Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-432/2022 27.10.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı 09 mart 2021-ci il tarixdə doğulmuş övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 300 manat sabit pul məbləğində aliment və uşağa 3 yaşına kimi qulluq etməyə görə hər ay 100 manat məbləğində əlavə xərcin alınaraq ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 09 mart 2021-ci il tarixdə doğulmuş övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 300 manat sabit pul məbləğində aliment və uşağa 3 yaşına kimi qulluq etməyə görə hər ay 100 manat məbləğində əlavə xərcin alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh ilə aralarında razılığa gəldikləri göstərərək iddia ərizəsini və əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək İddiaçı ona qarşı aliment tələbinə dair iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iş üzrə icraatı baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 152,263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı 09 mart 2021-ci il tarixdə doğulmuş övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 300 manat sabit pul məbləğində aliment və uşağa 3 yaşına kimi qulluq etməyə görə hər ay 100 manat məbləğində əlavə xərcin alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın və mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-432/2022
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-432/2022
27.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver