Məhkəmə qərarları › İş №2(026)-368/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-368/2023

21.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-368/2023 21.09.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, İddiaçı, Cavabdeh və üçüncü şəxs Qobustan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X9 iştirakı ilə İddiaçı Qobustan rayon məhkəməsinin 14 aprel 2016-cı il tarixli 2(026)-301/2016 saylı qətnaməsinə əsasən ondan tələb olunan 19284 manat aliment məbləğinin silinərək ödəməkdən azad edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Nuriyev X2 rayon məhkəməsinin 14 aprel 2016-cı il tarixli 2(026)-301/2016 saylı qətnaməsinə əsasən ondan tələb olunan 19284 manat aliment məbləğinin silinərək ödəməkdən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahat verərək göstərdi ki, Cavabdeh ilə nikahlarını 08 iyun 2006-cı rəsmi qeyd etdirməklə evlənmişlər, birgə nikahdan 04 mart 2011-ci ildə Gülnarə və 16 sentyabr 2014-cü ildə Murad adlı iki uşaqları anadan olmuşdur. Xanımgüllə aralarında olan münasibət pozulduğundan Xanımgül uşaqlarla birlikdə evdən çıxmış və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Qobustan rayon məhkəməsinin 14 aprel 2016-cı il tarixli 2(026)-301/2016 saylı qətnaməsi ilə ondan hər ay hər uşağa 118 manat olmaqla cəmi 236 manat sabit pul məbləğində aliment tutulub 04 mart 2011-ci il tarixdə anadan olmuş X5 və 16 sentyabr 2014cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamə ilə razı olmadığına görə qətnamədən apelyasiya şikayəti vermiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş apelyasiya məhkəməsinin icraatında olarkən Xanımgüllə barışmış və 2023-cü ilin mart ayına kimi Bakı şəhəri, Binəqədi rayonu 28 May küçəsində yerləşən özlərinə məxsus evdə birlikdə yaşamışlar. Həmin müddətdə uşaqlarının və ailəsinin ehtiyaclarını ödəmişdir. Həmin müddətdə Xanımgülün onunla nə aliment, nə də başqa mübahisəsi olmamışdır. Onların barışıb birlikdə yaşamalarından Qobustan rayon icra şöbəsinin icra məmurlarının da məlumatı olmuşdur. Ona görə də icra məmurları icra vərəqəsinin icrası ilə bağlı ondan aliment tələb etməmişlər. 2023-cü ilin mart ayından Xanımgüllə ər-arvadlıq münasibətləri kəsdiklərinə görə aralarında olan nikahın pozulması üçün Qobustan rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh da ona qarşı aliment tələbinə dair qarşılıqlı iddia vermiş və üç aydan artıqdır ki, faktiki ayrıldıqlarını etiraf etmişdir. Cavabdeh Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə verərək Qobustan rayon məhkəməsinin 14 aprel 2016-cı il tarixli 2(026)-301/2016 saylı qətnaməsini olduğunu unutduğunu bildirmişdir. Bir yerdə yaşadıqlarına görə ailənin tələbatını təmin etmiş, Xanımgülün aliment tələb etməsinə zərurət olmamışdır. Ona görə də Qobustan rayon məhkəməsinin 14 aprel 2016-cı il tarixli 2(026)-301/2016 saylı qətnaməsinə əsasən ondan tələb olunan 19284 manat aliment məbləğinin silinərək ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İddiaçı ilə nikahlarını 08 iyun 2006cı rəsmi qeyd etdirməklə evlənmişlər, birgə nikahdan 04 mart 2011-ci ildə Gülnarə və 16 sentyabr 2014-cü ildə Murad adlı iki uşaqları anadan olmuşdur. Qobustan rayon məhkəməsinin 14 aprel 2016-cı il tarixli 2(026)-301/2016 saylı qətnaməsi ilə İddiaçı hər ay hər uşağa 118 manat olmaqla cəmi 236 manat sabit pul məbləğində aliment tutulub 04 mart 2011-ci il tarixdə anadan olmuş X5 və 16 sentyabr 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi qət edilmişdir. Bəxtiyarla bir evdə yaşasalar da, təsərrüfatları ayrı olmuşdur. Ona və uşaqlarına onun atası, anası, qardaşı və Bəxtiyarın qardaşı köməklik etmişdir. Məhkəməyə gətirdiyi şahidlər Bəxtiyarın keçmiş iş yoldaşlarıdır. O, onları görməmişdir və tanımır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Qobustan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X13 izahat verərək göstərdi ki, Qobustan rayon məhkəməsinin 14 aprel 2016-cı il tarixli 2(026)-301/2016 saylı icra sənədi ilə İddiaçı hər ay hər uşağa 118 manat olmaqla cəmi 236 manat sabit pul məbləğində aliment tutulub 04 mart 2011-ci il tarixdə anadan olmuş X5 və 16 sentyabr 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh verilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar icra tədbirlərinə başlanılmış və alimentin ödənilməsi üçün İddiaçı Camməd oğluna rəsmi bildiriş göndərilmişdir. İddiaçı üç dəfəyə cəmi 294 manat aliment ödəmişdir. Lakin tələbkar Cavabdeh nə İddiaçılə barışmaları barədə, nə də aliment tələbi ilə bağlı icra şöbəsinə rəsmi və şifahi müraciət etməmişdir. Hazırda aliment borcu İddiaçı əmək haqqından tutulur. X4 ifadə verərək göstərdi ki, 2002-ci ildən Müşfiq qəsəbəsində yaşayır. İddiaçı isə 2006-cı ildən həmin qəsəbədə yaşayır. Evlərinin arasında 200 metr məsafə və 5-6 ev var. İddiaçı evində bir neçə dəfə olmuşdur. Sonuncu dəfə isə iki il əvvəl Bəxtiyar həyətində yığıncaq edərkən orada olmuşdur. 2012-ci ildə evinin üstünü vurarkən Bəxtiyara kömək etmiş və evdə çörək də yemişdir. X1 ifadəsində göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu 28 May küçəsində ailəsi ilə birlikdə yaşayır. İddiaçı Camməd oğlu onun qonşusudur. Küçədə olarkən İddiaçı iki uşaqla yanından keçib, eləcə də yanlarında hazırda məhkəmə iclasında iştirak edən xanım da olub. Bəxtiyar ona salam da verib. Ona məhkəməyə ifadə verməyi Bəxtiyarın böyük qardaşı demiş və gördüklərini deməyi xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı məhkəməyə əsaslı sübut təqdim etmədi. Cavabdehin verdiyi izahatdan görünür ki, onlar bir evdə yaşasalar da, birgə təsərrüfat idarə etməmişlər, ər-arvad münasibətində olmamışlar. Sumqayıt 1 saylı mediasiya təşkilatının 13 iyun2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞS/MT030/2023-01118 saylı arayışından görünür ki, İddiaçı Cavabdeh qarşı yığılmış aliment məbləğinin silinməsi tələbi ilə əlaqədar tərəflərin biri mediasiya prosesində iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.3-cü maddəsinə əsasən, yəni tərəflər və ya onlardan biri mediasiya prosesundən imtina etdikdə mediasiya prosesinə xitam verilir. İş materiallarına əlavə olunmuş Qobustan rayon məhkəməsinin 14 aprel 2016-cı il tarixli 2(026)-301/2016 saylı qətnaməsindən və icra vərəqəsindən görünür ki, İddiaçı hər ay hər uşağa 118 manat olmaqla cəmi 236 manat sabit pul məbləğində aliment tutulub 04 mart 2011-ci il tarixdə anadan olmuş X6 və 16 sentyabr 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh verilməsi qət edilmişdir. Qobustan rayon İHB-nın Bədəli kənd icra nümayəndəliyi tərəfindən vermiş AZ-İİ seriyalı 749444 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 04 mart 2011-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Qobustan rayon İHB-nın Bədəli kənd icra nümayəndəliyi tərəfindən vermiş AZ-İİİ seriyalı 418919 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X8 16 sentyabr 2014-cü il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Qobustan rayon icra və probasiya şöbəsinin 11 may 2023-cü il tarixli 149144/2016-32-4-002 saylı xəbərdarlıq məktubundan görünür ki, İddiaçı alimentin ödənilməsi bildirilmişdir. Müəyyən olundu ki, Qobustan rayon məhkəməsinin 14 aprel 2016-cı il tarixli 2(026)- 301/2016 saylı qətnaməsi ilə İddiaçı hər ay hər uşağa 118 manat olmaqla cəmi 236 manat sabit pul məbləğində aliment tutulub 04 mart 2011-ci il tarixdə anadan olmuş X5 və 16 sentyabr 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Qobustan rayon icra şöbəsinə göndərilmişdir. Lakin bu günə kimi icra vərəqəsi icra olunmamışdır. Borclu İddiaçı aliment borcundan cəmi 294 manat ödəniş etmiş, hazırda aliment borcu vardır. Tələb olunan aliment borcunun ödənilməsi İddiaçı əmək haqqına yönəldilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinin mənasına görə aliment ödənilməsi barədə saziş olmadıqla məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarının 8.12.5-ci bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 sayı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin “Uşaq hüquqları haqqında” 20 noyabr 1989-cu il tarixli Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istərsə bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvercilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər uşağın, onun valideynlərinin və qanuni qəyyumlarının irq, dərinin rəngi, cins, dil, din, siyasi və ya digər baxışlar, milli, etnik və ya sosial mənşə, əmlak vəziyyəti, əlillik, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik qoymadan yurisdiksiyaları daxilində olan hər bir uşağın bu Konvensiyada nəzərdə tutulmuş bütün hüquqlarına hörmət edir və onları təmin edir. Azərbaycan Respublikası MPM-in 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərək həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə mülki işin materiallarına, tərəflərin izahatlarına hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Qobustan rayon məhkəməsinin 14 aprel 2016-cı il tarixli 2(026)-301/2016 saylı qətnaməsinə əsasən ondan tələb olunan 19284 manat aliment məbləğinin silinərək ödəməkdən azad edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı Qobustan rayon məhkəməsinin 14 aprel 2016-cı il tarixli 2(026)- 301/2016 saylı qətnaməsinə əsasən ondan tələb olunan 19284 manat aliment məbləğinin silinərək ödəməkdən azad edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar