Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-39/2023 16.01.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı 10 aprel 2022-ci il tarixdə anadan olmuş övladı X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat yardımın Cavabdeh alınıb ona verilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 10 aprel 2022-ci il tarixdə anadan olmuş övladı X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat yardımın Cavabdeh alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 26 oktyabr 2020-ci il tarixdə X5 ilə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər, birgə nikahdan 10 aprel 2022-ci il tarixdə Həsən adlı bir uşaqları anadan olmuşdur. Valehlə əvvəllər münasibətləri normal olmuş və birlikdə çox mehriban keçinərək yaşamışlar. Lakin son zamanlar Valeh onu çox incidir, ona və övladına heç bir maddi yardım göstərmir, onlarla maraqlanmır. Bu səbəbdən də bir neçə aydır ki, Valehlə ər-arvadlıq münasibətlərini kəsmişlər. Valehlə evləndikdən sonra da və hazırda da öz anasına məxsus evdə yaşayır. Övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün Valehin maddi yardımına ehtiyacı var. Buna görə mediasiya qurumuna da müraciət etmiş, lakin Valeh mediyasiya qurumuna gəlmədiyindən məsələnin həllinə xitam verilmişdir. 10 aprel 2022-ci il tarixdə anadan olmuş övladı X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat və uşağın 3 yaşına çatanadək saxlanılması üçün isə 50 manat yardımın Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh izahat verərək göstərdi ki, İddiaçı ilə 26 oktyabr 2020-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər, birgə nikahdan 10 aprel 2022-ci il tarixdə Həsən adlı bir uşaqları anadan olmuşdur. Münasibətləri pozulduğu üçün Samirə ilə ər-arvadlıq münasibətlərini kəsmişlər. Heç bir yerdə işləmir. Lakin buna baxmayaraq övladı Həsənin yetkinlik yaşına çatanadək hər ay 150 manat miqdarında aliment ödəyəcəkdir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 26 oktyabr 2020-ci il tarixdə verilmiş AZ-İİ 413923 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X1 ilə nikahlarını 26 oktyabr 2020-ci il tarixdə 1721 sayla qeyd etdirməklə evlənmişlər. Arvada Məmmədli soyadı verilmişdir. Qobustan rayon qeydiyyat şöbəsinin10 may 2022-ci il tarixdə verdiyi AZ-İV 717324 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 10 aprel 2022-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Mediasiya prosesinə xitam verilməsi barədə 21 noyabr 2022-ci il tarixli arayışda göstərilir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair müraciəti ilə əlaqədar tərəflərdən biri mediasiya prosesində iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.3-cü maddəsinə əsasən, yəni tərəflər və ya onlardan biri mediasiya prosesindən imtina etdikdə mediasiya prosesinə xitam verilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Müəyyən olundu ki, İddiaçı 26 oktyabr 2022-ci ildə Cavabdeh ilə rəsmi nikaha girərək ailə qurmuşlar. Onların 10 aprel 2022-ci il tarixdə Həsən adlı övladları anadan olmuşdur. Hazırda Həsən anasının yanındadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunun bu tələblərinə əsasən məhkəmə uşaqların anaları X2 yanında olmasını, valideynlər arasında uşaqlara aliment ödənilməsi barədə saziş olmamasını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutulub 10 aprel 2022-ci il tarixdə anadan olmuş Həsənin yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 sayı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin “Uşaq hüquqları haqqında” 20 noyabr 1989-cu il tarixli Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istərsə bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvercilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər uşağın, onun valideynlərinin və qanuni qəyyumlarının irq, dərinin rəngi, cins, dil, din, siyasi və ya digər baxışlar, milli, etnik və ya sosial mənşə, əmlak vəziyyəti, əlillik, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik qoymadan yurisdiksiyaları daxilində olan hər bir uşağın bu Konvensiyada nəzərdə tutulmuş bütün hüquqlarına hörmət edir və onları təmin edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə uşağın təminatının mümkün qədər maksimal saxlanmasını əsas tutaraq və Cavabdeh maddi vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin olunmalı, Cavabdeh 10 aprel 2022-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Aliment məhkəməyə müraciət edildiyi tarixdən, yəni 25 noyabr 2022-ci il tarixdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 10 aprel 2022-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Aliment məhkəməyə müraciət edildiyi tarixdən, yəni 25 noyabr 2022-ci il tarixdən tutulsun. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla Cavabdeh 43 manat 16 qəpik dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-39/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-39/2023
16.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver