Məhkəmə qərarları › İş №2(026)-408/2021

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-408/2021

28.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-408/2021 28.09.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, kreditor X3 Borclu 11 fevral 2020-ci il tarixli 356458 saylı alqı-satqı müqaviləsi üzrə 649 manat əsas, 64 manat cərimə, 11 fevral 2020-ci il tarixli 356459 saylı alqı-satqı müqaviləsinə əsasən 809 manat əsas, 80 manat cərimə və 20 manat ödənilmiş dövlət rüsumunun tutulub tutulması tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: Kreditor X1 Qurbanxan Rəcəb oğlundan 11 fevral 2020-ci il tarixli 356458 saylı alqısatqı müqaviləsi üzrə 649 manat əsas, 64 manat cərimə, 11 fevral 2020-ci il tarixli 356459 saylı alqı-satqı müqaviləsinə əsasən 809 manat əsas, 80 manat cərimə və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair məhkəmə əmrinin çıxarılması üçün ərizə ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. Ərizəni və əlavə olunmuş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara əsasən ərizə və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, ərizə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Kreditor X4 tərəfindən iddia ərizəsində Borclu ünvanı Bakı şəhəri, Qobustan qəsəbəsi, Massiv 5, ev 26 göstərilmişdir. Bundan başqa, iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsinin arayışından görünür ki, Borclu Bakı şəhəri, Qobustan qəsəbəsi, Massiv 5, ev 26-da qeydiyyatdadır. Ona görə də ərizə qanunun tələbinə görə cavabdehin qeydiyyatı üzrə ərazi məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim ərizəni və ərizəyə əlavə olunmuş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152,263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Kreditor X3 Borclu 11 fevral 2020-ci il tarixli 356458 saylı alqı-satqı müqaviləsi üzrə 649 manat əsas, 64 manat cərimə, 11 fevral 2020-ci il tarixli 356459 saylı alqı-satqı müqaviləsinə əsasən 809 manat əsas, 80 manat cərimə və 20 manat ödənilmiş dövlət rüsumunun tutulub tutulması tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Qobustan rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: M.Q. Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar