Məhkəmə qərarları › İş №2(026)-528/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-528/2022

16.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-528/2022 16.12.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh 01 fevral 2020-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment alinıb ona verilməsi tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh 01 fevral 2020-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment alinıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə evlənmişdir. 01 fevral 2020-ci il tarixdə Yağmur adlı uşaqları dünyaya gəlmişdir. Cavabdeh ilə evləndikdən bir müddət sonra aralarında olan münasibət pozulmuşdur. Bu səbəbdən də Rövşənlə ərarvadlıq münasibətlərini kəsmişlər. Rövşən uşağı ilə maraqlanmır, ona maddi yardım göstərmir. Ona görə də Yağmurun yetkinlik yaşına çatanadək saxlanılması üçün Rövşənin maddi yardımına ehtiyacı vardır. Bununla əlaqədar mediasiya şurasına müraciət etmiş, lakin Rövşən mediasiya şurasına getmədiyindən mübahisəni orada davam etdirmək mümkün olmadığından xitam verilmişdir. Yağmurun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə evlənmişdir. 01 fevral 2020-ci il tarixdə Yağmur adlı uşaqları anadan olmuşdur.Aralarında olan münasibət pozulmuşdur. Bu səbəbdən də Cəmilə ilə ər-arvadlıq münasibətlərini kəsmişlər. . Hazırda Cəmilnin tələb etdiyi 193 manat alimenti ödəyə bilməz, lakin övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat aliment ödəyə bilər. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən 03 mart 2020-ci il tarixli AZ-İ 382629 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 02 fevral 2020-ci il tarixdə İddiaçı doğulmuş Yağmurun atası hesab edilmişdir. Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən 03 mart 2020-ci il tarixli AZ-İV 401107 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 01 fevral 2020-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 04 noyabr 2022-ci il tarixli arayışda göstərilir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair müraciəti ilə əlaqədar tərəflərdən biri mediasiya prosesində iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.3-cü maddəsinə əsasən, yəni tərəflər və ya onlardan biri mediasiya prosesundən imtina etdikdə mediasiya prosesinə xitam verilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Müəyyən olundu ki, Rahmanova X3 Rövşən Arif oğlu ilə ailə qurmuş, nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə münasibətindən 01 fevral 2020-ci il tarixdə Yağmur adlı bir uşaqları anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunun bu tələblərinə əsasən məhkəmə uşağın anası İddiaçı yanında olmasını, valideynlər arasında uşaqlara aliment ödənilməsi barədə saziş olmamasını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutulub 01 fevral 2020-ci il tarixdə anadan olmuş Yağmurun yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 sayı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin “Uşaq hüquqları haqqında” 20 noyabr 1989-cu il tarixli Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istərsə bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvercilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər uşağın, onun valideynlərinin və qanuni qəyyumlarının irq, dərinin rəngi, cins, dil, din, siyasi və ya digər baxışlar, milli, etnik və ya sosial mənşə, əmlak vəziyyəti, əlillik, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik qoymadan yurisdiksiyaları daxilində olan hər bir uşağın bu Konvensiyada nəzərdə tutulmuş bütün hüquqlarına hörmət edir və onları təmin edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə uşağın təminatının mümkün qədər maksimal saxlanmasını əsas tutaraq və Cavabdeh ailə vəziyyətini, maddi vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı hər ay 200 manat sabit pul məbləğində aliment tələbinə dair iddiası qismən təmin olunmalı, Cavabdeh 01 fevral 2020-ci il tarixdə anadan olmuş Yağmurun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Aliment məhkəməyə müraciət edildiyi tarixdən, yəni 04 noyabr 2022-ci il tarixdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 01 fevral 2020-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması 04 noyabr 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar