Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-431/2024 02.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 12 aprel 2010-cu il tarixdə anadan olmuş X2, 22 iyul 2015-ci il tarixdə anadan olmuş X3 və 15 avqust 2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 235 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə göndərərək Cavabdeh ilə barışdıqlarını bildirirək iddiadan imtina etdiyini və mülki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsinə dair ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Beləliklə də, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh 12 aprel 2010-cu il tarixdə anadan olmuş X2, 22 iyul 2015-ci il tarixdə anadan olmuş X3 və 15 avqust 2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 235 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi üzrə iddiaçı iddiadan imtina etdiyi üçün icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №2(026)-431/2024
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-431/2024
02.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver