Məhkəmə qərarları › İş №2(026)-382/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-382/2021

19.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-382/2021 19.10.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı 20 noyabr 2003-cü il tarixdə anadan olmuş övladı Elnur, 05 iyun 2005-ci il tarixdə anadan olmuş övladı İbrahim və 21 fevral 2017-ci il tarixdə anadan olmuş övladı Ülviyyənin yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 20 noyabr 2003-cü il tarixdə anadan olmuş övladı Elnur, 05 iyun 2005-ci il tarixdə anadan olmuş övladı İbrahim və 21 fevral 2017-ci il tarixdə anadan olmuş övladı Ülviyyənin yetkinlik yaşına çatanadək saxlanılmadı üçün Cavabdeh hər ay hər uşağa 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 24 sentyabr 1997-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. Birgə nikahdan 16 yanvar 2000-ci il tarixdə Ülkər, 20 noyabr 2003-cü il tarixdə Elnur, 05 iyun 2005-ci il tarixdə İbrahim və 21 fevral 2017-ci il tarixdə Ülviyyə adlı uşaqları anadan olmuşdur. Əvvəllər münasibətləri normal olmuş, lakin sonradan aralarında olan münasibət pozulmuşdur. Hazırda onlar ər-arvadlıq münasibətlərini kəsərək ayrı yaşayırlar. Elçin içki düşkünüdür və qazancını ailəsinə uşaqlarına deyil başqa yerlərə xərcləyir. Ailəsi ilə maraqlanmır. 16 yanvar 2000-ci il tarixdə anadan olmuş Ülkər yetkinlik yaşına çatmış olmasına baxmayaraq onun himayəsində yaşayır. Elçin Hacıqabul rayon Qaz İxrac İdarəsinin Sanqaçal filialında işləyir və iş günlərində də Bakı şəhərində fərdi əməklə məşğul olmaqla yaxşı gəlir əldə edir. Uşaqların saxlanılması üçün Elçinin maddi yardımına ehtiyacı vardır. 20 noyabr 2003-cü il tarixdə anadan olmuş övladı Elnur, 05 iyun 2005-ci il tarixdə anadan olmuş övladı İbrahim və 21 fevral 2017-ci il tarixdə anadan olmuş övladı Ülviyyənin yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə İddiaçı izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan Qobustan rayon İHB-nın Dərəkənd kəndi üzrə nümayəndəsinin verdiyi Vİİ- JQ seriyalı 269705 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov X3 İradə Ədalət qızı ilə 24 sentyabr 1997-ci il tarixdə nikahlarını 03 sayla qeyd etdirməklə evlənmişlər. Arvada Məmmədova soyadı verilmişdir. Qobustan rayon İHB-nın Dərəkənd icra nümayəndəsinin verdiyi AZ-T seriyalı 067759 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 20 noyabr 2003-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı qızıdır. Qobustan rayon İHB-nın Dərəkənd icra nümayəndəsinin verdiyi AZ-T seriyalı 131238 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 05 iyun 2005-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı qızıdır. Qaradağ rayon qeydiyyat şöbəsinin verdiyi AZ-İİİ seriyalı 977879 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 21 fevral 2017-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı qızıdır. Mediasiya prosesinə xitam verilməsi barədə 18 oktyabr 2021-ci il tarixli protokolda göstərilir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair müraciəti ilə əlaqədar tərəflərdən biri mediasiya prosesində iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.3-cü maddəsinə əsasən, yəni tərəflər və ya onlardan biri mediasiya prosesundən imtina etdikdə mediasiya prosesinə xitam verilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunun bu tələblərinə əsasən məhkəmə uşaqların anaları İddiaçı yanında olmalarını, valideynlər arasında uşaqlara aliment ödənilməsi barədə saziş olmamasını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq Cavabdeh oğlundan hər ay hər uşağa 160 manat sabit pul məbləğində aliment tutulub 20 noyabr 2003-cü il tarixdə anadan olmuş Elnur, 05 iyun 2005-ci il tarixdə anadan olmuş İbrahim və 21 fevral 2017-ci il tarixdə anadan olmuş Ülviyyənin yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 sentyabr 2021-ci il tarixdən başlayaraq üçün Cavabdeh hər ay hər uşağa 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 sayı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin “Uşaq hüquqları haqqında” 20 noyabr 1989-cu il tarixli Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istərsə bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvercilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər uşağın, onun valideynlərinin və qanuni qəyyumlarının irq, dərinin rəngi, cins, dil, din, siyasi və ya digər baxışlar, milli, etnik və ya sosial mənşə, əmlak vəziyyəti, əlillik, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik qoymadan yurisdiksiyaları daxilində olan hər bir uşağın bu Konvensiyada nəzərdə tutulmuş bütün hüquqlarına hörmət edir və onları təmin edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı hər ay hər uşağa 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tələbinə dair iddiası qismən təmin olunmalı, Cavabdeh 20 noyabr 2003-cü il tarixdə anadan olmuş Elnur, 05 iyun 2005-ci il tarixdə anadan olmuş İbrahim və 21 fevral 2017-ci il tarixdə anadan olmuş Ülviyyənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 160 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Aliment məhkəməyə müraciət edildiyi tarixdən, yəni 13 sentyabr 2021-ci il tarixdən tutulmalıdır. “Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla Cavabdeh 92 manat dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 20 noyabr 2003-cü il tarixdə anadan olmuş Məmmədli Elnur Elçin oğlu, 05 iyun 2005-ci il tarixdə anadan olmuş Məmmədli İbrahim Elçin oğlu və 21 fevral 2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 sentyabr 2021ci il tarixdən başlayaraq üçün Cavabdeh hər ay hər uşağa 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. “Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla Cavabdeh 92 manat dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar