Məhkəmə qərarları › İş №2(026)-493/2023

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-493/2023

12.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-493/2023 12.10.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 04 yanvar 2007-ci il təvəllüdlü övladı X2, 24 avqust 2014-cü il təvəllüdlü övladı X3 və 05 fevral 2021-ci təvəllüdlü övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 220 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 04 yanvar 2007-ci il təvəllüdlü övladı X2, 24 avqust 2014-cü il təvəllüdlü övladı X3 və 05 fevral 2021-ci təvəllüdlü övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 220 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər 02 oktyabr 2023-cü il tarixə saat 15:30-a və 12 oktyabr 2023-cü il tarixə saat 12:00-a təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş üzrə sənədləri araşdırıb belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı 04 yanvar 2007-ci il təvəllüdlü övladı X2, 24 avqust 2014-cü il təvəllüdlü övladı X3 və 05 fevral 2021-ci təvəllüdlü övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 220 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı 04 yanvar 2007-ci il təvəllüdlü övladı X2, 24 avqust 2014-cü il təvəllüdlü övladı X3 və 05 fevral 2021-ci təvəllüdlü övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 220 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar