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Hətəmov, arvada Hətəmova soyadı verilmişdir. İşdə surəti olan AZ-İİİ 562490 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 09 iyul 2015-ci il təvəllüdlü X3 atası İddiaçı, anası X8r. İşdə surəti olan AZ-İV 131666 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 25 may 2018-ci il təvəllüdlü X4 atası İddiaçı, anası X5r. İşdəki Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X9 Şirvan Regional Təhsil İdarəsinin 17 mart 2025-ci il tarixli arayışından görünür ki, İddiaçı 15 sentyabr 2011-ci il tarixdən hal-hazıra kimi Qobustan rayon Göydərə kənd ümumi orta məktəbində X24 (UBTR) vəzifəsində işləyir və 2025-ci ildə onun aylıq əmək haqqı 510 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh əvvəllər nikahda olmuş, onların birgə nikahından 10 may 2011-ci il təvəllüdlü X6 və 09 fevral 2013-cü il təvəllüdlü X10 adlı uşaqları doğulmuş, lakin sonradan tərəflər arasındakı nikah pozulmuşdur. Qobustan Rayon Məhkəməsinin 12 dekabr 2013-cü il tarixli qətnaməsi ilə 10 may 2011-ci il tarixdə anadan olmuş X1 və 09 fevral 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay hər uşağa 93 manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində alimentin tutulub cavabdehə verilməsi qət edilmiş, həmin aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, Qobustan Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(026)-7/2025 saylı qərardadı ilə hər uşağa münasibətdə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,89 misli həddində indeksasiya olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı cavabdehlə arasındakı nikah pozulduqdan sonra Gülnar Ağayeva ilə yeni nikaha daxil olmuş, onun yeni nikahından 09 iyul 2015-ci il təvəllüdlü X11 və 25 may 2018-ci il təvəllüdlü X12 adlı uşaqları doğulmuşdur. İddiaçı əvvəlki nikahdan olan uşaqlarının saxlanılması üçün təyin edilmiş aliment məbləği indeksasiya edildikdən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sözügedən aliment məbləğinin azaldılaraq, ondan hər ay hər uşağa münasibətdə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,38 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının hazırkı tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 112.1-ci maddəsi çıxış edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Məhkəmə Qobustan Rayon Məhkəməsinin 12 dekabr 2013-cü il tarixli qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin Qobustan Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(026)-7/2025 saylı qərardadı ilə hər uşağa münasibətdə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,89 misli həddində indeksasiya olunmasını, bununla da cavabdehlə nikahdan olan uşaqlarının saxlanılması üçün 11 ildən artıq müddət ərzində ödədiyi aliment məbləğinin 4 dəfəyə yaxın həcmdə faktiki artmış olmasını iddiaçı üçün diqqətəlayiq hal hesab edir və bu cür halda onun özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi məsələsi də təhlükə altında qalır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, iddiaçının yenidən ailə qurması və onun yeni ailəsində daha iki uşağının olması iddiaçının ailə vəziyyətində də dəyişikliklərin baş verdiyini göstərir. Bu isə o deməkdir ki, iddiaçının tələbinə münasibətdə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tətbiqi üçün əsaslar mövcuddur. Bununla yanaşı, məhkəmə iddiaçının tələbinin tam təmin edilməsini onun cavabdehlə olan nikahından uşaqlarının əvvəlki təminat səviyyəsinin qorunmasına mane olacağını hesab edir və buna görə də uşaqların əvvəlki təminat səviyyəsinin maksimum qoruna bilməsi baxımından iddia tələbinin qismən təmin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına əlavə edilmiş 8.4-1-ci bənddə göstərilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 10 may 2011-ci il təvəllüdlü X6 və 09 fevral 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qobustan Rayon Məhkəməsinin 12 dekabr 2013-cü il tarixli, 2(026)-248/2013 saylı qətnaməsi ilə təyin edilmiş və Qobustan Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(026)-7/2025 saylı qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq, iddiaçıdan hər ay hər uşağa münasibətdə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq cavabdehə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ali Məhkəmə Plenumunun sözügedən hüquqi mövqeyini nəzərə alan məhkəmə bildirir ki, azaldılmış aliment məbləğinin hesablanmasına və tutulmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. 10 may 2011-ci il təvəllüdlü X6 və 09 fevral 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qobustan Rayon Məhkəməsinin 12 dekabr 2013-cü il tarixli, 2(026)-248/2013 saylı qətnaməsi ilə təyin edilmiş və Qobustan Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(026)-7/2025 saylı qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq, İddiaçı hər ay hər uşağa münasibətdə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilsin. Azaldılmış aliment məbləğinin hesablanmasına və tutulmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlanılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar