Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-56/2023 02.02.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, İddiaçı və cavabdeh X2 iştirakı ilə İddiaçı cavabdeh X1 23 iyul 2008-ci il tarixdə anadan olmuş X7, 18 noyabr 2010-cu il tarixdə anadan olmuş X9 və 10 fevral 2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment alinıb ona verilməsi tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 23 iyul 2008-ci il tarixdə anadan olmuş X7, 18 noyabr 2010-cu il tarixdə anadan olmuş X9 və 10 fevral 2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment alinıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, 05 sentyabr 2007-cı il tarixdə X4 ilə el adəti üzrə toy edib evlənmişlər. Birgə nikahdan 23 iyul 2008-ci il tarixdə Sevinc, 18 noyabr 2010-cu il tarixdə Çingiz və 10 fevral 2012-ci il tarixdə Ramin adlı üç uşaqları anadan olmuşdur. Gülsənəmlə on üç il birlikdə ər-arvad kimi yaşamışlar. Əvvəllər münasibətləri normal olsa da sonradan pisləşmişdir. Gülsənəmlə xasiyyətləri düz gəlmədiyindən 2020-ci ilin avqust ayında Gülşənəm evdən çıxaraq atası evinə getmiş və gedərkən uşaqları özü ilə aparmamışdır. Gülsənəmə dəfələrlə zəng vuraraq o hərbidə olduğu üçün uşaqların yanına qayıtmasını təklif etsə də, Gülsənəm evə qayıtmaq istəməmişdir. Gülsəmən Qobustan rayon məhkəməsinə aralarında olan nikahın pozulması və uşaqların alınıb ona verilməsinə dair iddia ərizəsi ilə müraciət etmişdir. 27 iyul 2021-ci il tarixdə Qobustan rayon məhkəməsində işə baxarkən uşaqlar analarını istəmədiyindən məhkəmə aralarında olan nikahın pozulması və uşaqların atanın yanında qalması barədə qətnamə çıxarmışdır. Həmin vaxtdan da uşaqlar onun yanındadırlar və analarını görmək istəmirlər. Uşaqları saxlamaq üçün Gülsənəmdən aliment tələb edir. Bununla bağlı mediasiya şurasına müraciət etmiş, lakin Gülsənəm mediasiya şurasına gəlmədiyindən işə baxmaq mümkün olmamışdır. X1 23 iyul 2008-ci il tarixdə anadan olmuş X7, 18 noyabr 2010-cu il tarixdə anadan olmuş X9 və 10 fevral 2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment alinıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X10 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə 05 sentyabr 2007-cı il tarixdə ilə el adəti üzrə toy edib evlənmişlər. Birgə nikahdan 23 iyul 2008-ci il tarixdə Sevinc, 18 noyabr 2010-cu il tarixdə Çingiz və 10 fevral 2012-ci il tarixdə Ramin adlı üç uşaqları anadan olmuşdur. İkramla xasiyyətləri düz gəlmədiyindən 2020-ci ilin avqust ayından İkramdan ayrılaraq atası evinə gələrək orada yaşayır. İkramla aralarında olan nikahın pozulması və uşaqlarının İkramdan alınıb ona verilməsi üçüm Qobustan rayon məhkəməsində iddia qaldırmışdır. Qobustan rayon məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(026)-85/2021 saylı qətnaməsi ilə aralarında olan nikah ləğv edilmiş, lakin uşaqlar onu istəmədiklərinə görə atalarının yanında qalmışlar. Uşaqlarından imtina etmir. Uşaqlarını saxlamağa hər an hazırdır. Heç bir yerdə işləmədiyinə görə İkramın tələb etdiyi 600 manat alimenti ödəyə maddi imkanı yoxdur. Lakin övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 50 manat aliment ödəyə bilər. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən 19 noyabr 2008-ci il tarixdə verilmiş AZ-İİ 171285 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 23 iyul 2008-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası X5r. Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən 14 dekabr 2010-cu il tarixdə verilmiş AZ-İİ 553337 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 18 noyabr 2010-cu il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası X5r. Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən 23 fevral 2012-ci il tarixdə verilmiş AZ-İİ 841897 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 10 fevral 2012-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası X5r. Qobustan rayon məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(026)-85/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Qobustan rayon İHB-nın Hilmilli kənd icra nümayəndəliyində 20 oktyabr 2007-ci il tarixdə 10 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, 23 iyul 2008-ci il tarixdə anadan olmuş X7, 18 noyabr 2010-cu il tarixdə anadan olmuş X9 və 10 fevral 2012-ci il tarixdə anadan olmuş X11 ataları İddiaçı yanında qalması qət edilmişdir. Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən 03 sentyabr 2021-ci il tarixdə verilmiş AZ-İ 367509 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X8 arasında olan nikah pozulmuşdur. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 31 dekabr 2022-ci il tarixli arayışda göstərilir ki, İddiaçı X6 qarşı aliment tələbinə dair müraciəti ilə əlaqədar tərəflərdən biri mediasiya prosesində iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.3-cü maddəsinə əsasən, yəni tərəflər və ya onlardan biri mediasiya prosesundən imtina etdikdə mediasiya prosesinə xitam verilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Müəyyən olundu ki, tərəflər arasında olan nikah Qobustan rayon məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(026)-85/2021 saylı qətnaməsi ilə pozulmuş, onların birgə nikahlarında 23 iyul 2008-ci il tarixdə anadan olmuş X7, 18 noyabr 2010-cu il tarixdə anadan olmuş X9 və 10 fevral 2012-ci il tarixdə anadan olmuş X11 ataları İddiaçı yanında qalması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunun bu tələblərinə əsasən məhkəmə uşaqların ataları İddiaçı yanında olmalarını, valideynlər arasında uşaqlara aliment ödənilməsi barədə saziş olmamasını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq X1 hər ay hər uşağa 100 manat sabit pul məbləğində aliment tutulub 23 iyul 2008-ci il tarixdə anadan olmuş Sevinc, 18 noyabr 2010-cu il tarixdə anadan olmuş Çingiz və 10 fevral 2012-ci il tarixdə anadan olmuş Raminin yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 sayı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin “Uşaq hüquqları haqqında” 20 noyabr 1989-cu il tarixli Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istərsə bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvercilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər uşağın, onun valideynlərinin və qanuni qəyyumlarının irq, dərinin rəngi, cins, dil, din, siyasi və ya digər baxışlar, milli, etnik və ya sosial mənşə, əmlak vəziyyəti, əlillik, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik qoymadan yurisdiksiyaları daxilində olan hər bir uşağın bu Konvensiyada nəzərdə tutulmuş bütün hüquqlarına hörmət edir və onları təmin edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə uşağın təminatının mümkün qədər maksimal saxlanmasını əsas tutaraq və cavabdeh X2 maddi vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı X6 qarşı hər ay hər uşağa 200 manat sabit pul məbləğində aliment tələbinə dair iddiası qismən təmin olunmalı, X1 23 iyul 2008-ci il tarixdə anadan olmuş X7, 18 noyabr 2010-cu il tarixdə anadan olmuş X9 və 10 fevral 2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Aliment məhkəməyə müraciət edildiyi tarixdən, yəni 20 dekabr 2022-ci il tarixdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 23 iyul 2008-ci il tarixdə anadan olmuş X7, 18 noyabr 2010-cu il tarixdə anadan olmuş X9 və 10 fevral 2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 hər ay hər uşağa 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment alinıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Aliment məhkəməyə müraciət edildiyi tarixdən, yəni 20 dekabr 2022-ci il tarixdən tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla cavabdeh X1 92 manat dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-56/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-56/2023
02.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver