Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-6/2021 28.01.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı onun həyətinə gedən gediş-gəliş yolunu özbaşına tutaraq üzərində qanunsuz tikdirdiyi məftil-tor hasarın öz hesabına sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı onun həyətinə gedən gediş-gəliş yolunu özbaşına tutaraq üzərində qanunsuz tikdirdiyi məftil-tor hasarın öz hesabına sökülməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 2004-cü ildə yaşadığı Qobustan rayonun Təklə kəndində fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsi almış və həmin sahədə 2005-ci ildə ev tikdirmişdir. 2011-ci ilə kimi ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Həmin vaxtı Cavabdeh onun evinin yanında olan boş torpaq sahəsini alıb orada ev tikdirdiyi vaxtı onun həyətinə gedən yol düz və hamar olduğundan evin bir hissəsinin tikintisini oraya salmaq istəyir və həmin yolun əvəzində ona həyətyanı torpaq sahəsindən yer verəcəyini ona dediyinə görə Caməmmədlə razılaşmış, fikirləşmişdir ki, onlar ömürlük qonşudur və bir-birlərinin xeyri-şəri birdir. Caməmmədin ayırdığı yola 15 kamaz maşını ilə daş-şeben tökərək evinə qədər yolu düzəltdirmişdir ki, palçıq toz olmasın. Lakin 2011-ci ildə işi ilə əlaqədar ailəsini də götürüb Bakı şəhərinə getmiş bir müddət qaldıqdan sonra kəndə gələrkən Caməmmədin həmin yolu məftiltorla hasara aldığını görüb ondan yolu niyə bağladığını soruşmuş və ona tor hasarı sökməsini bildirmişdir. Caməmməd isə ona iri və xırda buynuzlu heyvanların həyətinə girdiyini və onun evdə yaşamadığı üçün yolu hasara aldığını bildirərək ona “nə vaxt kəndə qayıtsan məftil-tor hasarı sökəcəyəm” demişdir. 2020-ci ilin may ayında pandemiya ilə əlaqədar iş olmadığından ailəsi ilə birlikdə yaşamaq üçün kəndə evinə gəlmişdir. Caməmmədə onun evinə gedən yolun üstündə çəkdiyi məftil-tor hasarı sökməsini bildirmişdir. Lakin Caməmməd ona yaxın müddətdə hasarı sökəcəyinə söz versə də bu günə kimi tor hasarı sökməmişdir. Ev tikdirdiyi torpaq sahəsinə dair torpağın mülkiyyətə verilməsinə dair JN-261 (KOD 30709018) saylı şəhadətnamə və Daşınmaz əmlakın texniki qiymətləndirilməsi barədə sənəd də almışdır. Onun evinə həmin yoldan başqa gediş-gəliş yolu olmadığını və Caməmməd el yolunun üzərində ev tikmiş və onu aldadaraq evinə gələn yolu da zəbt etmişdir. Caməmmədin bu əməlindən Qobustan rayon İHB-nın Təklə kəndi üzrə icra nümayəndəliyinə və kənd bələdiyyəsinə müraciət etmiş, onlar Cavabdeh yolu açması barədə dəfələrlə rəsmi və şifahi xəbərdarlıq etmişlər. Lakin Caməmməd yolu könüllü açmaq istəmir. Buna görə də yolun açılması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh Qobustan rayonunun Təklə kəndində olan həyətinə gedən özbaşına tutduğu gediş-gəliş yolunun cavabdehin hesabına sökülməsi və yolun açılmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının açılmasını tələb etdiyi yol onun həyətyanı sahəsidir, İddiaçı ərizəsi əsasında icra nümayəndəliyindən gəlib həmin yerə baxış keçirilmiş və hər-hansı bir qanunsuz tikili aşkar edilməmişdir. Mübahisəli torpaq sahəsinə ekspertlər tərəfindən baxış keçirilən zaman yaylaqda olduğundan orada iştirak edə bilməmişdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daşınmaz əmlakın texniki qiymətləndirilməsi barədə xx xxxxxxxx 2014-ci il tarixli sənədin surətindən görünür ki, Qobustan rayon Təklə kəndində İddiaçı adına fərdi yaşayış evi tikmək üçün 0,12 ha torpaq sahəsi vardır. İş materiallarına əlavə olunmuş Qobustan rayon İHB-nın Təklə kənd inzibati ərazi dairəsinin üzrə nümayəndəsinin verdiyi xx xxxx 2020-ci il tarixli 239 saylı arayışdan görünür ki, X2 adına verilmiş JN-261A nömrəli torpağın mülkiyyətə verilməsinə dair həyətyanı şəhadətnamədə onun adı səhvən X4 yazılmışdır. Qobustan rayonunun Təklə kəndində X5 adlı vətəndaş yoxdur. Həmin şəhadətnamə İddiaçı məxsusdur. İş materiallarına əlavə olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN 261A KOD 30709018 saylı şəhadətnamənin surətindən görünür ki, X2 adına Qobustan rayon X3 xx xxxxx 2004-cü il tarixli 03 saylı qərarı ilə Qobustan rayonunun Təklə kəndindən 0,12 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Qobustan rayon İHB-nın Təklə kənd inzibati ərazi dairəsinin üzrə nümayəndəsinin verdiyi xx xxxx 2020-ci il tarixli 220 saylı arayışdan görünür ki, İddiaçı adına kəndin 02 nömrəli təsərrüfatbaşına kitabının 151 saylı təsərrüfatında ona məxsus 0,12 ha həyətyanı torpaq sahəsi və yaşayış evi vardır. İş materiallarına əlavə olunmuş Qobustan rayon İHB-nın Təklə kənd inzibati ərazi dairəsinin üzrə nümayəndəsinin verdiyi xx xxxx 2020-ci il tarixli 221 saylı məktubundan görünür ki, kənd sakini İddiaçı xx xxx 2020-ci il tarixdə nümayəndəliyə ünvanlandığı Cavabdeh tərəfindən tutlmuş yolun açılmasına dair ərizəsinə əsasən ərizəyə baxış keçirilmiş, İddiaçı uzun müddət kənddə yaşamadığından onun evinə gedən çınqıl yolu Cavabdeh tərəfindən setka hasara alınmışdır. Cavabdeh setka hasara aldığı yolun açılması təklif olunmuş, lakin Cavabdeh yolu açmayacağını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/2670 saylı ekspert rəyindən görünür ki, qərardadın 1-ci sualı ilə əlaqədar mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli **********21 saylı mütəxəssis rəyinə əsasən, Qobustan rayonunun Təklə kəndi ərazisində, həmin mübahisəli yol sahəsinin Cavabdeh tərəfindən tor məftil ilə hasara alınmış torpaq sahəsinin Təklə bələdiyyəsinə məxsus olduğu müəyyən edilmişdir.- Qərardadın 2-ci sualı ilə əlaqədar mütəxəssis rəyinə əsasən, həmin hasara alınmış torpaq sahəsinin Cavabdeh məxsus deyil, Təklə bələdiyyəsinə məxsus olduğu müəyyən edilmişdir. -Qərardadın 2-ci sual üzrə mütəxəssis rəyinə əsasən, həmin hasara alınmış torpaq sahəsinin Cavabdeh məxsus deyil, Təklə bələdiyyəsinə məxsus olduğu müəyyən edilmişdir. – Qərardadın 3-cü sualı üzrə mütəxəssis rəyinə əsasən aparılmış tədqiqat nəticəsində, naturaya uyğun hazırlanmış və təqdim edilmiş sxemə əsasən mübahisəli yol sahəsinin İddiaçı ayrılan torpaq sahəsinə gedən yol sahəsi olduğu müəyyən edilmişdir (sxem əlavə edilib). – Qərardadın 4-cü sualı üzrə mütəxəssis rəyinə əsasən, Təklə kəndinin hazirlanmış həyətyanı layihəsi ilə naturada mövcud həyətyanı sahələr uyğun gəlmədiyindən, kənd arası yolları əks etdirən başqa texniki sənəd aşkar edilmədiyindən, İddiaçı mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə digər sahədən yol olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Qobustan rayonu X3 xx xxxxx 2004-cü il tarixli 03 saylı qərarı ilə Qobustan rayonunun Təklə kənd sakini İddiaçı adına fərdi yaşayış evi tikmək üçün kənd ərazisindən 0,12 ha həyətyanı yorpaq sahəsi ayrılmış, lakin torpağın mülkiyyətə verilməsinə dair JN 261 saylı KOD 30709018 saylı şəhadətnamədə İddiaçı adı səhvən X1 yazılmışdır. İddiaçı həyətinə gedən gediş-gəliş yolu qonşusu Cavabdeh tərəfindən dəmir-torla hasara alınmış və İddiaçı həyətinə gedən yol qanunsuz olaraq bağlanmışdır. Təklə kənd icra nümayəndəliyi tərəfindən Cavabdeh qanunsuz bağladığı yolun açılması bildirsə də, o həmin yolu açmayacağını bildirmişdir. Bundan əlavə Cavabdeh evi və torpaq sahəsinin sənədləri tələb olunsa da, o məhkəməyə bu barədə heç bir sənəd təqdim etmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazimi icazələr alınmadan və ya şəhər salma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən, əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmayan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən göstərilən ərazidə cavabdehin hüquqları özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində olan torpaq sahəsinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanına bilməz. Habelə cavabdehin mühafizə zonasında torpaq sahəsinin özünküləşdirilməsinə dair bağladığı hər hansı əqd həmin məcəllənin 109-cu maddəsinə uyğun olaraq etibarsızdır, eləcə də, həmin məcəllənin 110-cu maddəsinə əsasən cavabdeh torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən qötürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların sübut edilməsi vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Cavabdeh Qobustan rayonunun Təklə kəndi ərazisində yerləşən İddiaçı həyətinə gedən gediş-gəliş yolunu özbaşına tutaraq üzərində qanunsuz tikdirdiyi məftil-tor hasar cavabdeh tərəfindən öz vəsaiti hesabına sökülməlidir. Cavabdeh 100 manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh Qobustan rayonunun Təklə kəndi ərazisində yerləşən İddiaçı həyətinə gedən gediş-gəliş yolunu özbaşına tutaraq üzərində qanunsuz tikdirdiyi məftil-tor hasar cavabdeh tərəfindən öz vəsaiti hesabına sökülsün. Cavabdeh 100 manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-6/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-6/2021
28.01.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver