Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-332/2021 15.09.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, iddiaçı X7 qızının və Cavabdeh Quli oğlunun iştirakı ilə, iddiaçı X1 Cavabdeh Quli oğluna qarşı 05 dekabr 2019-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Quli oğlundan hər ay 176 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh Quli oğluna qarşı 05 dekabr 2019-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Quli oğlundan hər ay 176 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X5 iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh Quli oğlu ilə 2017-ci ilin iyul ayının 23-də evlənmişlər, lakin nikahlarını rəsmiləşdirməmişlər. Evləndikləri vaxtdan Qobustan rayonunun Cəngi qəsəbəsində Nicatın atası Quliyə məxsus evdə yaşamışlar. 05 dekabr 2019-cu ildə Yağmur alı bir qızları dünyaya gəlmişdir. Uşaq üçün atalığın müəyyən edilməsi ilə doğum haqqında şəhadətnamə almışlar. Nicat mütəmadi olaraq spirtli içkilər qəbul edir və onunla yersiz mübahisələr edərək onu incidirdi. Nicatın bu hərəkətlərinə dözməyərək 2021-ci ilin avqust ayının əvvəllərin qızı Yağmurla birlikdə ər evindən çıxıb valideynlərinin evinə getmiş və hazırda da orada yaşayır. Nicat onlarla maraqlanmır, heç bir maddi yardım etmir. Ona görə də 05 dekabr 2019-cu ildə anadan olmuş qızı Yağmurun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 176 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Quli oğlu iddianı qismən qəbul edərək izahatında göstərdi ki, X5 ilə 2017-ci ilin iyul ayının 23-də evlənmişlər və onların faktiki nikahlarından 05 dekabr 2019-cu ildə Yağmur alı bir qızları dünyaya gəlmişdir. Yağmur üçün atalığın müəyyən edilməsi ilə doğum haqqında şəhadətnamə almışlar. Münasibətləri pozulduğundan Məngülə uşağı da götürüb valideynlərinin yanına getmişdir və orada yaşayır. Məngülənin tələb etdiyi 176 manat alimenti heç bir yerdə işləmədiyinə görə ödəyə bilməyəcəyini, lakin qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 70 manat aliment ödəyə bilər. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan Qobustan rayon qeydiyyat şöbəsinin 21 yanvar 2020-ci il tarixdə verdiyi AZ-İ 382602 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Quli oğlu 05 dekabr 2019-cu il tarixdə doğulmuş Yağmurun atası hesab edilmişdir. Qobustan rayon qeydiyyat şöbəsinin 21 yanvar 2020-ci il tarixdə verdiyi AZ-İV 401014 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 05 dekabr 2019-cu il tarixdə tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X2r. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 sayı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin “Uşaq hüquqları haqqında” 20 noyabr 1989-cu il tarixli Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istərsə bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvercilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər uşağın, onun valideynlərinin və qanuni qəyyumlarının irq, dərinin rəngi, cins, dil, din, siyasi və ya digər baxışlar, milli, etnik və ya sosial mənşə, əmlak vəziyyəti, əlillik, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik qoymadan yurisdiksiyaları daxilində olan hər bir uşağın bu Konvensiyada nəzərdə tutulmuş bütün hüquqlarına hörmət edir və onları təmin edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 05 dekabr 2019-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 avqust 2021-ci il tarixdən başlayaraq Cavabdeh Quli oğlundan hər ay 130 manat sabit pul məbləğində aliment tutulub X3 verilməlidir. Qətnamə dərhal icra edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 05 dekabr 2019-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 avqust 2021-ci il tarixdən başlayaraq Cavabdeh Quli oğlundan hər ay 130 manat sabit pul məbləğində aliment tutulub X3 verilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-332/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-332/2021
15.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver